Azəri versiyası  |  Главная
Страница 11214 из 11487 << < 11210 11211 11212 11213 11214 11215 11216 11217 11218 > >>
Elnur | Salam Aleykum Ve Rehmetullahu Ve Bereketu. men iktisadciyam sorusmaq isteyirdimki gorum Qiymetli kagizlarla bagli isde isleye bilerem? Orada istiqraz ve s.-le isler gormek mecburiyyetinde olacam.Mumkunse cavab onceden TESEKKUR
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu barede Ayetullah-ul-uzma Sistaninin risalesinde kifayet qeder ehateli malumat verilir. Hemin hissenin tercumesinin internet unvanini Size teqdim edirik: http://www.al-shia.org/html/azr/shariat/resaleh/039.htm#link324
Задан: 7 Октябрь, 2008 , Опубликовано: 7 Октябрь, 2008
arzu | salam men bilmek isterdim ki, eger insan sifetde ve bedende herhansi bir deyishiklik (burun kesdirmesi ve s.) etdirmesi bir cox islam alimleri terefinden haram buyurulubsa onda demek qash almaq da haramdir ona goreki sen ozunu bashqalarina beyendirmek isteyirsen? cunki, qashi alanda qashin fasonu deyishr ve uze bashqa bir ifade verir birde men eshitmishem ki, islamda esas niyyetdir kim neyi hansi niyyete edirse o niyyete sayilir.eger men bunu xosh niyyete ediremse yeni uzumdeki deyishiklikden sonra ozumu daha rahat veserbest hiss edecemse yeni bashqalarin gozunde yox oz gozumde gozel gorunmak istemeyim haramdir? birde men sizin saytdan oxudumm ki, ayetullahul-uzma sistani gozellik xetrine bu cur emeliyyatlara icaze verir. eger men ona inanib bu cur emeliyyat etdirsem ve birden bu gunah olsa gunah ona yazilar yoxsa mene? mumkunse etrafli cavab vererdiniz cunki, gunah etmek istemirem qabaqcadan teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Oz-ozluyunde qash aldirmaq gunah deyil, amma bunu namehrem kishilerin gozunde yarashiqli gorunmek xatirine etmek ve ozunu namehremlere numayish etdirmek gunahdir. Bunu da qeyd edirik ki, urfde (adet-enenede) ere getmemish qizin qash aldirmasi yaxshi hereket sayilmir. Bunun hech bir sher'i koku olmasa da, milli adet-enenemizin bir parchasi oldugu uchun, saygi gostermeyimiz lazimdir. Eger qiz qashlarini aldirdiqdan sonra camaat arasinda onun exlaqi ve terbiyesi barede pis sohbetler gezecekse ve camaat terefinden qinanacaqsa, bunu etmemesi daha meslehetdir. Ayetullah-ul-uzma Sistaninin fetvasina gelince, eger bu muctehide teqlid etseniz ve butun amellerinizi (o cumleden, plastik ameliyyatlar baresinde de) onun fetvalarina uygun yerine yetirseniz, inshaAllah ki, gunah etmezsiniz ve ne Size, ne de muctehidin ozune gunah yazilmaz. Chunki, o oz fetvalarini sher'i subutlarla (Quran ve hedisle) esaslandirir. Eger heqiqete uygun olmasa bele, bunu semimi qelbden ve oz elmi seviyyesine gore etdiyi uchun, inshaAllah ki, gunah qazanmaz ve Size de hech bir gunah yazilmaz.
Задан: 7 Октябрь, 2008 , Опубликовано: 7 Октябрь, 2008
aleyda | Salam. Allah razi olsun suallara cavab verdiyiniz ucun! insanlarda,evlerde menfi ve musbet enerji heqiqeten varmi, Biz teze eve kocmushuk,yoldashimla bu eve kocenden daha cox soz sohbetimiz olur,ruzumuz azalib. Ayatel kursi,Feleq,Nas dualari dilimden eksik olmur. Amma nedense mene ele gelir ki,bu evin aurasi cox agirdir. Men Allahimizin buyurdugu kimi hereket etmek isteyirem,bilirem deyeceksiniz ki,bu fikirleri yaradan sheytandir,bu fikirleri atmaqla temizleyin. Islamda evin ve s aurasini menfi enerjiden temizlemek anlayishi varmi? eger varsa men bunu nece ede bilrem. eger yoxdursa men hansi dualari oxuya bilerem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Meseleye bu shekilde yanashmaginizi ve bu cur movhumatchi meselelere inanmaginizi duzgun saymiriq. Eger evinize salamatliq ve bereket arzu edirsinizse, yazdiginiz kimi, Quran ayelerini, bu movzudaki dualari oxuyun, onlara etibar edin, yalniz Allaha arxalanin.
Задан: 7 Октябрь, 2008 , Опубликовано: 7 Октябрь, 2008
Anonimka | Salam Aleykum. Cox sag olun bizim suallarimiza cavab verirsiz. Sherietde buna nece baxilir ki namehrem Wexler bir birlerine xow sozler desinler, yeni onun xaricine ve yaxud hansisa bir xususiyetine gore(kompliment)? Elbetteki pis menada yox, ve pis niyyet olmadan. Cox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Gunaha sebeb olmamaq, fesada yol achmamaq sherti ile eybi yoxdur inshaAllah (amma gerek ifrata yol verilmesin).
Задан: 7 Октябрь, 2008 , Опубликовано: 7 Октябрь, 2008
Lale | Salam aleykum, Bir risalədə yazılır ki, aybaşı olan günlərinin urcunun qəzası var, o biri risalədə yazılır ki qəzası yoxdur. Bunlarin hansı dəqiqidir. Cavabınıza görə təşəkkür edirəm.))
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qadin heyzli (menstruasiya) gunlerde tutmadigi oruclarin qezasini sonra mutleq tutmalidir. Amma qilmadigi namazlarin qezasi yoxdur.
Задан: 7 Октябрь, 2008 , Опубликовано: 7 Октябрь, 2008
Agm | Bismillahir-rahmanir-rahim.Assalamualeykum!Sualim budur ki,hedislerde var ki,gunah ehli elmi gec axz eder (meselen:deyilir ki, her kim qadina baxarsa elmi gec axz eder ve yaxud oyrene bilmez.Amma avropada gunah bas alib gedir yenede buna baxmayaraq biz goruruk ki, avropa olkelerinde elm daha cox inkisaf edib islam olkelerinden)xahis edirem ki, bu suala genis sekilde aydinliq getiresiniz.Evvelceden tesekkur edirem.
Ответ / Cavab

Задан: 6 Октябрь, 2008 , Опубликовано: 6 Октябрь, 2008
elnur | salam aleykum.men namaz haqda sual vermek isteyirem.namzalari birlewdirib qilmaq dogrudu yoxsa her namaz oz vaxtinda gozeldi?cox sag olun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Shia mezhebine gore, ister seferde, isterse de vetende zohrle asr ve magrible isha namazlarini derhal bir-birinin ardinca qilmaq olar. Hanefi mezhebinde namazlari birleshdirib qilmaga icaze verilmir. Yalniz hacc zamani Arafatda zohrle asr namazlarini, Muzdelifede ise magrib ve isha namazlarini ardicil qilmaq caizdir. Lakin Turkiye Diyanet Vakfinin fetvalarinda gosterilir ki, insan seferde, xeste halinda ve yaxud son derece vacib bir ishle meshgul oldugu zaman (meselen, hekim namaz vaxti chatdigi zaman cerrahiyye emeliyyati edirse ve emeliyyati yarimchiq kese bilmirse) namazlari ardicil olaraq qilmaq caizdir. Shafii mezhebi baximindan, seferde vaxtin darligi uzunden zohr ve asr namazlarini birleshdirmeye icaze verilir. Umumiyyetle, namazlari birleshdirmeyin caizliyi mubahiseli meselelerdendir. Ehli-sunnenin bir chox moteber menbelerinde namazlari ardicil qilmagin caizliyi barede hedisler movcuddur. Bu mesele barede daha etrafli melumat almaq isteyirsinizse, saytimizin “Meqaleler” bolumundeki muvafiq mezmunlu yazini oxumaginizi meslehet goruruk.
Задан: 6 Октябрь, 2008 , Опубликовано: 6 Октябрь, 2008
elnur | salam aleykum.evvela necesiz?bayram namazlari vacibdir yoxsa musteheb?cox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Shia (caferi) mezhebine gore, 12-ci Imamin zuhurundan sonra bayram namazlarinin qilinmasi vacib olacaq. Amma o hazretin geybet dovrunde (ya'ni hal-hazirda) bu, mustehebdir. Sunni mezhebinde meseleye munasibet ferqlidir. Hanefi mezhebine gore, her kime cuma namazi farzdirsa, onun uchun bayram namazlari vacibdir. Maliki ve shafii mezheblerine gore, bayram namazlarini qilmaq ta'kid edilen sunnetdir. Hanbeli mezhebine gore ise, farzi-kifayidir (ya'ni ne qeder ki, bu namaz qilinmayib, butun muselmanlarin boynunda farzdir. Amma bir nefer bayram namazini qilsa, bashqalarinin boynundan vezife goturuler).
Задан: 6 Октябрь, 2008 , Опубликовано: 6 Октябрь, 2008
Fidan | salam eleykum...birincisi cox sagolun ki bele bir serait yaratmisiniz bizlere namaz haqqinda bilmediklerimizi oyranmeye gore...men bir sual vermek isteyiremm namaz qilan qiz barmagina lak ceke biler yeni ki dirnaginda lak ola ola destemaz ala biler ve namaz qila biler...bu sualin cavabi cox mene vacibdir..evvelceden cox sagolun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Destemaz zamani suyun destemaz uzvlerine tam ve maneasiz yetishmesi shertdir. Lakin dirnaqdaki boya, su ile dirnaq arasinda manea yaradir ve dirnagin ozunun islanmasina imkan vermir. Ona gore de, destemazdan evvel dirnaq boyasini mutleq silmek lazimdir. Destemaz alandan sonra dirnaqlara boya chekib namaz qilmaq olar (elbette, eger dirnaq boyasinin terkibinde murdar maddeler yoxdursa).
Задан: 6 Октябрь, 2008 , Опубликовано: 6 Октябрь, 2008
kamil | Selamin Aleykum men bilmek isteyirem ki gece namazlari nece ruket qiliniur ve nece niyyet edilir??
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah-ul-uzma Sistaniye arabca unvanlanmish suallarin birinde gece namazinin qilinma qaydasi sorushulur. Verilen cavabda deyilir ki, gece namazi 11 ruketdir, feziletli vaxti gecenin son 1 / 3 hissesidir. Ilk 8 ruket gecenin nafilesi niyyeti ile qilinir - 4 eded 2 ruketli namaz sheklinde ve bunlarin qilinma qaydasi subh namazina oxshayir. 1-ci ruketde "Fatiha" ve "Ixlas", 2-ci ruketde "Fatiha" ve "Kafirun" sureleri oxumaq mustehebdir. Qunutda dua edilir, insana zulm veren zalimi cezalandirmasi barede de Allaha dua etmek olar. Her iki ruketin axirinda teshehhud ve salam verilir. Nafilelerin axirinda Hazret Fatimenin (a) zikrini demek savabdir. Sonra 2 ruket "shef'" namazi qilinir. 1-ci ruketinde "Fatihe"den sonra "Nas", 2-cu ruketinde "Fatihe"den sonra "Feleq" sureleri oxunur, qunut tutulmaz. Axirda 1 ruket "vitr" namazi qilinir. "Fatiha"dan sonra 3 defe "Ixlas" ve 1 defe "Feleq"le "Nas"sureleri oxunur. Sonra qunut tutulur, 40 nefer mominin bagishlanmasi uchun dua edilir, sonra 70 defe istigfar edilir, 7 defe "hazal-meqamul-aizu bike minen-nar" deyilir, 300 defe "el-efv" soylenir, ruku, secdeler, teshehhud ve salam yerine yetirilir. Gece namazindan sonra oxunmasi savab olan mustehebbi dualar da var. Gece namazi vacib deyil, mustehebdir. Namazdan evvel niyyet edilir ki, "musteheb gece namazi qiliram, qurbeten ilellah".
Задан: 6 Октябрь, 2008 , Опубликовано: 6 Октябрь, 2008
Страница 11214 из 11487 << < 11210 11211 11212 11213 11214 11215 11216 11217 11218 > >>
© 2020 All right reserved www.islam.az waplog