Azəri versiyası  |  Главная
Страница 8 из 11111 << < 4 5 6 7 8 9 10 11 12 > >>
.... |

Salam.1. Toyuğun başını kəsib sonrada toyuğu sərbəst buxarıb ölməyin gözləmək nə dərəcədə düzdür? Heyvanda qaçıb sonra özü ölür. 2. Namazın və orucun qəzaların 8 il-9aylıqdan yoxsa heyz olan yaşdan hesablamaq lazımdır? Sistani ağa.

Ответ / Cavab

Aleykumussalam

Bu qanın daha yaxşı çıxmasına kömək edər.

Qəməri təqvimi ilə 9yasi tamam olduqdan hesablayacaq.

Allah sizə yar olsun

Задан: 18 Март, 2019 , Опубликовано: 18 Март, 2019
... |

Salam. Destnamaz alan zaman basima mesh cekdim ayaqlarima mesh cekmemis salvarimjn uzerin yemmekden qalan kartof qalmisdi yagli idi sonra ayaqlarima mesh cekdim destnamazim duzdurmu elim elede cox yag olmadi belkede hec yag olmadi deqiq bilmirem cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Qeyd edilən halda dəstəmaz düzdür.

Allah sizə yar olsun

Задан: 18 Март, 2019 , Опубликовано: 18 Март, 2019
.... |

Her vaxtiniz xeyir. Ramazanda xinayaxdi kechirmek olar evde??

Ответ / Cavab

Aleykumussalam

İftardan sonra haram məclis olmamaq şərtilə olar.

Allah sizə yar olsun

Задан: 18 Март, 2019 , Опубликовано: 18 Март, 2019
XALIDE |

hamiya salamlar. Allah her kesin, namazlarini, dualarini, oruclarini, niyyetlerini qebul etsin. Haci oruc tutanda oruc quslu tokmeliyem? Umumiyyetle oruc qusulu varki? Bunu men bu gun ewitdim. Ve indiyine kimi bunu bilmemiwem. Boynumda olan quslu tokub oruc tutmuwam.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, oruc quslu deyilən bir qusl yoxdur. İnsanın boynunda hansısa bir qsl yoxdursa, rahat orucunu tutacaq.

Allah sizə yar olsun

Задан: 18 Март, 2019 , Опубликовано: 18 Март, 2019
Agaali |

salam.bir daha üzr istəyirəm.Cənabət quslu aldıqdan sonra bağırsağdan yel xaric olsa namaz qılmaq ücün yenidən dəstamaz almaq vacibdi?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, belə olduqda artıq həmin qüsl dəstəmazı əvəz etməz, gərək namazlar üçün dəstəmaz alınsın.

Allah sizə yar olsun

Задан: 17 Март, 2019 , Опубликовано: 17 Март, 2019
Agaali |

salam.Quslu və təyəmmumu pozan şeylər dəstamazı pozan şeylərnən eynidir? xahiş edirəm izahat verəsiniz.

Ответ / Cavab

Aleykumusalam.

Qüslü quslə səbəb olan şeylər pozur, dəstəmazı da dəstəmazı pozan şeylər. Təyəmmüm qüsl əvəzi edilibsə , onu qüslə səbəb olan şey pozacaq. Dəstəmaz əvəzi edilibsə, dəstəmazı pozan şeylər onu pozacaq.

Allah sizə yar olsun

Задан: 17 Март, 2019 , Опубликовано: 17 Март, 2019
Salam |

Namazın ruku səcdəsində 3 dəfə Subhənallahı deyəndə bir dəfəyə Subhənallahaın axırına "i" artırmadan deyə bilərik?

Ответ / Cavab

Aleykumusalam.

Birnəfəsə deyilirsə, birinci və ikincinin axırında İ səsi olmalıdır.

Allah sizə yar olsun

Задан: 17 Март, 2019 , Опубликовано: 17 Март, 2019
Salam |

Salam aleykum.Oruc turan er ve arvad gezmeye gederken el ele tuta biler? Oruc batil olmazki?

Ответ / Cavab

Aleykumusalam.

Bunun oruca heç bir təsiri yoxdur.

Allah sizə yar olsun

Задан: 17 Март, 2019 , Опубликовано: 17 Март, 2019
kamil |

Ya Allah. Salamun aleykum. Cume namazinin vacib olmadiqi halda (iseallah nesibimize yazilar vacibat halinda) cume qusulu vacib qusuldurmu?. hamileliyin qarsisini almaq ucun hekimler terefinden ana betninde yerlesdirilen vasite(spiral) icazelidirmi? bu vasite nutfeni ana betninde inkisafdan saxlayir. Allah sizden razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, cümə qüslü müstəhəbb qüsldür.

Ərin razılığı ilə olarsa və haram baxma və haram toxunma olmadan edilərsə, icazəlidir

Allah sizə yar olsun

Задан: 17 Март, 2019 , Опубликовано: 17 Март, 2019
Lale |

Salam. Men bilmek isterdim, qeza namazi rusca tercumede nece olur

Ответ / Cavab

Aleykumusalam.

prapuşşennıy namaz deyilə bilir.

Allah sizə yar olsun

Задан: 17 Март, 2019 , Опубликовано: 16 Март, 2019
Страница 8 из 11111 << < 4 5 6 7 8 9 10 11 12 > >>
© 2019 All right reserved www.islam.az waplog