Azəri versiyası  |  Главная
Страница 11209 из 11354 << < 11205 11206 11207 11208 11209 11210 11211 11212 11213 > >>
abbas | Assalamu aleykum. Man muctehidimi deyishmek isteyirem. Bunun uchun men ne etmeliyem? Evvelceden minnetdarligimi bildirirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bir muctehidin teqlidinden bashqasina kechmek uchun hech bir xususi amel teleb olunmur. Niyyet etmeyiniz kifayetdir. Teqlidine bashladiginiz muctehidin fetvalari ile tanish olub, onlara amel etmeye bashlayin.
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
Elnur | Salam, bilmek isterdim ki, 2008 -ci ilin ramazan ayi ve bayrami hansi aya tesaduf edecek? Evvelceden teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Hicri-qemeri teqvim Ayin semada gorunmesinden asili oldugu uchun, bu teqvimde qabaqcadan deqiq proqnoz vermek mumkun deyildir. Bu ma'lumdur ki, her il hicri tarixler 10-12 gun "qabaga gelir". 2007-ci ilde Ramazan ayinin 14 sentyabrda bashladigini nezere alsaq, bu ilin Ramazan ayinin gelishini teqriben 2-3 sentyabr tarixleri arasinda gozlemeliyik. Ramazan ayinin 29 yoxsa 30 gun olmasindan asili olaraq, novbeti ayin - Shavvalin ilk gunu Fitr bayrami olacaq (oktyabrin ilk gunleri).
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
Farid | Salam Aleykum. Men bu movzu barede butun sual cavablari oxudum amma degig oz meselemle bagli bir cavab tapa bilmedim. Men musulman olsamda, islamin goydugu shertleri tamami ile yerine yetirmirem, yani namaz gilmiram ve s. Men evliyem hokumet ve molla kebini ile.Bir bashqa qadinla qorushurem. Isteyirem onunla kebin kesdirim (Allahtalanin qabaginda hec olmasa bir gunahdan azad olum). Qorushduyum qadin 9 il evvel hayat yoldashindan boshanib (ondan 2 ushagi var), amma molla kebinleri levg edilmeyib. Ke4mish hayat yoldashina bunu basha sala bilmeyimiz mumkun olmadigi i4in (he4 onun bilmesini de istemirik), siz de basha dushursiniz ki kebini levg ede bilmirik. Men gorushduyum qadinla kebin kesdire bilerem? Bundan menim hayat yoldashimin, qorushduyum qadinin ushaglarinin ve yaxud bir qeyrisinin xeberi olmalidir? Kebine icaze varsa onun sonraki shertleri nedir, ve yaxud bu shertlerle kebin kesdirmek olmaz sa, men ne etmeliyem?Xahish edirem mene bacardiginiz geder deqiq cavab veresiniz. Mektubu
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qadin birinci erinden talaq almayibsa, bashqa adama ere gede bilmez. Sizin veziyyetinizde qadinin birinci erine talaq uchun muraciet etmesi lazimdir. Sheriete gore, er talaq vermeye razi olmasa, qadin oz mehriyyesini (kebin pulunu) ona bagishlaya biler, hetta bundan elave de ona pul vere biler. Bu yolla kishini talaq vermeye razi salmaq caizdir. Eger kishi hech bir yolla talaq vermek istemezse, bu halda qadin sheriet hakimine (qaziye) muraciet edir. Muselman olkelerinde bunu etmek asandir. Azerbaycan kimi dunyevi dovletlerde qadin dindardirsa, teqlid etdiyi muctehidle, yaxud onun numayendesi ile rabite saxlayir ve onlarin vasitesile kebinini geri oxutdurur (talaq alir). Eger dindar deyilse, hech olmasa, Qafqaz Muselmanlari Idaresine muraciet etsin. Orada ne etmek lazim oldugunu deyerler. Lakin yeqin ki, onlar da qadinin birinci erine talaq xahishi ile muraciet edib-etmediyi barede sorushacaq ve ilk once oz raziligi ile talaq vermesi uchun onunla gorushmek isteyecekler.
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
nərgiz | salam. zəhmət olmasa bu sualımı cavablandırın. qüsul vaxtı mən burnuma suyu çəkə bilmirəm. bu fiziki cəhətdən məndə narahatlıq doğurur. amma barmağımı suya vuraraq bacardığım kimi burunun içini yuyuram. belə etmək olar? bir də məni bir sual da maraqlandırır. mən bir dini ədəbiyyat oxumuşam. oradan belə başa düşdüm ki, seir yazmaq günahdır? bu doğrudurmu? sağ olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qeyd edek ki, qusl zamani burna su almaq hanefi mezhebinde farz sayilir. Lakin ne shafii mezhebinde, ne de shialikde bele shert yoxdur. Eger buruna su almaq hech cur mumkun deyilse, dediyiniz shekilde hereket ede bilersiniz. Sher meselesine gelince, Islam dininde her cur shairlik deyil, haram ve me'nasiz sherler yazmaq, nalayiq adamlari medh edib teriflemekle pul qazanmaq, sherin ichinde ba'zi muhum meselelerde yalana yol vermek nezerde tutulub. Bunlar Islamin yarandigi esrde cahiliyyet arablari arasinda yayilmish edebiyyata xas olan sifetler idi. O zaman shairler ya qeyri-exlaqi movzulari terennum edir, ya me'nasiz qebile muharibelerini nezme chekir, ya da servet sahiblerine medhiyyeler qoshurdular. Ele buna gore, Allah-teala "Shuara" suresinin bu ayelerini nazil etdi: "Shairlərə gəlincə, onlara yalnız azğınlar uyar! Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib-dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!) Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər isə hara dönəcəklərini mütləq biləcəklər!" ("Shuera"- 224-227-ci ayeler). Lakin Islam dinini, muqeddes deyerleri, din boyuklerini terennum eden, insani gozel exlaqa chagiran, ibret veren, zovqunu kamilleshdiren, ruhuna rahatliq veren edebiyyat numuneleri yaratmagi Islam hemishe beyenmish ve yuksek qiymetlendirmishdir. Peygamberimizin "Sher - hikmetdendir" buyurmasi, muasirleri olan muselman shairlere munasibeti, elece de, Ehli-beyt imamlarinin ozlerinin sher demeleri ve shairleri yuksek qiymetlendirmeleri dediklerimize subutdur. Bunu demek kifayetdir ki, Hazret Alinin (a) chox deyerli sherlerden ibaret divani vardir. Imamlarin dediyi sherleri ba'zi muellifler hetta kitab halina salmishlar. Kumeyt Esedi, Di'bil Xuzai, Seyyid Ismail Himyeri, Ferezdeq kimi shairler imamlarla mehriban munasibetde olmush ve onlardan choxlu hediyyeler almishlar.
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
fariz | Destemaz alib evden chixmisham, yolda bir serxosh adamla gorushdum. Namaz qilarken yene destemaz almaliyam, ya yox?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, serxosh adamla gorushmek destemazi batil etmez. Amma buna diqqet yetirmeyiniz meslehetdir: Eger hemin adamla opushmusunuzse ve onun agzinin suyu Sizin uzunuze deyibse, uzunuzu pak etmelisiniz. Lakin bu halda destemazi tezelemek lazim deyil.
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
Tural | Salam. Risalede var ki, sige eden zaman kishi ile qadin qabiltu sozunu zaman mesafesi olmadan deyirler? xahish edirem bunu izah ederdiz. Bakire ile sige etmek olar? Sige ederken valideynin icazesi olmalidirmi, shahid olmalidirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sige eqdi oxunarken, qadinla kishinin sozleri arasinda chox fasile olmamalidir. Ya'ni kishi "qabiltu" kelmesini ele demelidir ki, qadinin dediyi sozlere cavab kimi seslensin. Eger arada hedsiz fasile yaranarsa ve kishinin qadina cavab vermesi tesevvuru pozularsa, bele eqd (kebin) duzgun sayilmaz. Bakire qiz ile sige (muvaqqeti nikah) etmek olar, lakin mutleq atasindan ve ya babasindan icaze alinmalidir. Shahid teleb olunmur.
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
Rafiga | Salam. Sualımı cavablandırdığınız üçün təşşəkkür edirəm. Sizdən bir xahişim var. Aşura Ziyarəti duasını ərəb yox, latın əlifbası ilə yazısını və bizim dilə tərcüməsini netdən əldə etmək mümkündürmü? Çox sağ olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Teessuf ki, ashura ziyaretinin transliterasiyasini (latin elifbasi ile yazilishi) internet shebekesinde tapa bilmedik. Arabca metni uchun bu unvana muraciet edin: http://www.shianet.ru/content/view/1816/66/ http://www.tebyan.com/Islam/Prayers/OtherPrayers/2008/1/17/58748.html Hemin sehifelerde ziyaretnamenin rusca tercumesi de verilib. Turkce tercume uchun bax: http://www.caferilik.com/dualar/asura.htm Teessuf ki, azerbaycan diline tercumesini tapa bilmedik.
Задан: 26 Февраль, 2008 , Опубликовано: 26 Февраль, 2008
stom | kecen defeki sualima cavab verdiyiviz ucun Allah sizden razi olsun...bu defe sorusmaq isterdim ki destemazdan sora elleri ve uzu qurulamaq olar ?destamazim batil olmaz ki?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, destemaz aldiqdan sonra elleri ve uzu qurulamaq destemazi batil etmez. Lakin muctehidlerimiz bunu mekruh bilmishler. Meselen, shia mezhebinde en nufuzlu sheriet risalelerinden sayilan ve saysiz-hesabsiz sherhler yazilan "el-Urvet-ul-vusqa" kitabinda (muellifi merhum Ayetullah-ul-uzma Seyyid Muhammed Huseyn Tebatebai Yezdi) yazilib ki, destemaz uzvlerini desmal ve ya etekle qurutmaq, hetta alovun ve ya Guneshin istisinde qurutmaq mekruhdur (cild 1, seh. 146). Burada Imam Cafer Sadiqden (a) revayet olunan bir hedisi xatirlatmaq yerine dusher: "Her kim destemaz alandan sonra qurulansa, Allah ona bir savab yazar. Her kim destemaz alandan sonra qurulanmasa ve bedenin nemliyi ozu (tebii yolla) qurusa, Allah ona 30 savab yazar" (Sheyx Saduq - "Men la yehzuruh-ul-feqih", cild 1, seh. 50, hedis 105).
Задан: 25 Февраль, 2008 , Опубликовано: 25 Февраль, 2008
Ahmed | Salam Aleykum ! 1- ci sual: Destemaz suyunun maxsimal derecesi ne qederdir? 2 - ci sual : Hansi sebeblere gore Islamda Qibleye bele boyuk mena verilir? 3 - cu sual : Insanin ruhu barede ( xahish edirem etrafli ) ALLAH Sizden razi olsun ! Amin!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Hedislerde buyurulur ki, destemaz alarken suyu bol ishletmeyin savabi var. Ye'ni gerek destemaz alarken suya xesislik edilmesin. Amma israfa yol vermek de olmaz. Hetta din boyuklerimiz krantdan gelen su ile destemaz alanda, su israf olmasin deye, destemaz amellerinin arasinda kranti baglayirdilar. 2. Qurani-kerimdeki bir chox ayeler Ka'benin ezemetini gosterir. Meselen, - "(Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik. (Ey möminlər! Sizə də: ) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!” - (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! – deyə tövsiyə etdik" ("Baqara"- 125). - "(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir" ("Baqara"- 144). - "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır" ("Ali-Imran"- 96). - "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" ("Maide"- 97), ve sair ayeler. Bu ayelerin ve onlarla hedisin hokmunu elde esas tutaraq, muselmanlar qibleye ehtiramla yanashirlar. 3. Ruh barede deqiq ma'lumata sahib oldugunu hech kim iddia ede bilmez. Chunki Quranda ruh barede buyurulur ki, "(Ya Rəsulum!) Səndən ruh haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. Sizə (bu barədə) yalnız cüzi bir bilik verilmişdir!” ("Isra"- 85). Gorunduyu kimi, Allah bu ayede ruhla bagli olan biliklerin heqiqetini ozune aid edir ve insanlarin bu barede ma'lumatsiz oldugunu buyurur. Ona gore de, bu movzuda her hansi deqiq ve moteber bilgi vere bileceyimizi dushunmuruk. Bu barede muayyen informasiyani ashagidaki internet unvanindan ala bilersiniz: http://www.darulkitap.com/fikih/fikihans/ruh.htm
Задан: 25 Февраль, 2008 , Опубликовано: 25 Февраль, 2008
Allah bendesi | Salam eleykum, bir rivayete gore (sehv etmiremse Mehemmed Baqir Meclisinin Biharul Envar kitabinda), Hezreti Ali (a.) hele qundaghin ichinde Mominler suresinin ilk ayelerini oxudu (hum fiha xalidun-a kimi). Bu rivayet sehihdirmi? Sehihdirse, onda belke bunun menasi budur ki, Quran ilk defe Peyghembere yox, mehz Hezreti Aliye nazil oldu? Ele chixir ki, hasha, hezreti Ali (a.) peyghemberdir.
Ответ / Cavab

Задан: 25 Февраль, 2008 , Опубликовано: 25 Февраль, 2008
Страница 11209 из 11354 << < 11205 11206 11207 11208 11209 11210 11211 11212 11213 > >>
© 2019 All right reserved www.islam.az waplog