Azəri versiyası  |  Главная
Страница 11215 из 11354 << < 11211 11212 11213 11214 11215 11216 11217 11218 11219 > >>
Leman | Salam. Men hele yetkinlik yashina catmamisham, amma bilmek isterdim ki, mende hansi elametler gorundukde men balig olmush sayiliram?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islam sherietine gore, qizlarin yetkinliyi ashagidaki shertler daxilinde subuta yetir: 1. Hicri 9 yashin tamam olmasi (miladi teqriben 8 il 8 ay 20 gun). 2. Qarnin ashagisinda cod tuklerin chixmasi. Bu elametlerin hansi biri tez meydana gelse, insan o zaman balig sayilar. Ya'ni eger cod tukler chixmasa bele, eger qizin 9 yashi tamam olubsa, yetkin sayilar.
Задан: 13 Февраль, 2008 , Опубликовано: 13 Февраль, 2008
bir bende | Bagishlayin, bir de sorushmaq isteyirdim ki, bir insan kelmeyi-shehadeti deyirse ve bunu ureyinde de qebul edirse, amma namaz qilmir, oruc tutmur, hicab taxmir ve sair ibadetleri etmirse, o, muselman sayila biler ya yox?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, Islam niyyetle ve dilde iqrarla (shehadetle) isbat olunar. Eger bir insan qelbinde muselman eqidesini yashayirsa ve dilde de bunu inkar etmirse, o, muselman sayilir. Butun muselmanlara mexsus olan huquqlar ona da aiddir. Onun cani, mali ve irz-namusu mohteremdir, qorunmalidir. Hetta eger bir insan dilde muselman oldugunu soyleyirse, qelbindekilerden Allahdan bashqa hech kimin xeberi olmadigi uchun, sair muselmanlarin vezifesi budur ki, onun baresinde yaxshi fikirde olsunlar, onu samimi muselmanlardan hesab etsinler ve ehtiramini gozlesinler. Her halda, Peygamberimiz de bu cur reftar edirdi. Hatta muharibelerde esir dushenlerden her kim shahidlerin yaninda kelmeyi-shehadeti soyleyib, imana geldiyini etiraf edirdise, Peygamber onu azad edir ve muselman cemiyyetinin beraberhuquqlu uzvu sayirdi. O hazret buyururdu ki, mene insanlarla, onlar Allahin tekliyine ve menim peygamberliyime iman getirinceye qeder vurushmaq emr olunub (Allah terefinden).
Задан: 13 Февраль, 2008 , Опубликовано: 13 Февраль, 2008
bir bende | Salam olsun sizlere. Menim sizlere bir sualim var: meni chox maraglandirir, eger bir insan mes. namaz qilir, oruc tutursa, amma hicab taxmirsa, ve yaxud da bir oglan oruc tutub xums verir, amma Namaz qilmir, bu cur insanlar fasiq hokmundedirler? Bir de, eger bir qiz oz qazandigi puldan xeyiriyye uchun xercleyirse ve harasa bu pulu vermek uchun qedirse (mes. ushaglar evine, mescide), amma bunu qizlin edir (ye'ni atasina, yoldashina demirse), bu ona haramdir? Chunki her defe ona icaze vermezler. Xahish edirem, sualima etafli cavab veresiz, chunki chox vaxt tereddud edirem, mene demishdiler ki, atanin ve yaxud da yoldashin icazesi olmadan hech yere gede bilmerem. Men de istemirem ki, xeyirli ishlerden qalim, bir savab qazanmaq isteyirem. ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sualinizin birinci hisseinde dediyiniz adamlar heqiqeten fasiq hokmundedirler. O ki qaldi, qizin oz qazancini xerclemesine, qiz oz qazancini istediyi kimi xercleye biler. Bunun uchun kimdense icaze almasi lazim deyil. Lakin bu zaman oz boyuklerine (subaydirsa - atasina, erdedirse - erine) hormetsizlik etmek, saygisizliq gostermek de beyenilmir. Chunki azyashli qiz tecrubesiz oldugu uchun, tebiidir ki, atasi onun oz pulunu hara xerclemesi ile maraqlanir ki, qizi sehv etmesin, pis tesirlere dushmesin, israf etmesin, haram yerlere pul xerclemesin. Ona gore de, ata-ananin narahatligina son qoymaq uchun imkan daxilinde, pulu hara xerclediyinizi onlara soylemeyiniz meslehetdir. Erde olan qadin da oz pulunun tam sahibidir ve maashini istediyi shekilde serf ede biler. Lakin kishinin bir huququ da var ki, onun icazesi olmadan qadin evden hech yere getmesin. Yalniz son derece zeruri ishler xatirine, qadinin kishiden icazesiz evden chixmasina icaze verilib (meselen, tecili mualice uchun, ovladinin saglamligi namine tecili xestexanaya getmek uchun ve s. bu kimi hallar). Xeyriyye teshkilatlarina getmek ise vacib ish deyil. Ona gore de, bu zaman qadin oz erinden icaze almalidir. Elbette, qadin ozu getmeden, pulunu hemin teshkilatlara gondere biler.
Задан: 13 Февраль, 2008 , Опубликовано: 13 Февраль, 2008
Reshad | Salam Aleykum. Sevgiye aid olan musiqiye qulaq asmaq haramdir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Mahninin ister ahengi, isterse de sozleri insani harama sovq etmirse, shehvet yaratmirsa, yersiz heyecana ve psixikasinin pozulmasina tesir etmirse (ba'zi "agir" musiqiler insanin eseblerine toxunur, nevroz yaradir, beyninin yorulmasina sebeb olur), elece de, bu musiqi kef ve eysh-ishret meclislerine xas deyilse (ya'ni bele meclislerin musiqisi kimi taninmirsa), ona qulaq asmaq olar ve bu ishin haramligi yoxdur.
Задан: 13 Февраль, 2008 , Опубликовано: 13 Февраль, 2008
Arifa | Salam aleykum islam ehli. Men size ilk once teshekkurumu bildirirem ki, sualimi oxudunuz. Menim sualim beledir. Ne uchun bizim dinimizin adi mehz islamdir?Teshekkurler, Allaha emanet olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. "Islam" sozunu "teslimiyyet" kelmesi ile elaqelendirir ve bunlarin eyni kokden olduqlarini soyleyirler. Dinimiz insanin Allaha qeydsiz-shertsiz teslim olmasini teleb etdiyi uchun, ona bu ad verilib. Islam dininde bende Allaha asi olmamali, onun iradesine qarshi chixmamalidir. Bu, teslimiyyetin ifadesidir. Ba'zileri ise "Islam" sozunun "salamatliq" ma'nasi verdiyini iddia edirler. Onlarin fikrince, Islam dini butun insanlara, butun dinlere ve milletlere sevgi ve hormetle, salamatliq ve bereket arzusu ile yanashir. Dinimiz muselmandan her kese ve her sheye qarshi merhemet gostermeyi teleb edir. Muselman hetta qeyri-muselmanlara da pislik etmemeli, onlarin salamatligina, heyatina, emlakina ve namusuna tecavuz gostermemelidir.
Задан: 13 Февраль, 2008 , Опубликовано: 13 Февраль, 2008
arzu07 | Salam, menim sualim beledir: duzdurmu ki, hansi alim saqdirsa, onun RISALASINI oxumaq lazimdir ve hal-hazirda hansi alim saqdir risalesi olan? 2-ci sual beledir ki, men kitab almisham - XOMEYNININ sual-cavab olan kitabi, bir da "Pushavar geceleri", bu haqda fikrinizi bilmek istayiram. Xomeyninin yazdiqlari bizi qane edirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ibadete teze bashlayan shexs diri ve en savadli (a'lem) muctehidin fetvalarina amel etmelidir. Fetvalari daha chox muctehidin risalesinden oxuyub amel edirler. Hal-hazirda dunya shielerinin ekseriyyeti diri olan muctehidlerden Ayetullahul-uzma Sistaniye ve Xameneyiye teqlid edir. Elbette, bunlardan bashqa muctehidlere de teqlid edenler var. Sizin aldiginiz kitab - yaqin ki, Ayetullahul-uzma Xameneyinin "Ecvibet-ul-istiftaat" (Sual-cavablarda fetvalar) eseridir. Ayetullahul-uzma Xameneyiye teqlid etmek isteyenler bu kitabda yazilanlara amel ede bilerler. "Pishaver geceleri" ise meshhur shia alimi Sultan-ul-vaizin Shirazinin ehli-sunneden olan bir qrup elm ehli ile mubahiselerini ehate edir. Bu kitabin movzusu sheriet meselelrine deyil, mezheb mubahiselerine aiddir.
Задан: 12 Февраль, 2008 , Опубликовано: 12 Февраль, 2008
Fexri | Salam Aleykum. Xahish edirem suallarimi cavablandirasiniz: 1) Ves-veselerden nece qurtulmaq olar? Bu, iman zeifliyinden ireli gelir, yoxsa? 2) Qelbinde zerre qeder iman olaraq olen, cennete girecekmi? Evvelceden teshekkurumu bildirirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Vesvese bir nov psixoloji narahatliq, daha dogrusu, xestelikdir. Ba'zi vesveseler imanin zeifliyinden ireli gelir (meselen, eqide esaslarina inamsizliq, Islamin ana qaydalarina shubhe etmek). Ba'zi vesveseler ise sadece olaraq, psixikada olan problemlerle baglidir ve bunu hekim mesleheti ile aradan qaldirmaq meslehetdir (meselen, hushsuzluq ve ya ozune inamsizliq uzunden, her hansi hereketi edib-etmediyine ve ya laziminca edib-etmediyine shubhe etmek: "neces esgyani pak edende suyu her terefine tokdum ya yox", "qusl alanda bedenimin hamisini islatdim ya yiox", "namaz qilanda alnimi mohurun ustune duz qoydum ya yox" ve s. ve i.a.). 2. Bunu deqiq soylemek hech kimin selahiyyetinde deyil. Bu cur hedisleri de mutleq me'nada deyil, mecazi me'nada qabul etmeliyik. Ma'lum olan budur ki, qiyamet gununde her kesin amelleri deqiqlikle olchulecek ve savabi chox olan cennete, gunahi artiq olan cehenneme gedecek. Her kimin gunahi chox olsa, Allah onun ba'zi amellerini ve bashqalarinin shefaetini nezere alib onu bagishlaya biler. Amma bunu qiyamet gununde yalniz Allahin ozu hell edecek.
Задан: 12 Февраль, 2008 , Опубликовано: 12 Февраль, 2008
Fexri | Salam islam.az. Size sualim imanla baglidir. Imanimizi nece quvvetledire bilerik? Iman artar ve ya azalarmi? Zaif ya da guclu iman olur mu? Bunu nece anlayaq? Heshre imanimizi nece guclendirek? Allah sizlerden razi olsun. Amin.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Imanin artib-azala bilmesi - etiqadi bir meseledir ve zaman-zaman bu barede mubahiseler, fikir ayriliqlari olmushdur. Qurani-kerimde bu barede buyurulur: 1. "Bir surə nazil edildiyi zaman onlardan (münafiqlərdən): “Bu sizin hansınızın imanını artırdı?” – deyənlər də var. Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar sevinərlər" ("Tovbe" - 124). 2. "O kəslər ki, xalq onlara: “Camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” - dedikdə, bu söz onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər" ("Ali-Imran" - 173). 3. "Möminlər (müttəfiqlərin) ordu hissələrini gördükdə dedilər: “Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!” Bu (vəziyyət) onların yalnız imanını və itaətini artırdı" ("Ahzab" - 22). 4. "Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər" ("Enfal" - 2). 5. "Biz cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi, kitab verilənlərin yəqinlik hasil etməsi, iman gətirənlərin imanının daha da artması, kitab əhlinin və möminlərin şübhəyə düşməməsi, həmçinin qəlblərində mərəz olanların və kafirlərin: “Allah bu misalla nə demək istəyir?” – demələri üçün (on doqquz) etdik. Allah istədiyi kimsəni (haqq yoldan) belə sapdırır və istədiyini də doğru yola salır. Rəbbinin ordularını özündən başqası bilməz. Bu insanlar üçün ancaq bir öyüd-nəsihətdir!" ("Muddessir" - 31). Bu ayeler achiq-ashkar shekilde imanin artmasini tesdiqleyir. Lakin ehli-sunne mezhebinde bu meseleye baxish terzi ferqlidir. Imam Ebu Henife ve telebeleri imanin artib-azala bilmesinin qeyri-mumkunluyu gorushunde idiler. Bu eqide Ebu Henifenin "Fiqh-ul-ekber" kitabinda beyan edilib: "Gok ve yer ehlinin imani artip eksilmez. Butun muminler, imanda ve tevhidde derece bakimindan eshit olup, amel bakimindan bir-birlerinden ustun olabilirler". Bunu esaslandirmaq uchun soyleyirler ki, Qurandaki ayeler Peygamberimizin zamaninda yashamish sehabeler baresindedir. O zaman Quran hele tam endirilmemishdi ve ayeler endikce, muselmanlar ona iman getirirdiler, her enen aye onlarin imanini artirirdi. Quran nazil olub qurtarandan sonra imanin miqdari da belli oldu ve bunda sonra hech kimin imani artib-azala bilmez. Eger iman artsa, demek kufr azalir. Eger iman azalsa, demek kufr artir. Imanla kufr nece bir urekde eyni zamanda yanashi movcud ola bilerler? Kafir meger momin sayila bilermi ve ya eksine? Halbuki, eger bunlarin biri artanda o biri azalsa, demek bunlar yanashi movcuddurlar! Bir daha qeyd edirik ki, bu meselede muselman alimlerinin fikri eyni deyildir. O ki qaldi imani guclendirmenin yollarina, bu barede konkret talimat vermek mumkun deyil. Iman ardicil olaraq ve meqsedyonlu proqramlarla mohkemlendiyi kimi, qabaqcadan bilinmeyen ani hadiselerden ibret goturme neticesinde de guclene biler. Burada her kesin derk seviyesi mutleq nezere alinmalidir. Birisi momin insanlarla durub-oturmaq neticesinde oz imanini quvvetlendirir, o birisi dini kitablar oxumaqla, bir bashqasi din alimlerinin moizelerini dinlemekle, digeri ardicil ibadetlerle, ele adam da var ki, etrafda bash verenleri seyr edib ibret goturmekle imani artir. Amma umumi qaydalar bunlardir ki, Qurani chox oxuyun (hech olmasa tercumesini), nefsiniz Sizi gunaha aparmaq isteyende ona muqavimet gostermeye chalishin, imansiz ve gunahkar adamlarla dostluq etmeyin, halal ruzi yeyin, sebrli olun, Allahin adlarini chox zikr edin, ibadetlere qarshi sehlenkar olmayin, din muqaddeslerinin heyatini oxuyun ve onlara benzemeye chalishin.
Задан: 12 Февраль, 2008 , Опубликовано: 12 Февраль, 2008
Mirfaig | Salamun Alaykum! Bir nece sualim var, zehmet deyilse cavablandirasiz: 1. Uzeyr yehudilerde kim olub ki, Onu Allahin oglu sayirlar? (Tovbe suresi, 30 aye) 2. Merk etmek ne demekdir? (El-Enam suresi, 123 aye) 3. Ahli-zimmen nedir? (El-Enam suresi, 151 aye) 4. Ushaga Naile adin goymaq caiz deyil fikri dogrudurmu, cunki Naile Mekke mushriklerinin butlerinin adi olub? (En-nisa suresi, 117 aye) 5. Etshar ve seqqa sozu ne demekdir? 6. Muqeddes Tuva vadisi indi hansi olkenin erazisindedir? (Taha suresi, 12 aye) 7.Qurani Kerimin, Meryem suresinin 28-ci ayesinde Meryeme bele muraciat olunur: "Ey Harunun Bacisi!" Demeli Meryem Musa ve Harunun bacisi olub? Amma men diger menbelerden oxumushdum ki, Musa peygemberin dovrunden 1000 il sonra Isa peygember gelib. Zehmet olmasa bu meseleleri aydinlashdirin. ALLAH RAZI OLSUN!!!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Hazret Uzeyir (a) Quranda adi chekilen shexslerden biridir. Peygamber olub-olmamasi barede deqiq malumat yoxdur. Bir qrup tefsirchiler onu peygamber sayir, bir qrup ise momin insan hesab edirler. Uzeyir Beni-Israilden Hazret Harun peygamberin (a) neslinden olan Shureyhanin oglu idi. Buxtun-nesr (Navuxodonosor) adli zalim Babil hokmdari Qudsu ishgal edib dagitdiqdan sonra o da esir edilib Babile aparildi. Esaret dovru qurtardiqdan sonra vetenine geri donerken, Uzeyir Quds sheherinin (ve ya bashqa bir menteqenin) yanindan kechirdi. Hemin sheherin xarabaliga chevrildiyini gorende, "Allah bu sheheri ve onun ehalisini nece yeniden heyata qaytaracaq?" deye oz-ozunden sorushdu. Allah-teala onu ve mindiyi uzunqulagi oldurdu ve 100 ilden sonra diriltdi. Uzeyir olub-dirilmeyin mumkunluyunu gorunce, imani daha da artdi. O, Qudse gelib camaati imana davet etmeye bashladi. Insanlar evvelce onun Uzeyir olduguna inanmadilar, amma sonra qabul etmek mecburiyyetinde qaldilar. Uzeyir butun omru boyunca Bani-Israili haqq yola davet etdi. Vefatindan sonra Beni-Israil onu muqaddesleshdirdiler, olub-dirilmesini elde esas tutub "Allahin oglu" adlandirdilar. 2. "Mekr etmek" - arab dilinde ferqli ma'nalara malikdir. Eger bizim dilimizde bu soz hiylegerlik, aldatmaq kimi ishlenirse, arab dilinde chetin vesiyyetden her cur usulla chixmaga "mekr" deyilir. Mekr hem halal, hem de haram yolla ola biler. Insan bir problemi hell etmek uchun hem yaxshi usullara el ata biler, hem de pis usullara. Quranda Allahin da mekr etmesinden danishilir. Ayenin teleffuzu beledir: "Ve mekeru ve mekerAllah. Vallahu xeyrul-makirin" ("Ali-Imran" suresi, aye 54). Ya'ni "onlar mekr etdiler, Allah da mekr etdi, Allah en yaxshi mekr edendir". Bu aye onu bildirir ki, Allah kafir ve zalim insanlarin qurdugu butun hiyleleri pucha chixarar ve onlarin gozlemediyi yerden onlara zerbe vurar. Allahin ozu zalim ve hiyleger olmadigi uchun, onun mubarize usullari da edaletlidir. Allah haqsiz yere hech kesi incitmez ve hech kese zulm etmez. 3. "Ehli-zimme" - "ohdede olan" demekdir. "Ehli-kitab" kimi, bu sozu de xristian ve yahudilere aid edirler. Chunki onlar muselman dovletinde yashadiqlari halda, cizye (canbahasi) verseler, onlari qorumaq muselmanlarin ohdesinde vezife olur. Ehi-zimme eger muselman dovletinin qanunlarini pozmasalar, cizyeni vaxtinda verseler, muselmanlara qarshi fitne toretmeseler, onlarin yashadigi torpaqlar tehluke altina dushse, muselman dovleti onlari bu tehlukeden qorumaga borcludur. 4. Dediyiniz sebeb duzdur. Islamdan evvel mushrikler Sefa tepesinde "Esaf", Merve tepesinde "Naile" adli iki but qoyub ona perestish edirdiler. Deyilenlere gore, Esaf - oglan, Naile - qiz imish ve onlar Ka'benin ichinde zina etdikleri uchun Allah onlari dasha chevirmishdi. Sonralar mushrikler hemin dash parchalarina perestish etmeye bashladilar. "El-Kafi" kitabinda (cild 4, seh. 546) Hazret Aliden (a) bir hedis verilib ki, burada deyilir: Esaf ve Naile iki cavan oglan imishler, onlardan birinde hem de qadinliq elameti var imish (iki cinsli imish). Onlar Ka'beni tevaf etdikden sonra muqaddes evin ichinde exlaqsizliq etdiler ve Allah her ikisini dasha donderdi. Lakin mushrikler nadanliq uzunden fikirleshdiler ki, Allah onlarin perestidh olunmalarini istemeseydi, onlari bu cur ebedi veziyyete salmazdi (dasha dondermezdi). Ona gore bu butlere perestish etmeye bashladilar. 5. Bu suala evveller cavab vermishdik. "Saqqa" - "su veren, su paylayan" ma'nasini verir. Dini kitablarda Hazret Ebulfezl Abbas Kerbelada bir neche defe Ferat chayindan su getirib Imam Huseynin (a) chadirlarina payladigi uchun, elece de, axirda su getirmek uchun gedib shehid oldugu uchun, ona bu leqebi vermishler. "Eshtar" sozune lugetlerde rast gelmediyimizi yazmishdiq. Belke de, Siz sozu duz oxumamisiniz, "etshan" imish. "Etshan" - susuz demekdir. 6. Bu suala da artiq cavab vermishik. Tuva vadisi hazirda Misirdedir. Hazret Musaya (a) vahy verilmish Sina dagini ziyarete gelenler bu vadidien kechib gedirler. Orada ziyaretchilerin dincelmesi uchun otel de var. 7. Bu suala da evveller cavab vermishdik. Bir daha tekrar edirik: Ba’zi tefsirchiler “Tehrim” suresinin sonuncu ayesindeki “Imranin qizi Meryem” ifadesini sherh ederken, ayede Hazret Musa Peygamberin (a) atasi Imrandan sohbet getdiyini qabul etmishler. Onda ayenin zahirinden bele chixir ki, Meryem Hazret Musanin (a) bacisi imish! Halbuki, onlarin arasinda minillikler qeder tarix vardir. Alimler bu meseleye bele bir izah vermishler: Arab dilinin qaydalarina gore, ba’zen “beni” (ogullar), “bintu” – “qiz”, “uxtu” – “baci”, “ex” – “qardash” kelmeleri zahiri me’nada deyil, mecazi me’nada da ishlene biler. Meselen, Arabistanda butov bir qebile ve ya butov bir nesil “Beni-Hashim”, “Beni-Selim”, “Beni-Esed” ve s. adlarla chagirilir. Elbette, Beni-Hashimin butun uzvleri Hashimin bilavasite ogullari deyildir. Onlar Hashimin neslinden gelen 5-ci, 10-cu, 20-ci nesilden ovladlardir. Yaxud arablarda eyni qebilenin uzvleri bir-birine “exi” – “qardash” deye muraciet edirler (qadinlar da “baci” deye). Hazret Meryem de Hazret Musa Peygamberin (a) neslinden idi. Ona gore de, Quranda o, obrazli ifade ile “Imranin qizi” adlandirilib. Ya’ni Meryem Imranin qiz nevelerinden biridir. Lakin zennimizce, bu izaha hech bir luzum yoxdur. Chunki ba’zi tarixlerdeki malumatlara gore, Hazret Meryemin dogma atasinin da adi Imran imish. Elbette, bu, Musanin (a) atasi Imran deyil, tamam bashqa adamdir. Imam Baqirden (a) revayet edilen bir hedise gore, Meryemin atasi Imran Beni-Israilin peygamberlerinden idi ve onunla Hazret Musanin (a) atasi Imran arasinda 1800 illik fasile var imish. (Bax: “Tefsiri-numune”; “Mearif ve meariyf” ve s. menbeler). Xahish edirik, suali verdikden sonra onun cavabi ile maraqlanin. Cavablari oxuyun ki, Sizin suala cavab verilib-verilmediyini bilesiniz.
Задан: 12 Февраль, 2008 , Опубликовано: 12 Февраль, 2008
ВУСАЛА | САЛАМ АЛЛАХ СИЗДАН РАЗИ ОЛСУН , МЕН СОРУШМАК ИСТАРДИМ КЕЧА НАМАЗЫ НЕЧА ГИЛИРЛАР ?ЕГАР МАН БИЛМАМИШАМСА БУНАН ГАБАГ КЕЧА НАМАЗИН 2РИКЕТ ГИЛМИШАМ СОНРА БИЛМИШАКИ 11РИКЕТИ О НАМАЗДАРИМ ГУНАХ ОЛМАЙИБ.ЗЕХМАТОЛМАСА ЕГАР МУСТАХАБ НАМАЗДАРИН ГИЛМАГ САЙТИ ВАРСА ЙАЗАРСИНИЗ.САГ ОЛУН АЛЛАХ СИЗДАН РАЗИ ОЛСУН
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Gece namazi 11 ruk'etdir. Gece yarisi kechdikden sonra qilinir, subh namazina yaxin vaxtda qilinsa daha yaxshidir. Evvelce 4 defe 2 ruk'etlik namazlar qiliriq. Bunlarin qilinma qaydasi subh namazindaki kimidir. Sonra daha 2 ruket namaz ("shef' namazi") qilinir. Onun birinci ruk'etinde "Fatihe"den sonra "Nas" suresi, ikinci ruk'etinde ise "Feleq" suresi oxunur. Axirda ise bir ruk'etli "vitr namazi" qilinir. Vitr namazinda "Fatihe"den sonra 3 defe "Ixlas", 1 defe "Feleq" ve bir defe "Nas" sureleri oxunur. Qunutda ise 40 nefer mo'minin bagishlanmasi uchun dua ede bilersiniz. Hemchinin, qunutda 70 defe "Estegfirullahe rebbi ve etubu ileyh", 300 defe "el-afv" ve 7 defe "hazal-meqamul-aizu bike minen-nar" duasini oxumagin ve bu duani soylemeyin savabi var: "Rebb-igfirli verhemni ve tub aleyye inneke entet-tevvabur-rehim". Gece namazi vacib deyil, musteheb oldugundan, indiye kimi qildiginiz gece namazlarinda sehv olsa bele, qetiyen gunah qazanmirsiniz. Eksine, bilmeyerekden sehve yol verdiyinize gore, Allah duzgun gece namazinin savabini Size verer inshaAllah. Amma bundan sonra bu namazin qilinma qaydalarina riayet etmeyiniz lazimdir.
Задан: 12 Февраль, 2008 , Опубликовано: 12 Февраль, 2008
Страница 11215 из 11354 << < 11211 11212 11213 11214 11215 11216 11217 11218 11219 > >>
© 2019 All right reserved www.islam.az waplog