Azəri versiyası  |  Главная
Страница 11279 из 11378 << < 11275 11276 11277 11278 11279 11280 11281 11282 11283 > >>
zaur | Essalamu aleykum. Allah sizden razi olsun ki, muselmanlara bele sherait yaratmisiniz. 1- Qeza namazinin qilarken mutleq onun vaxti mueyyen olunmalidir? Eger yadimda deyilse ne edim? 2- "Eda" namazi nedir? 3- Lənkaranin (r.ə) risaləsində belə yazılıb: "Ehtiyat-vacib gündəlik namazların qəzasını qılmaqla gündəlik tərtibə riayət etməkdir..." (səhifə 190, məsələ 1400). Indi vacibi namazi ancaq oz vaxtinda qeza etmek olar? Meselen, subh namazinin zohr vaxtinda qeza etmek olmaz?
Ответ / Cavab

Aleykum salam ve rehmetullah 1. Qeza namazi qilarken yaxshi olar ki, mehz hansi gunun qeza namazini qildiqinizi niyyet edesiniz. Lakin bu mumkun deyilse sadece ne vaxtsa qilmadiqiniz qeza namazi kimi niyyet edib qila bilersiniz. 2. "Eda namazi" vaxtinda qilinan namaza deyilir. (Vaxti kechdikden sonra namaz "qeza" olur) 3. "Tertibe riayet etmek" qeza namazlarinin qilinmasinda ardicilliqi gozlemek demekdir. Yani evvel ilk qezaya getmish namazi, sonra ikinci qezaya getmishi ve bu ardicilliqla. Lakin qeyd etdiyimiz kimi, bunu, qeza namazlarinin ardicilliqi yadinizdadirsa etmek lazimdir, yadda deyilse eybi yox. Qeza namazlarini istediyiniz zaman qila bilersiniz ve vaxt mehdudiyyeti yoxdur.
Задан: 28 Декабрь, 2007 , Опубликовано: 28 Декабрь, 2007
YA ZEHRA. | Essalamu aleykum. Menim sualim beledir: Men bir oglani sevirem, o da meni sevir ve biz sadece sms-leshirik. Bilmek isterdim bu gunah sayilirmi? ALLAH RAZI OLSUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatulahi ve berekatuh. Harama ve fesada yol achan, namehrem insanlara yarashmayan, shehvet oyadan mektublari ve xeberleri bir-birine yollamaq gunahdir. Bu deyilenlerden uzaq olan movzuda eyani ve qiyabi formada sohbetleshmeyin ziyani olmadigini dushunuruk. Eger SMS ve ya bashqa gunah olmayan vasiteler bir-birinizi yaxindan tanimaginiza, xasiyyetinizi oyrenmeyinize komek edirse, icaze verilir. Her halda, diqqetli olmaginizi ve munasibetlerinizin halal heddi ashmamasina nezaret etmeyinizi meslehet goruruk.
Задан: 27 Декабрь, 2007 , Опубликовано: 27 Декабрь, 2007
YA MEHDI | Essalamu aleykum. Evvela, butun mominlerin qarsidan gelen "Qedir Xum" bayramini tebrik edirem. Sualim beledir: "MEHDI" adinin menasini mumkunse genish shekilde yazin. ALLAH RAZI OLSUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatulahi ve berekatuh. “Mehdi” sozunun me’nasi arab dilinden tercumede “hidayet olunmush, dogru yola chekilmish” demekdir. Genish ma’lumat uchun muvafiq mezmunlu kitablara muraciet etmeyinizi meslehet goruruk. Ashagidaki internet unvanlari da faydali ola biler: http://www.al-shia.com/html/azr/alulbayt/imammahdi/01.htm http://araby.narod.ru/ahlulbayt/biografiya_mahdi.html
Задан: 27 Декабрь, 2007 , Опубликовано: 27 Декабрь, 2007
Zumrud | As-salamu aleykim ve rehmetullahi ve berekatuh. Xahish edirem, 14 masum ve 5 kimsene haqqinda bir qeder yazardiniz. Teshekkur edirem, chox saq olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatulahi ve berekatuh. Xatirladiriq ki, bu gushe – sual-cavab gushesidir ve her hansi konkret mesele barede suallara cavabi burada derc edirik. 14 masumun her biri barede “bir qeder” yazsaq, iri bir kitab alinar. Buna gore de, hemin movzuda dini kitablar oxumaginizi meslehet goruruk. Saytimizin rusca bolmesinin “Статьи” rubrikasinda muqaddesler barede qisa malumatlari yerleshdirmishik. Eger lazimi edebiyyat tapmaqda chetinlik chekirsinizse, imamlarin heyati barede bazi internet resurslarinin unvanini Size teqdim edirik: http://araby.narod.ru/ahlulbayt/2.html (rus dilinde) http://www.al-shia.com/html/azr/alulbayt/index.htm (azerb. dilinde)
Задан: 27 Декабрь, 2007 , Опубликовано: 27 Декабрь, 2007
Zumrud | As-salamu aleykim ve rehmetullahi ve berekatuh. Bilmirem hansi kitabdansa lap choxdan oxumusham ki, Allah-tala 5 sheyi insanlarin ohdesine buraxmishdir. Bunlar: nezer duasi, qorxu duasi, mehebbet (shirinlik) duasi… Qalan 2 duani xatirlaya bilmirem. Xahish edirem eger bu duzgundurse bir az achiqlayardiniz. Teshekkur edirem, chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Moteber kitablardan bu barede her hansi malumat bize malum deyil. Dushunuruk ki, bu informasiyani dini cehetden etibarsiz bir kitabdan almisiniz. Onun duzgun olmasi, metninden de gorunduyu kimi, shubhe altindadir. Buna gore de, hemin revayete inanmamaginizi meslehet goruruk.
Задан: 27 Декабрь, 2007 , Опубликовано: 27 Декабрь, 2007
volnik-tarzan | Imam Alinin bashqa adi olubmu?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatulahi ve berekatuh. Hazret Imam Alinin (a) choxlu leqebleri olub. Bu leqeblerin ba’zilerini Hazret Muhammed Peygamber (s) ona vermishdi. Imam Alinin (a) en meshhur leqebleri Murtaza, Heyder, Esedullah, Ebu Turab, Ebul-hesen (kunyesidir), Emirul-mominin olmushdur. Bu adlarin ba’zilerinin ona verilme tarixa barede revayetler vardir ki, onlari burada yazmaga imkan yoxdur. Elave malumat uchun tarix kitablarina muraciet edin.
Задан: 26 Декабрь, 2007 , Опубликовано: 26 Декабрь, 2007
Firuze | Assalamu aleykum. Bundan evvelki suala cavab verdiyiniz uchun teshekkur edirem. Bilmek isterdim ki, ardicil qilinan namazlar arasinda her hasni bir dua demek lazimdirmi? Yoxsa 2-ci namazin niyyetini edib bashlaya bilerem qilmaga? ALLAH razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ardicil qilinan namazlar arsinda her hansi duani oxumaq vacib deyil. Zohr namazindan derhal sonra asra, megrib namazindan derhal sonra ishaya bashlaya bilersiniz. Herchend ki, dua kitablarinda iki namaz arasinda oxunmasi meslehet bilinen dualar vardir. Onlari oxumagin boyuk savabi var, lakin bu, vacib deyil.
Задан: 26 Декабрь, 2007 , Опубликовано: 26 Декабрь, 2007
Sabina | Salam. Evvelceden size çox sag ol. Meni bir sual maraqlandirir: Namaz qila-qila oglanla görüshmek olar?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatulahi ve berekatuh. Namehremlik shertleri pozularsa, harama ve gunaha sherait yaranarsa, her iki terefde ve ya tereflerin birinde shehveti oyadarsa gunahdir.
Задан: 26 Декабрь, 2007 , Опубликовано: 26 Декабрь, 2007
Farman | Salam aleykum, aziz gardashlarim ve bacilarim. Ve salamlar olsun size, eziz sayt ehli. Size sualim var. Chox minnettaram ki, bele sherait yaratmisiniz. Allah sizden razi olsun. Sualim beledir: Men namaz giliram, Allaha Shukurler olsun. Sadece evda mende it ve pishik var. Evda ne qeder demishem ki, onu verek, amma qulaq asmirlar. Deyirler ki, olmaz, gunahdir ki, 10 il saxlayib sonra kimese vermeye. Mene deyibler ki, insanin ustunde itin ve ya pishiyin tuku olanda namaz batildir. Men ise herden paltarimin ustunde tapiram 1-2 dene. Sizden xahishim var: indi men 3 il qildigim namaz batildirmi? Chox sag olun. Minnetdaram.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Itin ve pishiyin tuku yapishmish paltarla namaz qilmaq heqiqeten batildir. Ona gore de namazdan evvel paltarinizi temizlemeyiniz, chirpmaginiz lazimdir. Ve ya namaz uchun bir dest temiz paltar ayirin, qilanda geyinin. Elave olaraq bilin ki, itin agzi deyen her shey de murdar sayilir ve pak edilmelidir. Hetta itin su ve yemek qabini torpaqla surtub temizlemek lazimdir. Itin bedeni yash olarsa, deydiyi her sheyi murdar eder ve hemin eshyalari pak etmek lazimdir. Hemchinin, yash elle ite toxunanda da eli yuyub paklamaq lazimdir. Ona gore de, bele meselelerde diqqetli olmaginiz gerekir. Kechmish namazlariniza gelince, eger heqiqeten, o zamanlar da ustunuzde bu heyvanlarin tukunun olduguna yeqinliyiniz varsa, namazlari qeza etmelisiniz.
Задан: 26 Декабрь, 2007 , Опубликовано: 26 Декабрь, 2007
Selin | Salam. Deyirler Meherremlik 60 gun chekir. Burda da fevralin 10-na qeder qeyd etmisiz. Bilmek isterdim, meger sefer ayinda xeyir ish etmek olar? Teshekkurler.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatulahi ve berekatuh. Meherremlik ve sefer aylarinda xeyir ish edib-etmemeyin baresinde hokm vermek bizim selahiyyetimizden kenardir. Shia mezhebine etiqad besleyen ve dini hessasiyyeti olan insanlar onsuz da meherremlik ve sefer aylarinda toy ve shenlik kechirmirler. Chunki Imam Huseyn (a) meherrem ayinin 10-da shehid olub. Onun shehadetinin “qirxi” sefer ayinin 20-de chixir. Sefer ayinin son gunlerinde ise Hazret Muhammed Peygamberin (s) ve Imam Hesenin (a) vefat gunleri qeyd edilir. Belelikle, shielerin nezerince, meherrem ve sefer aylari butunlikde (60 gun) huzn movsumudur. Xahishimiz budur ki, shia eqidesinde olmayanlar da onlara hormet elameti olaraq, onlarin dini hisslerini tehqir etmemek ve vehdeti pozmamaq xatirine hemin aylara ehtiramla yanashsinlar, shadliq ve sevinclerini numayish etdirmekden chekinsinler. Bunu dini hokm kimi deyil, meslehet kimi qabul etmeyinizi isteyirik. Bu meslehete amel edib-etmemek her kesin oz ishidir.
Задан: 26 Декабрь, 2007 , Опубликовано: 26 Декабрь, 2007
Страница 11279 из 11378 << < 11275 11276 11277 11278 11279 11280 11281 11282 11283 > >>
© 2019 All right reserved www.islam.az waplog