Azəri versiyası  |  Главная
Страница 7 из 10944 << < 3 4 5 6 7 8 9 10 11 > >>
Agaali |

salam aleykum. Niye göre ceferi mezhebinde qiyas haramdı.xahiş edirem başa salasınız.

Ответ / Cavab

Aleykumussalam

Qiyasi ilk eden seytan oldu.

Ceferi mezhebinde qiyas yoluyla fiqhi hokm ele getirmek Olmaz.

Allah size yar olsun

Задан: 11 Октябрь, 2018 , Опубликовано: 11 Октябрь, 2018
Iman |

Salam.Men mescidde gordum.Qola suyu sepirdiler sonra coxlu silirdiler.Mende qolumu yuyanda tam yuya bilmirdim deye.Her qolumu 2 defe su sepib yaxwi yaxwi sildim.Destemaz duzdur?.Sam Namazina yaxin ozumu rahatlatdim.Namazi qildim.Sonra destemaz alub xufteni qilanda qaz geldi.Men onu xaric edib,rahat destemaz alib namazi qila bilerdim.Amma elemedim ozumu sixdim.Yalniz Namaz vaxti shek eledim Ve yaxud cixdi deye bilerik.Namaz duzdur?Sagolun.3.Xameyni agaya teqlid edib.Onun kitabini alib oxumaqla bes eder?

Ответ / Cavab

Aleykumussalam

Beli qola su tokub onu yaymaqla da yuyulma duzdur.

Qaz chixmasi yeqin olsa namaz pozular.

Emellerinizi onun reylerine esasen edin.

Allah size yar olsun

Задан: 11 Октябрь, 2018 , Опубликовано: 11 Октябрь, 2018
Aya |

Salam.Suallri cavablandirdiginiz ucun cox sagolun.Bir iw alinmirsa meselen ishe duzelmeye gedirsen caliwirsan elinden geleni edirse amma goturmurler demek bu ish bizim ucun xeyirli deyil anlamina gelir?Yeni bir wey alinmirsa demek ki xeyirimizedi?Dinimizde bu haqqda ne deyilir? Ikinci suallim insanlarin mene garwi etdikleri haqsizliglar mene menevi olaraq pis tesir edir incidir.Haqsizligla bagli dinimizde neler var?Tewekkur edirem.

Ответ / Cavab

Aleykumussalam

Dunyada mueyyen ishler olur. Bunlar adi gundelik meisetdir. Her bir seyde dini baxish axtarmaq lazim deyil.

Insan haqlari islamda chox onemlidir. Bu qeder bu mesele onemlidir ki, haqqi pozulmush insan baqishlamadiqca, Allah da baqishlamaz.

Allah size yar olsun

Задан: 11 Октябрь, 2018 , Опубликовано: 11 Октябрь, 2018
xanim |

Salam Aleykum.Hamiləlikdə saç kəsdirmək olar?Dini baxımdan bilmək istərdim.Çox sağ olun

Ответ / Cavab

Aleykumussalam

Dini cehetden bunun qadaqasi yoxdur.

Allah size yar olsun

Задан: 11 Октябрь, 2018 , Опубликовано: 11 Октябрь, 2018
Elcin |

salamalekum...bele bir sualim var eyer her hansi movzularda sual qebul edirsizse hec eyer umumi movzuda qebul edirsizse cavablandirardiniz...Afrika qitesinde her hansi bir dinden imandan qurandan uzaq bir qebilede dunyaya gelen korpenin aqibeti muselman ve islam dininde olmadigina gore yaginlikle cehennemlikdir...bele olan halda o korpenin anasi ve atasinin yoluynan getmesi ve ona her hansi bir xeberdarciliqin olmamasi qarsiliqinda onun unahi nedir ?

Ответ / Cavab

Aleykumussalam.

Allah heç kimi hidayət etməmiş bouynuna vəzifə qoymur. Allah hər bir bəndəsinə özünü tanıdır. Biz  qeyd edilən növ suallarla cavabin qapısını bağlayıb özümüzü cavabsiz qoyuruq. Kim iddia edə bilər ki, Allah onlara özünü heç bir yolla tanlıtmayıb? İddia edilməsə cavab alınır. -Sənin rəbbin o Kəsdir ki, xəlq etdiyinə lazim olanları əta edib  sonra hidayət edir.- Bu Quran ayəsidir.

Muhit məsələsinə gəldikdə isə Ötənlərin əhvalatlarını yada salmaq kifayətdir. n Özünü Allah adlandıran Fironun arvadı Asiya xanim uca məqama yetişir, Peyğəmbər olan Həzrət Lutun arvadı cəhənnəmə gedir. Hər bir şey insanın özündən asılıdır, dədə baba və muhiitdən yox. Əlbətdə bunların təsiri var, amma tam tabeçilik yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2018 , Опубликовано: 11 Октябрь, 2018
Salam |

size sual yazmisdim. yazdiniz ki Allah insani elinden tutmur, sixintilar istedadimizi uze cixardir. Sixintilar deyerken men kasibciliq, xestelik ve s. nezerde tuturam. Onlara sebr etmek olur, Ama bir adam Allaha qul olmaga calisarken, "aile"deki insanlar seni kole elemeye calisirsa bu adi sixinti deyil, beladi. hem dunya heyati xos deyil hem axireti ucun birseyler ede bilmir. (demiyin ki "dua edin, hidayeti ucun calisin". Allah istemiyenden sonra dilin dodagin quruyana qeder dua et, hecne deyismir, O istemese.) Onun ucun asan olan bir seyi niye etmir? bir imansizi seher yuxudan imanli qaldirar, yuxu ile hidayet eder meselen. axi bu sixinti, bu problem mene ve "aile"me ziyandan basqa birsey vermir. Allahdan uzaqlasdirir, cehenneme yaxinlasdirir. sanki elin bizden uzub ve deyirki "oz isindi, ozun hell ele". men ise qadir deyilem neyise deyismeye.cunki QADINAM.(( sizce qadin on insanlara kole olmaga devam elese, Allah onu bagislayar? axireti yaxsi olar?

Ответ / Cavab

Aleykumussalam.

Duz edin, duadan böyük silah yoxdur və Allahdan xeyirlisini istəyin. Sizin haqqınızı kim pozursa, heqiqetde ozune pislik edir, sadece bunu anlamir. Əgər axirətə inamimiz varsa, o zaman ilk onu nəzərdə tutmaliyiq. Hər bir halda da gərək azmişların hidayət olunmasını ALlahdan istəyək. Xeyirlisi budur.

Allah sizə yar olsun

Задан: 11 Октябрь, 2018 , Опубликовано: 11 Октябрь, 2018
Fərid |

Salam əleykum Hacı bir ailədə ata namaz qılmayan oğul namaz qılan oğlan xüms çıxarmaq istəyir amma atanın belə işlərə etiqadı yoxdu oğlan işləyir və gələn pulda atanın əlində cəm olur belə olan halda oğlanın vəzifəsi nədi ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Həmin oğlan öz əlində olanın xumsunu ayırsın.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Gerib Xanim |

SalamAleykum.Biz Rasiyada yawayirig,xristian bankinda pul goymag olar?uzerine faiz gelir,mene deyiblerki,muselman bankina olmaz gunahdi,amma Rasiyada xristian bankinda olar,sizden meslehet istiyirem,,,

Ответ / Cavab

Aleykumussalam.

Qeyri müsəlman  ölkəsində iczəlidir.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Zəhra |

Salam. 1. Müstəhəb zikri dediz "Surəni oxumadan əvvəl" hər rükətdə fatihədən əvvəl? 2. Başqa bir sualımım cvbında dediz ki, "Namazın daxilində namazın şəklini pozan işlər namazı pozar." Telefondan əzbərləyənədək müstəhəb zikrləri demək namazın şəklini pozar ki?

Ответ / Cavab

Aleykumussalam.

Biz demədik, siz deyənə cavab verdik. İstiazəni Bismillhdan əvvəl oxuyurlar.

Bunun namazın şəklini pozub pozmaması  kənardan baxanlar görür.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Ya Əli |

Salam. Tərcüməsini də yazardız mümkünsə 《esselamu əyəykum ya əhlə bəytin-nubuvvə, və moziər risaləh və muxtələləful məlaikə və rəhmətullahi və bərəkatuh》

Ответ / Cavab

Aleykumussalam.

Salam olsun sizə ey nubuvvətin , risalətin mənbəyi, mələklərin get gəl etdikləri ev əhli, və Allahın rəhməti və bərəkəti sizə olsun.

Allah sizə yar olsun

Задан: 10 Октябрь, 2018 , Опубликовано: 10 Октябрь, 2018
Страница 7 из 10944 << < 3 4 5 6 7 8 9 10 11 > >>
© 2018 All right reserved www.islam.az waplog