Azəri versiyası  |  Главная
Страница 11418 из 11421 << < 11414 11415 11416 11417 11418 11419 11420 11421 > >>
Melahet | Assalamu aleykum ve rahmatullahi! Sualim gece namazi baresindedi. Men subh namazimdan yarimsaat evvel oyanib o yarimsaati gece namazi qilib sonra subh namazini qiliramsa bu duzgundurmu? Yoxsa gece namazi mehz o niyyetle gecenin basqa bir vaxti yuxudan oyanilib qilinmalidir? Bir de nece ruket olmasinin meslehet olmasi barede melumat versez cox memnun olardim. Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. Beli, qildiginiz namaz inshAllah ki, duzgundur ve gece namazi uchun xususi niyyetle durmaq shert deyil. Gece namazi ozu sekkiz ruketdir. Lakin gecenin daha uch reket nafilesi vardir ki, adeten gece namazi onlarin hamisina birlikde deyilir. Onun qilinma terzi barede kechen heftelerin cavablarinda izahlar verilmsihdir, muraciet ede bilersiniz.
Задан: 4 Сентябрь, 2007 , Опубликовано: 4 Сентябрь, 2007
Nermine | Salam.mene maraqlidirki sevgililerin bir birine toxunmagi,opushmeyi, qucaqlashmalari gunahdirmi?Gelecekde o oglan hemin qizi alarsa bu qismen de olsa gunahlari azaldirmi?bir de namaz qilib basi baglamayanda namaz batil olurmu?Sualima gore uzr isteyirem ve qabaqcadan oz tewekkurumu bildirirem.
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. Eger kebin kesdirmeyiblerse, beli gunahdir. Gelecekde oglanin hemin qizi almasi gunahi yungulleshdirmir. Eger onlar aile quracaqlarsa da – elbette chox vaxt hech bele olmur – ailenin haram ve gunah emeller uzerinde qurulmasi esla beyenilen ish deyil. Xususile nezere alsaniz ki, sizin aile quracaginiza hech kes zemanet vermir, bu ishin sonraki peshmanchiligi daha aci ola biler. Eger meqsediniz namazi bashiachiq qilmaqdirsa, bu cur namaz batildir. Amma eger namazda hicabli olub sonradan bashi achmagi nezerde tutursunuzsa, bu, namazi batil eden zahiri shertlerden deyil.
Задан: 4 Сентябрь, 2007 , Опубликовано: 4 Сентябрь, 2007
musulamnka | Essalamu aleykum ve rehmatullahi ve berekatuhu.Size2 sualim var.1-menim18 yasim var ve men menden 1ay balaca olan oqlani isteyirem ve buda qarsiliqlidi.Bizim gorusmeyimiz yada tel danismaqimiz gunah sayilmirki?2sual-bunu anam ve atam bilir.Ama qardasima dememisem bu gunah sayilmirki?men gunah etmis olmuramki?Her seyi bilen ve goren uca Allahdir.Allah razi olsun!!!
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. Ilahi qanunlara esasen oglanla qizin munasibetlerinin qanuni olmasi uchun onlarin bir-birini qarshiliqli sevmesi kifayet deyil ve bunun uchun qizin ata ve ya babasinin icazesi ile kebin kesilmelidir. Kebin kesilmeden olan munasibetler ise istisnalari chixmaq sherti ile gunahdir. Eger ataniz bundan xeberdardirsa ve icaze verirse, gunahdan uzaq olmaq uchun kebin kesdirmeyiniz lazimdir. Qardashdan icaze almaq ise vacib deyil.
Задан: 4 Сентябрь, 2007 , Опубликовано: 4 Сентябрь, 2007
Shehrazat | Salam. Əvvəlcədən təşəkkürümü bildirirəm. 1. İLKİN və ÜLKƏR adlarının mənasını bilmək istərdim. 2. İslamda oğlanın özündən yaşca kiçik (3 yaş) qızla evlənməsi günah sayılırmı ?
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. 1- Ilkin kelmesi Azerbaycan dilinde oldugu uchun artiq izaha ehtiyac duymuruq. Ulker ise ulduz adidir ve hemin ulduzun bashqa bir adi da “Yeddiqardash”dir. 2-Xeyir, gunah deyil.
Задан: 3 Сентябрь, 2007 , Опубликовано: 3 Сентябрь, 2007
vefa | Men Hecc ziyaretine getmek isteyirem. Heccden qayitdiqdan sonra men mutleq qapanmaliyam? men namaz qiliram, oruc tuturam, yalniz bashimi baglamiram. Ve eger Hecc ziyaretinden qayitdiqdan sonra da baglamasam bu ne qeder sehv ve ya dogrudur?
Ответ / Cavab

Salamun aleykum va rahmatullah. Hicab taxmaq her bir muselman xanima vacibdir. Hecc ziyaretine getmish xanimin mesuliyyeti ise tebii ki, daha agirdir. Chunki Allahin evini ziyaret ederek gunahlarinin bagishlanmasina nail olmush shexs ozunu gunahdan qorumali ve Allah evinde etdiyi tovbesini pozmamalidir. Odur ki, Allah evini ziyaret etmish xanimin hicaba riayet etmesi daha vacibdir.
Задан: 3 Сентябрь, 2007 , Опубликовано: 3 Сентябрь, 2007
Asmer | QARDASIMIN 14 YASI VAR.O NAMAZ QILA BILER
Ответ / Cavab

Salamun aleykum va rahmatullah. Beli, qila biler.
Задан: 3 Сентябрь, 2007 , Опубликовано: 3 Сентябрь, 2007
Allaqulu | Salam eleykum. Birinci sualim budu ki bu suallara cavab veren kimdi. Maragimdan gore meni bagislayin . ikinci sualim budu ki bildiyimiz kimi icki meclisinde oturmaq olmaz amma men Atama etiraz eyleyende ki toyumda icki olmasin en cox qorxduxum sey odur ki temiz niyetim Allahtala isdediyi ucunden cixsin yeni atama qarsi inatkarliq veya basqa sey eliyerem veya eliyirem sek supeye dusurem mene komek eyleyin sagolun.
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. Suallara Agabala Mehdiyev cavab verir. Allah-taala valideynin hormetini saxlamagi vacib buyurmushdur. Lakin bu, valideynin sozunun Allahin hokmu ile ziddiyyet teshkil etmediyi hallar uchundur. Eger valideynin sozu Allahin hokmu ile ziddiyyet teshkil edirse, hemin halda valideyne itaet etmek vacib deyil. Elbette bu cur hallarda da gozel davranishla valideyne hormetsizlik etmeden onu yerine yetirilmesini istediyi ishden chekindirmek lazimdir.
Задан: 28 Август, 2007 , Опубликовано: 28 Август, 2007
nermin | Salam aleykum. Evvelceden size teshekurumu bildirirem. Sualima gore chox chox uzr isteyirem. Menin yoldashim mene toxunanda, menden maye xaric olur, ve mene qusl vacibdirmi? Birde bu suala gore sizden uzr isteyirem. ALLAH sizden razi olsun.
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. Qusl o vaxt vacib olur ki, insandan meni xaric olsun. Meniden bashqa diger rutubetler uchun qusl etmek vacib deyil. Meninin sherti ise qadinlarda shehvet hissi ile gelmesi ve bezi muctehidlerin nezerince shehvetle gelmekden elave bedeni sustleshdirmesidir. Odur ki, bu shertler olmadan gelen mayeler meni hokmunde deyil ve onlara gore qusl etmek lazim deyil.
Задан: 28 Август, 2007 , Опубликовано: 28 Август, 2007
arzu77 | bidaha salam.men shiye namazi qiliram ozumuz sunni olsaqda duzdu bele danismaq istamazdim....mene tanislar deyir ki sen gerek sunni namazi qilmalisan bele yox bu ne derecede duzdu? lakin men bele shiye namazi qilmaqi secmishem,ona goraki en esasi nece vaxdi namaz qilmaq istayirdim lakin bu soz sohbatlere gore qerar vere bilmirdim ve bir gun allaha yalvardim ki mene doqru yol gorsetsin men namaza baslayim ve seherisi gun namaz basladim allahtalanin komayi ile. 2- sual men teshahudda bide salami verenda sol ayaqimin ustunde otururam bele etmek duzdumu?
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. 1-Sizin qildiginiz namaz duzdur. 2-Secdeden sonra sol ayagin ustunde oturmaq mustehebdir.
Задан: 28 Август, 2007 , Опубликовано: 28 Август, 2007
TALEH | essalamu aleykum! men bilmek isteyirem hz Alinin zulfugari hardadir.? bir de ki,hz Mehdi gelen vaxti muasir silahla silahlanacag? Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam va rahmatullah. Imamlardan neql edilmish revayetlerde Zulfuqarin imam Mehdinin (a) yaninda olmasi deyilir. Xeyir, imam Mehdi (a) musir silahlarla silahlanmayacaq, lakin butun muasir silahlar onun qarshisinda ram olacaqdir.
Задан: 28 Август, 2007 , Опубликовано: 28 Август, 2007
Страница 11418 из 11421 << < 11414 11415 11416 11417 11418 11419 11420 11421 > >>
© 2019 All right reserved www.islam.az waplog