Azəri versiyası  |  Главная
Страница 11344 из 11421 << < 11340 11341 11342 11343 11344 11345 11346 11347 11348 > >>
Zumrud | As-salamu aleykim ve rehmetullahi ve berekatuh. Xahish edirem yazasiniz: qadin namaz qilarken qizildan (uzuk,sirqa ve s.) istifade etmemelidir? Teshekkur edirem, chox saq olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qadinin ister namaz zamani, isterse de bashqa vaxtlarda qizil bezek eshyalarindan istifade etmesine hech bir manea yoxdur.
Задан: 17 Ноябрь, 2007 , Опубликовано: 17 Ноябрь, 2007
Feride | Salam. Men 2 ayliq Moskavaya sefere gedirem ve bilmek istiyerdim ki, orada namaz vaxti hansidi ve Azerbaycandaki ile ne ferqi var? Ya da melumat veresiz hardan Moskvadaki Namazin vaxtini baxa bilim? Chox sag olun. ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Moskva sheherinde namaz vaxtlarini ashagidaki internet sehifesinden oyrene bilersiniz: http://www.rafed.net/calendar/related.php Sehife achildiqdan sonra yuxaridan birinci pencerede (olkelerin siyahisi) Russian Federation kelmesini sechin. Ondan asahgidaki pencerede sheheri (Moskva) tapin. Bundan sonra ashagidaki arabca "ta'yid" (tesdiq) sozu yazilmish kichik duymeni basin. Bir neche saniye sonra Moskva uzre gundelik namazlarin vaxtini bildiren cedvel achilacaq. P.S. Moskva sheheri uchun qiblenin istiqameti cenubdan teqriben 4 derece sol terefedir.
Задан: 16 Ноябрь, 2007 , Опубликовано: 16 Ноябрь, 2007
Rafiga | Salam. Evvelki cavablarinizin birinde qeyd etmishdiniz: Yeni ev alarken, yeni eve girerken ve umumiyyetle evin bereketli ve ruzili olmasi uchun "Muminun" suresinin 28-29-cu ayelerini oxumaq meslehetdir. Bu ayeleri evde daima oxumaq yaxshidir. Bu ayeleri yaza bilerdinizmi? Mene ele gelir hamiya maraqli olar. Teshekkur.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Heqiqieten, evin bereketli olmasi, ogrudan ve sair belalardan amanda qalmasi uchun "Muminun" suresinin 28-29-cu ayelerini oxumaq meslehetdir. Ayelerin transliterasiyasi beledir: "28. Fe izesteveyte ente ve men meake alel-fulki fe qul-il-hamdu lillahil-lezı neccana minel-qavmiz-zalimın 29. Ve qul rabbi enzilnı munzelen mubaraken ve ente xayrul-munzilın". Azerbaycanca tercumesi: 28 - Sən yanında olanlarla birlikdə gəmiyə minən kimi: “Bizi zalım tayfanın əlindən qurtaran Allaha həmd olsun!” – de. 29 - Həmçinin (gəmidən enəndə) belə de: “Ey Rəbbim! Məni mübarək (xeyir-bərəkətli) bir yerə endir. Sən sığınacaq verənlərin ən yaxşısısan!”.
Задан: 16 Ноябрь, 2007 , Опубликовано: 16 Ноябрь, 2007
Muslim_sister | As-Salamu Aleykum va Rahmatullahi va Barakatuh! İlk once evvelki suallarimi cavablandirdiqiniz ucun cox teshekkur edirem! Allah sizden razi olsun! Sualim yene de namaz-la baqlidir.Bu gunlerde burun daxilinde emeliyyat kecirmishem,yaranin ustu hele bu gun acilib ve bir hefte burnuma su deymemelidir.Destemaz zamani da burun temizlenmelidir,mende ise (cox uzr isteyirem) burun daxili temiz deyil (qan ve s...),yara saqalmadiqi ucun.Bele halda da namaz qila bilmirem,cunki bilirik ki,qan necis-dir ve namazi batil edir.Bu qila bilmediyim namazlarin qezasini qilsam,gunah olmaz ki? Belke bashqa yolu var? Evvelceden Teshekkurler! Allah amaninda!
Ответ / Cavab

Aleykum salam. Bu hallar uchun cebire destemazi deyilen anlayish var. Onun xirdaliqlari chox olduqu uchun burada hamisini vermek olmur. Lakin qisasi budur ki, eger hekim burnunuza su deymesine icaze vermirse qalan yerleri yuyaraq destemaz ala bilersiniz. Bunun uchun yara olan yerin ustune bint qoyub destemaz alin, bintin ustune ise sadece yash elinizi chekin. Bint qoymaq mumkun deyilse, yaraya toxunmadan etrafini yumaqla destemaz alin.
Задан: 15 Ноябрь, 2007 , Опубликовано: 15 Ноябрь, 2007
Ehli - Shiyye | Salam Aleykum ve Rehmatullah ve berakatuh. Menim bir neche sualim var 1 Vahabiler kime deyirler. 2 Mohuru opub gozune qoymaq ve ya eli vurub uze salavat cevirmek Peyqemberimizin (s.a.s) vaxtinda da olub? Eger olmayibsa onda bu bidetdir. 3 Bidet gunahdir? 4 Eger muveqqeti kebin Quranda yazilibsa onda niye sunniler buna haram deyirler. Meger Quranin hansisa ayesini deyishmek olar? 5. Sunniler bir nece yere bolunurler (hanafiler ve s. bes shiyelerde bolunme var?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Vehhabilerin kimliyi chox ehateli meseledir, sual-cavab gushesinin imkanlari burada hemin suala etrafli cavab vermeye icaze vermir. Bunun uchun muvafiq mezmunlu kitablara muraciet etmeyinizi meslehet goruruk. Hal-hazirda Azerbaycanda vehhabiliyin tarixi ve mahiyyeti barede xeyli kitab neshr olunub. Elave olaraq, internet sehifelerinde de kifayet qeder informasiya toplamaq (azerbaycan, rus, ingilis ve turk dillerinde) mumkundur. Komek meqsedile, ba'zi internet unvanlarini teqdim edirik: http://www.al-shia.com/html/azr/lib/casus/index.htm (Ingilis casusunun xatireleri) http://www.al-shia.com/html/azr/lib/vahab-5/index.html http://www.al-shia.com/html/azr/lib/vahabi/index.htm http://www.al-shia.com/html/azr/lib/vahabi%20sual/index.htm 2. Mohuru opub goz ustune qoymaq ve ya eli mohure surtub sonra salavat chevirmek oz-ozluyunde gunah deyildir. Sadece olaraq, bu hareket ba'zen qeyri-shia muselmanlar terefinden duzgun anlashilmadigi uchun etmeyi meslehet gormuruk. Peygamber zamaninda mohurden istifade olunmasina ehtiyac yox idi. Chunki o zamanlar hem evlerin, hem de mescidlerin doshemesi ya torpaqdan ibaret idi, ya da torpagin ustune hesir serirdiler. Shia eqidesine gore, secdeni hem torpagin, hem de hesirin ustune etmek olar. Muasir zamanda doshemeler adeten taxtadan ve s. materiallardan ibaretdir ve xalcha-palaz ile ortulur. Hem de torpagi canamazin ichine sepib ustune secde etmek chetinlik toredir. Buna gore, mohurden istifade etmeye ehtiyac vardir. Mohur pak torpaqla suyun qarishigindan bashqa bir shey deyildir. 3. "Bid'et" sozunun me'nasi "yenilik, deyishiklik" demekdir. Aydindir ki, yenilik hem yaxshi, hem de pis ola biler. Meselen, kimse Islam dininin muhum qanunlarindan birine esassiz olaraq deyishiklik edirse, bu, pis hereket ve gunah sayilir, muselmanlar terefinden qabul edilmir. Lakin elm, texnika inkishaf etdikce, ba'zi dini meselelerde, muselmanlarin gundelik heyatinda ve meishet sheraitinde irelileyishler heyata kechirilirse, bunu niye qabul etmemeliyik? Meselen, Peygamberin zamaninda mescidlerin minareleri yox idi, Quran ayelerini yazarken herflerin uzerine noqte ve hereke qoymurdular. Bunlar sonraki esrlerde meydana chixdi ve muselmanlara xeyli fayda getirdi. Ona gore de bu cur yeniliklerin gunah oldugunu soyleye bilmerik. 4. Muveqqeti nikah meselesinin Qurani-kerimde "Nisa" suresinin 24-cu ayesinde vurgulandigini shia tefsirchileri beyan etmishler. Bundan elave, Hazret Muhammad Peygamberin (s) ve imamlarin onlarla hedisi de muveqqeti nikahin (mut'a ve ya siga) caizliyini gosterir. Ehli-sunne mezhebinde bu fikir movcuddur ki, Islamin ilk illerinde muvaqqeti nikaha icaze verilmishdi. Lakin Peygamberin sagliginda Allah-tealanin emri ile bu cur nikah qadagan edildi. Ehli-sunne elimleri Qurani-kerimin yuxarida gosterilen ayesinin muveqqeti nikah barede nazil oldugunu qabul etmirler. 5. Shia mezhebi tarix boyunca onlarla qola ayrilmishdir. Shia mezhebi hemishe azliqda ve muxalifetde oldugu uchun, imamlarin biri vefat ederken kimin imamete kechmesi barede ma'lumatlar ba'zen gizli saxlanilir ve yalniz bir qrup adama ma'lum olurdu. Bu da insanlarin imamet meselesinde fikir ayriligina dushmelerne sebeb olurdu. Ba'zen imam rahmete getdikden sonra bir neche oglu imamet iddiasi edir ve her birinin de etrafina terefdarlar yigilirdi. Ona gore de, ilk esrlerde shia mezhebi daxilinde choxlu parchalanmalar meydana chixmishdi. Tarix kitablarinda XI imamin zamanina kimi shialiyin daxilinde 12-15 cereyan yarandigini yazirlar. Bunlarin en meshhurlari - zeydiyye ve ismailiyye mezhebleridir. Dorduncu Imam Ali Zeynulabidinin (a) vefatindan sonra bir qrup shialar onun oglu Imam Muhammad Baqiri (a) siyasi ve herbi passivlikde gunahlandirib, Imam Zeynulabidinin (a) diger oglu Zeydi imam elan etdiler. Zeyd Emevilere qarshi qiyam qaldirib 739-cu ilde shehid edildi. Onun terefdarlari oglu Yehyanin terefine kechdiler. Byndan sonra Yehyanin neslinden olanlar zeydilerin imami oldular. Zeydiler eqide meselelerinde (usulid-din) shialiye yaxindirlar (bir ferqle ki, onlarin eqidesince, mutleq 12 imam deyil, Hazret Fatimenin (a) neslinden olan her bir layiqli shexs imam ola biler), sheriet meselelerinde ise ehli-sunneye benzeyirler. Hal-hazirda zeydilerin ekseriyyeti Yemende yashayir. Diger meshhur shia cereyani ismaililikdir. Ismaililer Imam Cafer Sadiqin (a) oglu Musa Kazimin (a) deyil, diger oglu Ismailin imamligini mudafie edirler. Ismail hele Imam Sadiqin (a) sagliginda vefat etmishdi. Ismaililik eqidesinde hem Islam, hem de yahudi, xristian, hinduist dinlerinin izleri gorunur. Kosmopolit bir eqide olan ismaililik xususile XI-XIII esrlerde chox guclu olmushdur. O zamanlar indiki Iran erazisinde Elemut qalasinda meskunlashmish ismaililer oz ideoloqlari Hasan Sabbahin rehberliyi altinda siyaset xadimlerine qarshi terror addimlarindan da chekinmirdiler. Ismaililer hal-hazirda Pakistan ve Hindistan erazisinde yayilmishlar. Bu cereyanin "agaxaniyye" qolu esasen bir qrup oliqarxiya terefinden idare olunur. Ba'zi muellifler Hazret Alini (a) ilahileshdiren aliallahi ve alevi teriqetlerini de shialiye aid etmeye chalishirlar. Lakin bunlar neinki shialiye, hetta Islama zidd olan teriqetlerdir, chunki insanin ilahiliyi fikrini ireli sururler. Onu da qeyd edirik ki, caferiler hal-hazirda shia mezhebinin sayca en chox ve en motedil, en esaslanmish ve teshkilatlanmish hissesini teshkil edirler. Caferilerin eqidesince, butun diger shia cereyanlari haqq yoldan azmishlar.
Задан: 15 Ноябрь, 2007 , Опубликовано: 15 Ноябрь, 2007
fatime | Salamun aleykum. Meni bu sual cox maraqlandirir. Deyilene gore, uzerine Ilahi kelme yazilmish kagizi (eger lazim deyilse) denize atmaq ve ya yandirmaq lazimdir. Dogrudurmu? Xaish edirem bu suali cavablandirasiniz. Minnetdaram.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Uzerinde muqaddes yazilar (Quran ayesi, Allahin adi, Peygamberlerin ve imamlarin adi) olan kagizi yandirmaq bu adlara qarshi hormetsizlik ve gunahdir. En yaxshisi budur ki, hemin kagizi ya suya (denize, chaya) atsinlar, ya da topraga basdirsinlar.
Задан: 15 Ноябрь, 2007 , Опубликовано: 15 Ноябрь, 2007
Fuad | Salam Aleykum. Qurban bayramı dekabr ayının 20-si yoxsa 21-i günüdür?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Muselman (hicri) teqvimi Ayin gorunmesine. miladi teqvim ise Guneshe esaslandigi uchun aralarinda ferqler vardir. Muselman teqvimini qabaqcadan 100 faiz deqiqlikle proqnozlashdirmaq mumkun deyildir. Buna gore de Qurban bayraminin tarixini qabaqcadan tayin ederken xeta olmasi ehtimali vardir. Qurban bayrami zil-hicce ayinin (12-ci ay) 10-cu gunudur. Hal-hazirda zil-qada ayi (11-ci ay) gedir. Bu ay bitdikde her shey malum olacaq. Ya'ni zul-qada ayinin 29 yoxsa 30 gun olmasindan asili olaraq Qurban bayraminin hansi gune dusheceyi bilinecek.
Задан: 15 Ноябрь, 2007 , Опубликовано: 15 Ноябрь, 2007
farid | Salam aleykum. Sualim beledir: Namazdan sonra rahmata geden qohumlarin ruhuna salavat zikr etmek duzgundurmu? Chox saq olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, rehmete getmish insanin ruhuna salavat soylemeyin manechiliyi yoxdur. Qur'ani-kerim muselmanlara amr edir ki, Peygambere salam ve salavat gondersinler ("Ehzab" suresi, aye 56: "Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!"). Bu zaman salavat gonderen adam savab qazanir. Hemin adam bu savabi bashqa birine hediyye ede biler. Ele dediyiniz meselenin de mahiyyeti budur. Insan salavat soyleyenden sonra bunun savabini istediyi merhumun ruhuna hediyye edir. Bazen bu amelin heqiqi me'nasini basha dushmur ve ele guman edirler ki, salavat merhumun ruhuna gonderilir. Eslinde ise, salavat Hazret Muhammed Peygamberin (s) ve neslinin ruhuna gonderilir (salavatin metni de bunu gosterir). Amma bu salavatin savabi niyyet edilen merhumun ruhuna bagishlanir.
Задан: 14 Ноябрь, 2007 , Опубликовано: 14 Ноябрь, 2007
pervin | Salam. Sualim beledir ki, kechen defe meleklere salam vermek barede size sual verdim. Mene qaranliq qalan budur ki, namazin salamini deyenden sonra meleklere salam vermek ve sonra 3 dafa "Allahu akbar" ve salavat chevirmek lazimdir? Yoxsa eksine 3 dafa "Allahu akbar" deyib salavat chevirenden sonra?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu suala kechen defe kifayet qeder etrafli cavab yazmishdiq. Bir daha tekrar edirik: Namazdan sonra mustehebbi salamlarin (saga ve sola) ne zaman verilmesinin prinsipial ferqi yoxdur. Isteyirsiniz derhal namazin salamindan sonra verin, isteyirsinizse, bashqa dualari oxuyandan sonra. Amma yaxshi olar ki, namazin salamlarindan derhal sonra ve butun bashqa dualardan qabaq deyesiniz. Lakin bu qanun deyil. Her bir halda Allah-teala Sizin meleklere gonderdiyiniz salamlari qabul edib evezinde Size savab yazacaq inshaALLAH. Umumiyyetle, meslehet goruruk ki, bele xirda meselelerle (namazdan sonra meleklere salam evvel deyilmelidir, yoxsa 3 defe "Allahu ekber" ve salavat) zehninizi yormayasiniz. Yoxsa bele suallar diqqetinizi daha boyuk meqsedlerden, bilmeli oldugunuz daha muhum meselelerden yayindira ve vaxtinizi ala biler.
Задан: 14 Ноябрь, 2007 , Опубликовано: 14 Ноябрь, 2007
Zumrud | As-salamu aleykum ve rehmetullahi ve berekatuh. Xahish edirem yazasiniz, niye gore tesbeh 100 dene duzulur ve 33-33 deye bolunur. Teshekkur edirem, chox saq olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Tesbeh Allahin gozel adlarini zikr etmek uchun bir vasitedir. Bir choxlarinin dushunduyu kimi elde oynatmaqchun ve ya barmaqdaki duzlari eritmekchun vasite deyil. Allahin gozel adlarinin sayi 100 oldugu uchun tesbehin denelerinin sayi da 100-dur. Tesbehin Islamda tarixi Hazret Fatimanin (a) adi ile baglidir. Ele buna gore de tesbehi "Hazret Fatimanin (z) tesbihi" adlandirirlar. Revayetlere gore, bir gun Hazret Fatime (a) atasindan xahish etdi ki, ona ev ishlerinde komek etmek uchun qulluqchu saxlamaga icaze versin. Peygamber buyurdu: "Sene ele bir shey oyredeceyem ki, neinki qulluqchudan, hetta butun dunyadan daha ustundur". Sonra Hazret Muhammed Peygamber (s) Fatimeye (a) meslehet gordu ki, Allahin adlarini ashagidaki ardicilliqla saysin: 34 defe "Allahu ekber", 33 defe "El-hemdu lillah" ve 33 defe "Subhan Allah". Hazret Fatime (a) evvelce bir ip goturub ona 100 dene duyun vurdu ve bu zikrleri deyerken hemin tesbehi elinde tutub chevirdi ki, zikrlerin sayini sehv salmasin. Sonralar Peygamberin emisi Hazret Hamza Uhud savashinda shehid oldu ve Fatima (a) Hamzanin qebrinin torpagindan goturub su ile qarishdirdi, 100 eded xirda kurecik duzeldib deshdi ve ip kechirib tesbeh duzeltdi. Daha sonralar Imam Huseynin (a) mezari yerleshen Kerbala torpagindan tesbehler duzeltmeye bashladilar (buna "turbet tesbeh" deyilir).
Задан: 14 Ноябрь, 2007 , Опубликовано: 14 Ноябрь, 2007
Страница 11344 из 11421 << < 11340 11341 11342 11343 11344 11345 11346 11347 11348 > >>
© 2019 All right reserved www.islam.az waplog