Azəri versiyası  |  Главная
Страница 2 из 10995 << < 1 2 3 4 5 6 > >>
Nuray |

Salam size yazmisdim o gun Quran xetm edirdim arzum ucun sonra ele hadise oldu asanlasmag evezine cetinlesdi men de yarimcig qoydum xetmi. Sora esitdm seytannan ola biler sizden sorusdum dediz mumkundur. Sabahdan oxumag isteyirem xetmi qaldigim yerden davam edim ya basdan baslayib oxuyum?

Ответ / Cavab

Aleykumusalam.

Sehf etmiriksə sizə cavabda davam edin deyə yazmışdıq.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2018 , Опубликовано: 8 Декабрь, 2018
9999999 |

Salam.menim 8ay bundan əvvəl bir 20gunluk korpem öldü.indi Allahın izniyle yene övlad gozleyirem.isteyim budurki bu uşağa onun adını qoyam ama bu uşağında onun taleyini yaşamağı dan qorxuram sizcə bu uşağa onun adını qoysaq düzgün olarmı adların insan həyatına bir təsiri varmı.evvelceden çox sağ olun

Ответ / Cavab

Aleykumusalam.

Həmin adı bu uşağa qoymaqda bir problem yoxdur. Həmin adı daşımaqlıq da həmin talehi yaşamaq demək deyil.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2018 , Опубликовано: 8 Декабрь, 2018
Fatimə |

Salam. Dinde qohumlarla elaqeni kesmeyin deyilir. Bes eger qohumlar onlara getmeyimi istemirse neylemek lazimdi? Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər bunu aşkaranə numaiş etdirirlərsə ya dillə deyirlərsə o zaman getməyin. telefonla zəng vurub hal əhval tutmanız da kifayət edər.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2018 , Опубликовано: 8 Декабрь, 2018
Ya Səbur |

Salam Aleykum.7 il olacaq qohumumla bir birimizin ürəyində varıq.Daha sonralar oğlan ailə qurmağımı istədi,evlənməyə evi yox idi,həm arada 1 yaş fərqi var mən (xanım) oğlandan böyüyəm.Əvvəldən də vurğulamışdı 1 yaş böyük olmağa görə irəli gələ bilmir düzünü Allah bilir,mən belə düşünürəm.Artıq 27 yaşdayıq 7 ildi ümidlə,səbrlə duamla yolumuzun birləşməyin gözləyirəm.Artıq ev də var,valideynləri evləndirmək istəyir,oğlandan 1 addım yoxdu.Son dəfə çox sərt sözlər demişəm ona,səhv hərəkətlərinə görə.Sadəcə böyüyüm kimi məsləhət etmək istəyirəm,başqa necə hansı dualar edə bilərəm?İçimdə az da olsa ümid var,oğlan da,mən də bir birimizi,ailəmizi tanıyırıq,şükür Allaha yaxşıdılar.Xanım olaraq əlimdən dua etmək gəlir.Siz də dua edin.Allah xeyirlim etsin

Ответ / Cavab

Aleykumusalam.

Allahdan xeyirlisi nədirsə onu istəyin, hər seyin xeyirlisin ALlah daha yaxşı bilir. Biz də sizi dua edirik.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2018 , Опубликовано: 8 Декабрь, 2018
NNan |

Salam haci.Sualim beledirki eger bir ailede ata ovladlarin gozu qarsisinda analarini doyub zulm ederse ovlad ne etmelidir?ovlad atasina o halda cavab qaytarirsa gunahi axi nedir? xahis edirem etrafli cavablandirasiniz.

Ответ / Cavab

Aleykumusalam.

Əgər nahaq yerə bunu edirsə, o zaman qarşısını ala bilərsizsə, qarşısını alın amma hörmətlərini də sındırmayın.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2018 , Опубликовано: 8 Декабрь, 2018
Xanim |

Salam Aleykum.Dukanda bir geyim almisdim.pulu odesin deye bacima uzatdim amma degig baxmadim pullar ic ice idi.sonra dukanci bacima dediki 20manat artiq vermisiz.men de sualcavab elemeden goturdum.ama sonra mene ele geldiki o menden evel kimse cox verib pulu .dukana da getmek alinmir.sadece bilmek istirem ki o 20 manati sedege kimi kasb bir aileye versem Megbul sayilar?cunki vicdan ezabi kimi hss edirem .cavab yazsaniz sevinerem

Ответ / Cavab

Aleykumusalam.

Əgər sizin pulunuz deyilsə, dukana qaytarın. Sahibini tanıyırsızsa sahibinə qaytarın.

Allah sizə yar olsun

Задан: 8 Декабрь, 2018 , Опубликовано: 8 Декабрь, 2018
xXx |

Salam Aleykum.Xaiw edirem oturarag namaz nece qilinir onu izah ederdiz.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Əgər insan ayaq üstə dayana bilirsə stolun dalinda duracaq namaza bashlayacaq, rukuya əyiləcək. Səcdə uchun stula oturub stolun üstünə səcdə edəcək.

Əgər ayaq üstə dura bilmirsə, üzü qibləyə tərəf oturacaq, namaza başlayacaq, ruku üçün səcdə yerinə kimi əyiləcək, səcdələri də adi qaydada edəcək.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2018 , Опубликовано: 7 Декабрь, 2018
Seqefi |

Haci Salam , men esr namazinda bilmedim 3 yoxsa 4 ruket qilmiwam , ama 4 kimi tamamlayib 1 ruket ehtiyat qilmiwam , ehtiyat namazinnan soramda secdeyi sef elemiwem , amma Sistani aganin risalesinde yalniz 1 ruket ehtiyat namazi qilinmagi qeyd olunur , secdeyi sef elave elemiwem , bunun bir zereri varmi ? yoxsa yeniden qilmaliyam ? Minnetdaram , Sistani aga

Ответ / Cavab

Aleykumussalam

Burada sehf səcdəsinə ehtiyac yoxdur, amma etməniz də namaza təsir etmir.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2018 , Опубликовано: 7 Декабрь, 2018
Sevinc |

Salam. Menim 2 oglum var. Biri 1 yawinda o biri 3 ayliqdi. Demek olar her gun onlarin pamperslerini deyiwmek altini yumaq. Korpe oglumda tez tez elim sidiye de deyir deyiwende. Her gun baw verir bunlar. Namaza bir tesiri varmi?

Ответ / Cavab

Aleykumussalam

Sadəcə bundan sonra əlinizi yuyub paklayacaqsiz.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2018 , Опубликовано: 7 Декабрь, 2018
Anonim |

salam zehmet deyilse la ilahe illahin shertlerini yaza bilersiz? onceden teshekkur

Ответ / Cavab

Aleykumussalam

Məhsur silsileyi zəhəb hədisində Lakin ilahə İlləllah kelmesinin serti və şərtləri olduqu bildirilir. Bunun şərti Rəsulullahın qəbul olunması və ondan sonra ise məsum imamların vilayətin qəbul olunması bildirilib.

Allah sizə yar olsun

Задан: 7 Декабрь, 2018 , Опубликовано: 7 Декабрь, 2018
Страница 2 из 10995 << < 1 2 3 4 5 6 > >>
© 2018 All right reserved www.islam.az waplog