Azəri versiyası  |  Главная
Страница 11311 из 11400 << < 11307 11308 11309 11310 11311 11312 11313 11314 11315 > >>
abdullah | 1. Insan niye yaradilmishdir ? 2. Butov yaradilmish kainatda insan hansi missiyani yerine yetirmelidir ? 3. Bu missiya yerine yetirildikde ne olur yetirilmedikde hansi musibetler bash verir ? 4. Melekler haradan bilirdiler ki, insan yer uzunde fitne-fesad toredecek ? 5. O ne idiki Allah bilirdi, melekler bilmirdiler ? 6. Allah Ademe kainatin isimlerini niye oyretdi ? 7. Niye melekler kainatin isimlerini saya bilmediler ? 8. Gizlin yeni - Qelb yazisi nedir ? 9. Qelb gorurmu ? - dushunurmu ? 10. Qelb yazisi qelbe nece yazilir ? bu yazilmanin mexanizmi necedir ? 11. Pis niyyetlerin qelbe yazilmasinin qarshisi nece alinir ? 12. Qadagan olunmush agac bugda deyilse nedir ? 13. En-Nur 35-de yandirilan agac zeytun deyil. Onda bes nedir ? 14. Eger onun yagi ozune od toxunmasada ishiq sachirsa , onda niye yandirilsin ? 15. Niye Nur 35 Quranin qifilidir ? 16. Niye Ibrahim 24 Quranin acharidir ? 17. Enerji hecden yaranmir , hec yere itmir,o yalniz bir enerji formasindan b
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Verdiyiniz suallarla bizi imtahana chekmek istediyinizi dushunuruk. Evvela, yazdiginiz 48 sualin her biri uzun ve etrafli izaha ehtiyacli movzulardir. Qeribedir ki, bunlari sual-cavab gushesinin imkanlari cherchivesinde cavablandirmagin sadece olaraq mumkun olmadiginin ferqine varmamisiniz. Ikincisi, bu 48 sualin her biri bize de malum olan bir kitabda ozunemexsus shekilde sherh olunmushdur. Bu, bir neche ay evvel chap olunmush ve Huseyn Cavadov adli bir muellifin qelemine mexsus olan "Insan taleyini ozu yazir: Insan nur istehsalchisidir" kitabidir. Hemin kitabi tam diqqetle oxumadigimiz uchun ichindekilerin ne derecede duzgun oldugunu ve Islam maarifine tam uygun gelib-gelmediyini soyleye bilmerik.
Задан: 11 Декабрь, 2007 , Опубликовано: 11 Декабрь, 2007
aminä | Salam, sualim beledir: bir insan oxuyub-yaza bilmirse, "Fatihe" suresinden bashqa bir shey bilmirse, namazi nece qilsin? "Fatihe" suresini de ushaq vaxti oyrenib, amma indi hal-hazirda aile gurub, bashga olkede yashayir. Men ona nece komek ede bilerem ki, namaz gilsin? Hemin adam oruc tutur, hicab taxir.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Insan namazin vacib olan sozlerini ve hereketlerini oyrenmeli, yadda saxlamalidir. Bu yolda chetinlik olsa bele, chalishmalidir. Namazda deyilmesi vacib olan sozler azdir: tekbir, "Fatihe" ve "Ixlas" sureleri, ruku ve secdelerde demek uchun "subhanallah" zikri (3 defe tekrar etmelidir), bir de teshehhud ve salam (3 salamin yalniz sonuncusu vacibdir). Gorunduyu kimi, bunlari ezberlemek bir o qeder de chetin deyil. "Fatihe" suresini yadda saxlaya bilen adam deyilenleri de yadda saxlaya biler. Her halda, hemin adam namazin sozlerini (en minimal miqdarda) ezberlemeye chalishmali, lakin vacib olan kelmeleri hech cur yadda saxlaya bimezse, bacardigi kimi namazini qilmalidir. Chixish yollarindan biri de budur ki, eger imkan varsa, namazlarini camaat halinda, imamin arxasinda qilsin. Bu halda o, qiraati (sureleri) ozu oxumayacaq, imam-camaata iqtida edecek.
Задан: 10 Декабрь, 2007 , Опубликовано: 10 Декабрь, 2007
jalä | Assalam aleykum. Män özüm shiyä mäzhäbindänäm vä bildiyimä görä, ashura günü oruc tutmaq olmaz, amma sünni mäzhäblärinä görä, äksinä, ashura günü tutulan oruc bir necä aylarin orucundan daha fäzilätlidir vä böyük savaba yazilr. Bunu bilmämishdän qabaq män dä ashura günü oruc tutmusham, bu, gunah sayilirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, dinimize gore, bilmeyerekden yerine yetirilen her bir sehv ve gunah ameli Allah-teala bagishlayar inshaAllah. Allah neinki, bilmeyerekden ashura gunu oruc tutan adami, hetta sehv ve yanlishliq uzunden Islam dininden bashqa dine kechib, sonra peshman olan ve tovbe eden insani, tamah, edavet ve s. sebebler uzunden qetl toreden, ogurluq eden, zinaya bulashan kesi de (semimi tovbe etdiyi halda) bagishlayar inshaAllah.
Задан: 10 Декабрь, 2007 , Опубликовано: 10 Декабрь, 2007
Eynulla | Esselamu aleykum. Uzerinde halal yazilmish kolbasalardan yemek olar? Uzerinde halal yazilmamish sirf toyuq kolbasasindan yemek olar (Rusiya istehsali olan)?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Uzerinde halalligi barede qeyd yazilmamish ve Rusiya istehsali olan toyuq etini yemeyin caizliyi shubhe altindadir. Chunki Rusiya ehalisinin boyuk ekseriyyeti qeyri-muselmandir ve bu olke muselman olkesi kimi taninmir. Ona gore de, orada kesilen heyvanlarin islami qayda-qanunlar daxilinde kesildiyini soylemeye esas yoxdur. Bir halda ki, mehsulun uzerinde de halalliq barede qeyd yoxdur, aydin olur ki, hemin mehsul halal yolla kesilmemishdir. Amma uzerinde halalliq barede qeyd yazilmish mehsullara inaminiz varsa, yeye bilersiniz. Shexsen biz hech bir firmanin (ne xarici, ne de yerli) halal et alveri ile meshgul oldugunu yoxlamadigimiz uchun, bu barede fikir yurutmek mesuliyyetini oz uzerimize goture bilmerik.
Задан: 10 Декабрь, 2007 , Опубликовано: 10 Декабрь, 2007
Emil | SALAM ALEYKUM. Man bilmak istardim: kishi nikahda olan arvadi ila cinsi elaqadan sonra qusl almalidir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, cinsi elaqeden sonra her iki teref (hem kishi, hem de qadin) qusl almalidir. Cenabet quslu oz-ozluyunde vacib deyildir. Lakin cinsi elaqeden sonra namaz qilmaq, oruc tutmaq, Qurana toxunmaq, mescide getmek ve s. bu kimi pakliq teleb eden amelleri yerine yetirmek uchun mutleq qusl almaq lazimdir.
Задан: 10 Декабрь, 2007 , Опубликовано: 10 Декабрь, 2007
mahmud | Cadu varmi ve bu barede Qurani-kerimde ne deyilir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Cadu vardir ve onu inkar etmek duz olmazdi. Tarix boyunca cadu, sehr, tilism ve s. bu kimi ameller movcud olmush, ba’zi insanlar bunlarla meshgul olmush, chox heyretamiz ishler toretmishler. Cadu – ba’zi tebiet quvvelerinin ve cinlerin yardimi ile heyata kechirilir. Cadunun varliginin en gozel subutu Qurani-kerimin 113-cu “Feleq” suresidir. Hemin surede buyurulur: “1. (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə! 2 - Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; 3 - Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; 4 - (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; 5 - Və bir də paxıllığı tutanda paxılın şərindən!”. Cadu barede hedislerde de malumatlar choxdur. Meselen, Imam Ali (a) buyurub: “Goz deyme haqdir (ya’ni vardir), efsun haqdir, sehr haqdir, fal haqdir, tayre (qushlarin uchushuna esasen fal achmaq) yalandir, edva (xeste adamin bedqedem olmasi ve xesteliyini bashqasina kechirmesi) yalandir” (“Nahcul-belage”, 400-cu qisa kelam). Yene o hazret buyurub: “Muneccim kahin kimidir, kahin sehrbaz kimidir, sehrbaz kafir kimidir, kafirin yeri ise cehennem alovudur!” (“Nahcul-belage”, 79-cu xutba). Hedislerde buyurulub ki, sehrle meshgul olmaq qeti suretde haramdir ve sehrbazin cezasi edamdir. Imam Ali (a): “Her kim sehrden az ve ya chox hisseni bashqasina oyretse, kufre dusher. Onun hesabini Allah ozu cheker. Bu dunyada cezasi ise, eger tovbe etmese, edamdir” (“Biharul-envar”, cild 79, seh. 210). Revayete gore, bir gun bir qadin Hazret Muhammed Peygamberin (s) huzuruna gelib soyledi: “Erim menden soyuyub. Men de onu ozume baglamaq uchun ba’zi isher gormushem (ya’ni sehr etmishem), Peygamber qezeblenib buyurdu: “Vay olsun sene! Oz dinini mehv etmisen! Allaha yaxin olan melekler sene lanet edir! Semadaki melekler sene lanet edir. Yerdeki melekler sene lanet edir (Peygamber bu sozleri 3 defe tekrar etdi)” (“Biharul-envar”, cild 79, seh. 214). Bashqa bir hedise esasen, Imam Sadiq (a) Muhammed Peygamberin (s) bele buyurdugunu soylemishdir: “Her kes sehrbazin, kahinin ve geleceyi gorduyunu iddia eden shexsin yanina gets eve ona inansa, butun semavi kitablara kufr etmish kimidir”.
Задан: 10 Декабрь, 2007 , Опубликовано: 10 Декабрь, 2007
Xeyalimin Nuru | Salam aleykum. Men siyge ve onun duasinin haqqinda bilmek isteyirdim. Bu ne derecede duzgundur? Yoxsa gunahdir? Duasinin oxunushunu da yazsaz yaxshi olar! Onceden minnetdaram!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sige (muveqqeti nikah) haqqinda suallara evveller defelerle cavab vermishik. Sige movzusu chox ehatelidir. Onun shertleri agirdir. Bu gun bir choxlarinin tesevvur etdiyi kimi, sige - exlaqsizliga ve fahishelerle elaqeye haqq qazandiran vasite deyil. Bir daha tekrar edirik: 1. Sige shia muselmanlarin halal bildiyi bir nikah novudur. Shia mezhebinde sige meselesi Qurani-kerimin ayeleri ve Peygamberin hedisleri ile mukemmel elaqelendirilir. Ona gore de sigeye "goydendushme" bir mesele kimi baxmaq, sige eden insanlarin zinaya duchar oldugunu iddia etmek OLMAZ! Bu, shia mezhebinin fiqh (sheriet) esaslarindan oldugu uchun, en azi, muselmanlarin vehdeti namine, bu barede ehtirami gozlemek ve radikal chixishlardan uzaq olmaq lazimdir. 2. Sigenin shertleri chox agirdir. Meselen, exlaqsiz qadinlarla sige etmek olmaz. Chunki Qurani-kerim fahisheleri pak kishilere haram buyurub. 3. Sige eden qadinin son 3 ay erzinde hech kimle cinsi elaqede olmamasi lazimdir. Ya'ni qadin idde muddetini bitirdikden sonra yeniden nikaha (ister daimi, isterse de muveqqeti) daxil ola biler. 4. Erli qadini, erinden ayrilmish, amma sheriete uygun olaraq talagi verilmemish qadini, bakire qizi (atasindan ve ya babasindan icazesiz) sige etmek OLMAZ! 5. Sige nikahi neticesinde ovlad dogularsa, atasi onu tanimali ve oz ataliq borcunu tam yerine yetirmelidir. Elave ma'lumat uchun risalelere muraciet etmeyinizi meslehet goruruk. Sigenin shertleri, sige duasi ve s. barede kitablarda malumat vardir. Meselen, ashagidaki unvandan meshhur caferi (shia) muctehidi Ayetullahul-uzma Sistaninin bu baredeki fetvalari ile tanish ola bilersiniz: http://www.al-shia.com/html/azr/shariat/resaleh/033.htm#link277 http://www.al-shia.com/html/tur/istifta/mote/
Задан: 9 Декабрь, 2007 , Опубликовано: 9 Декабрь, 2007
майя | Ассаламу Алейкум. Скажите, пожалуйста, правда, что надо соблюдать пост в первые 10 дней месяца Зуль-Хиджжа и в день Арафа? Можно узнать подробнее об этом? Заранее спасибо.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Держать пост в первые девять дней Зуль-хиджы включая день Арафата желаемое деяние (мустахаб). Но держать пост в праздник Курбан является харамом.
Задан: 9 Декабрь, 2007 , Опубликовано: 9 Декабрь, 2007
Solmaz | Salam eleykum muselman qardashim. 1. Kishi arvad ile birge yashadigi halda, bashqa qadinla sige etdire bilermi? 2. Ve ya eqd baglaya bilermi? 3. Arvadindan, anasindan, atasindan, qardashindan gizli ikinci defe kebin kesdire bilermi? Chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Aileli kishinin muvaqqeti kebin (sige) kesdirmesinin sheriet baximindan manechiliyi yoxdur. 2. Kishinin eyni zamanda 4 qadinla daimi nikahda olmasina sherietimiz icaze verir. Lakin bu zaman muayyen shertlere riayet etmek vacibdir. Bu shertler de esasen, qadinlar arasinda tam beraberliyi qoruyub-saxlamaga aiddir. 3. Kishi ikinci defe daimi ve ya muvaqqeti kebin kesdirerken, ozu serbest suretde qerar vere biler ve bu barede hech kime xeberdarliq etmeyi teleb olunmur. Ba’zi istisnalar var ki, meselen, kishi oz heyat yoldashinin bacisi qizi ve ya qardashi qizi ile evlenmek isteyerse, bu barede heyat yoldashinin raziligini almalidir. Lakin bashqa qadinlarla evlenerken, heyat yoldashindan raziliq almasina ehtiyac yoxdur. Herchend ki, ailenin mohkemliyi baximindan, erle arvadin bir-birinden gizli sirrlerinin olmamasi ve kishinin de bashqa qadinla evlenerken, arvadini xeberdar etmesi sirf manevi baximdan meslehetdir. Lakin bir daha tekrar edirik ki, bu, onun sheriet borcu deyildir.
Задан: 9 Декабрь, 2007 , Опубликовано: 9 Декабрь, 2007
Firuze | Essalamu aleykum ve rehmetullah ve berakatuh. Meni maraqlandiran 3 sual var: 1) Chimerken destemaz almaq duzgundur? 2) Qeza namazini qilanda ne sozler demek lazimdir (Subh namazi qiliram, qurbeten ilellah)? 3) Destamaz alarken ne sozler demek lazimdir? ALLAH komeyiniz olsun, AMIN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Chimerken qusl ve destemaz almagin prinsipce manechiliyi yoxdur. Yalniz bir mesele var ki, destemazda basha ve ayaqlara mesh chekmezden evvel onlarin quru olmasi shertdir. Chimerken bu sherti gozlemek demek olar ki, mumkun deyil. One gore de, gerek bashi ve ayaqlari qurudandan sonra mesh chekilsin. 2. Qeza namazinin eda namazindan ferqi yalniz niyyetdedir. Ya’ni insan niyyet edir ki, filan gunun filan namazini qeza niyyetile qilir. Niyyeti dille soylemek vacib deyil, urekde niyyet edilse kifayetdir. 3. Destemaz alarken bir soz demek vacib deyil, mustehebdir. Destemaz zamani oxunmasi savab olan dualar muvafiq kitablarda qeyd olunub. Eger isteseniz, destemaz ala-ala istenilen duani ve ya zikri soyleye bilersiniz (salavat, tekbir, kelimeyi-shehadet, Allahin gozel adlari ve s. ve i.a.).
Задан: 9 Декабрь, 2007 , Опубликовано: 9 Декабрь, 2007
Страница 11311 из 11400 << < 11307 11308 11309 11310 11311 11312 11313 11314 11315 > >>
© 2019 All right reserved www.islam.az waplog