Azəri versiyası  |  Главная
Страница 1 из 10321 1 2 3 4 5 > >>
salam |

salam,kiwiye neqeder yalvarir qadin abort eletdirmesin razi olmur,deyir eletdir, belencide bowanmaq olar abort eletdirmeyesen,yola gelmir ,saqolun?

Ответ / Cavab

Aleykumusalam.

Getməsin və yalvarmaqdansa ona bunun nə olduğunu  başa salsın.

Bu öz övladını öldürməkdir. Bunun qədim vəhşi ərəbin qızlarını diri diri basdırdığı cəhalətdən başqa bir şey deyil.

Allah sizə yar olsun

Задан: 17 Октябрь, 2017 , Опубликовано: 17 Октябрь, 2017
Südabe |

Salam.imamın qırx günü ayın neçesidir?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Üzümüzə gələn ayın 9 u.

Allah sizə yar olsun

Задан: 17 Октябрь, 2017 , Опубликовано: 17 Октябрь, 2017
Salam |

Salam.Cox suallarimi cavablandirirsiniz ALLAH sizden razi olsun.Bir sualim da vardi ki, men evveller Namazdan evvel İqamə oxuyurdum.Indi sehhetimle bagli mende yel problemi var, destemaz alib tez qaciram namaza İqaməni oxumadan Əs Səlat deyirem 3defe, baslayiram ki tez neyse olmasin.Olarmi bele?

Ответ / Cavab

Aleykumusalam.

Bəli. belə etməyinizin eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 17 Октябрь, 2017 , Опубликовано: 17 Октябрь, 2017
Melek |

Salam .Men burdan oxudum ki ruzunun artmasi ucun Ayetui-kursu ve 4 dene Qul suresi oxunmaldi ,men Qur'ani-Kerim-de ele bir Sure tapmadim,bu hansi duadir,?mumkusme yazardiniz.oncejden tewekkurler

Ответ / Cavab

Aleykumusalam.

Ayətəl kursi  Bəqərə surəsinin 255,256 və 257 ci ayələridir.

Allah sizə yar olsun

Задан: 17 Октябрь, 2017 , Опубликовано: 17 Октябрь, 2017
Ehli-Beyt aşiqi |

Salam Aleykum suyun rengi dumanlı amma necis deyil bu suyla qüsl,destemaz alınıb düz olub? Teşekkürler Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bulanıqdırsa, olmaz.

Allah sizə yar olsun

Задан: 16 Октябрь, 2017 , Опубликовано: 16 Октябрь, 2017
Anar |

Salam. Səf etmirəmsə hərbi xidmətdə çox yerlərdə namaz qılmağa icazə verilmir. Əgər belə bir hərbi hissədə xidmət etsək namazı necə qılmalıyıq və ya namazlarımızı birləşdirib gündə 3 dəfə qıla bilərik? Əvvəlcədən təşəkkürlər!

Ответ / Cavab

Aleykumusalam.

Əksər yerlərdə icazə verilir. Əgər heç bir şərait yaradılmasa, işarə ilə namazlar qılınacaq.

Namazları bir birinin ardınca qılmaq icazəlidir.

Allah sizə yar olsun

Задан: 16 Октябрь, 2017 , Опубликовано: 16 Октябрь, 2017
Salam |

misvak cubugu nedir ve ne ucundur?nece istifade olunur?

Ответ / Cavab

Aleykumusalam.

Misvak adlı ağacın budağıdır və bundan dişləri firçalamaq üçün istifadə olunur.

Allah sizə yar olsun

Задан: 16 Октябрь, 2017 , Опубликовано: 16 Октябрь, 2017
.... |

Salam1sozun sonunda tənvin fəthə gəlsə ama dalıycan məddi əlif gəlməsə bu halda vəqf zamanı tənvin fəthə məddi əlifə cevrilib uzanır?2sozun əvvəlində vəsl həmzəsi gələndə və sozun ucncu hərfi sakin olsa vəsl hansı hərəkə ilə oxunur?

Ответ / Cavab

Aleykumusalam.

Tənvin fəthə əliflə yazılar. Orada vəqf etdikdə isə Ə səsi iki hərf qədərində uzanacaq.

Vəsl həmzəsi ilə başlanan kəlmələrdə vəsl əlifindən sonra sukunlu hərf gəlir. Ondan sonra gələn həfin hərəkəsinə baxın. Əgər Fəthə və kəsrədirsə İ  ilə başlayacaq, zammədirsə, U ilə.

Allah sizə yar olsun

Задан: 16 Октябрь, 2017 , Опубликовано: 16 Октябрь, 2017
Gulmira |

Axsaminiz xeyir bilmek isteyirem ramazanda tuta bilmediyim orucumu indi tuta bilerem meherremlikde xais edirem menim sualimi cavablandirasiniz indiden tesekkurumu bildirirem

Ответ / Cavab

Aleykumusalam.

Bəli, tuta bilərsiz.

Allah sizə yar olsun

Задан: 16 Октябрь, 2017 , Опубликовано: 16 Октябрь, 2017
Pmpmlmo |

Salam . Men evimde imam ehsani vermek isteyirem. Imam Huseyne Ebelfez agaya. Bilmek istyiremki hansi gun versem savabi daha coxdu? 40 ci gun verim ehsani ya ele 40 gune qeder olan gunlerde verim? Xaiw edirem aydin cavab yazasiz.

Ответ / Cavab

Aleykumusalam.

İstədiyiniz gündə verə bilərsiz.

Allah sizə yar olsun

Задан: 16 Октябрь, 2017 , Опубликовано: 16 Октябрь, 2017
Страница 1 из 10321 1 2 3 4 5 > >>
© 2017 All right reserved www.islam.az waplog