Azəri versiyası  |  Главная
Страница 11206 из 11400 << < 11202 11203 11204 11205 11206 11207 11208 11209 11210 > >>
ulviyye | salam aleykum.men 3 ildi namaz qiliram.cox istiyirem sehvsiz,temiz qilim.amma coxlu sehvler edirem.bir namazi bir nece defe qiliram,ozume guvenmirem,ele bilirem ki bir riket az ve ya cox qilmiwam.nece edim bu sehvler aradan qalxsin.evvelceden cox sagolun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sheytanin vesveselerini ozunuzden uzaqlashdirin. Vasvasiliq etmeyin, chunki vasvasiliq Islamda beyenilmir ve Sheytanin fitnelerinden sayilir. Eger qildiginiz namazin duz ya sehv olduguna chox shekk edirsinizse, buna ehemiyyet vermeyin. Bele adamlara sherietde "kesir-ush-shekk" - "chox shekk eden" deyilir. Bunlarin vezifesi budur ki, shekklere ehemiyyet vermesinler, etdikleri ibadetin sahih oldugunu qabul etsinler. Choxlu Quran oxuyun, Allahin adlarini zikr edin, xususile "Feleq" ve "Nas" surelerini tekrarlayin, Sheytana lanet deyin (auzu billahi min-esh-sheytan-ir-recim).
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
Gunay | Salam olsun sizlere. bele bir sualim var: shekil cekdirib sonra onu cixartdirmaq gunahdirmi? burada qadinin ve kishinin ferqi nezere alinirmi? bezi saytlarda mobil telefon ve koputerlerde shekillerin olmasinin gunah olmamasi deyilir,o vaxta qeder ki cap edilmeyib. sizin de cavabinizi bilmek mene cox vacibdir. xahish edirem esasli deliller getiresiniz. ve eger gunahdirsa neye esasen? Teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Hansi shekilleri nezerde tutdugunuzu basha dushmedik. Telefonla shekil chkmek ve onu telefonun yaddashinda saxlamaq gunah deyil. Bir halda ki, bu shekil exlaqa ve dine zidd olmasin. Exlaqsiz shekilleri chekmek, telefona yuklemek, chap etmek, bashqasina oturmek, hetta baxmadan telefonda saxlamaq haramdir.
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
Zaur | Əssalamu aleykum, əvvəlcədən Allah razı olsun. 1- Xahiş edirəm, əgər məlumatınız varsa bu hədisinin səhih olub-olmadığını bildirəsiniz: Ebuzer Geffari Hakkinda rivayet edilmistir ki, sahabelerden biri Efendimiz “s a a” e gelerek söyle dedi: “Ey Allah’in resulü! Ebuzer ezan okurken Peygamber “s a a”in risaletine sahadetlik ettikten sonra ,”Eshedu enne Aliyyen veliyullah” diyerek Hz.Ali “as”in da velayetine sahadetlik ediyordu.Efendimiz “s a a” su cevabi verdi: “Aynen öyledir. Gadir’i Hum da söyledigim “Ben kimin movlasi isem Ali “as” da movlasi dir” sözümü unuttunuz mu? Bundan sonra kim vermis oldugu sözde durmazsa sadece kendi nefsine zülüm etmis olur. “ (Menbesini bilmirem). Imam Sadik “as” “içinizden biri biri “la ilahe illallah ve muhammenden Resulullah” dediginde Hz.Ali “a s
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Yazdiginiz hedislerin hansi menbeden oldugunu tayin ede bilmedik. Chunki bunu arashdirmaq choxlu vaxt ve zahmet teleb edir. Amma internet sehifelerinde http://www.huseyin.dk/Aliyyen%20Veliyullah.htm unvaninda bir yaziya rast geldik. Yazi muellifi bu hedisin Muhaqqiq Ismail Huseyni Mer'ashinin "Icmaiyyatu fiqh-ish-shia" ve "Ahvet’ul-Akval min Ahkam’is-Sheria" adli kitablarindan turk diline shexsen tercume etdiyini yazir. Adi chekilen muellif ve kitab barede malumatimiz yoxdur. Qeyd edirik ki, hemin yazi mehz dediyiniz movzuda qeleme alinib ve kifayet qeder genish hecmlidir. 2. Iqame azandan sonra deyilir. 3. Niyyeti hem evvelde bir defe, hem de her 2 ruketden-bir ede bilersiniz. Tekbirat-ul-ehram ise her iki ruketden-bir deyilir.
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
kemale | Salam.Zehmet olmasa deye bilermisiniz 1.Eslinde cadu varmi? Eyer varsa onu nece sindirmaq olar.Yeni eyer mene cadu ediblerse bu cadunu nece goture bilerem? 2.Uzerimde nefs deyilen bir shey varsa bes onu nece goture bilerem?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Cadu, sehr ve s. fovqel-tebii ishler var. Amma bunlarla meshgul olmaq haramdir. Ekser hedislerimiz sehri sehrle batil etmeyi qadagan etse de, ba'zi revayetlerde buna (ya'ni sehri batil etmek uchun sehrden istifade etmeye) icaze verilib. En yaxshi usul - Allaha siginmaqdir. Allahin adlarini chox zikr edin, Quran oxuyun, namazin qunutunda ve namazdan sonra Allaha dua edin. "Ayet-ul-kursi", "Feleq" ve "Nas" surelerini chox tekrarlayin.
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
Adem oglu | Essalamu aleykum. Size bir sualim var? Men ele bir muhitdeyem ki burda ancaq ahli sunne meshebine mensub adamlar yasayir. Ele vaxt olur ki onlarin ve menim qildigim namazlarin vaxti ust-uste dusur ve onlar deyirler ki bir yerde iki vacib namazi bir yerde qilmaq olmaz. Sizin buna munasibetinizi bilmek isterdim.Essalamu aleykum ve rehmetullahi ve berekatuh.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi be berekatuh. Saytimizin "Meqaleler" bolmesindeki "Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?" yazisini oxumaginizi meslehet goruruk. Orada Size verilen butun suallara etrafli cavab tapacaqsiniz.
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
seymur qum_2 | Salam qardash, sizin verdiyiniz cavaba baxirdim, orada bele bir shey gordum ki, yazmisiniz ki, Shieler cume namazini Sunniler kimi vacib bilmirler. Evvela cume namazi harada qilinmalidir, hansi muhitde? 2-cisi, eger sunnide cume vacibdirse, bes onda Azerbaycanda hansi mescidde sirf cume namazi qilirlar sunniler?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Cuma namazi suallara indiye kimi bir neche defe cavab yazmishiq. Bir daha tekrar edirik: Shia mezhebli muctehidlerin fetvasina gore, yalniz 12-ci imamin zuhurundan sonra cuma namazini qilmaq vacib olacaqdir. 12-ci imam Mehdinin (a) qeybet dovrunde ise cuma namazlarini qilmaq vacibi-texyiridir, ya’ni cuma namazi yoxsa zohr namazi qilmaq insanin oz sechiminden asilidir. Bununla bele, muctehidler lazimi shertlere uygun cuma namazi qilindigi zaman, hemin namazda ishtirak etmeyin vacibliyini vurgulayirlar. Qeyd edirik ki, bir chox shia dovletlerinde (meselen, Iranda) cuma namazlari her hefte boyuk izdihamla qilinir. Alimler bunu bele izah edirler ki, Iran muselman olkesi (resmi shekilde) oldugu uchun, orada cuma namazi uchun vacib olan shertler movcuddur. Shert deyerken, ilk novbede, cuma xutbesinin mezmunu ve imam-cumanin shexsiyyeti barede telebler nezerde tutulur. Malum oldugu kimi, cuma namazindan evvel oxunan iki xutbede muselmanlarin veziyyeti, dunyada bash veren siyasi hadiseler, olke daxilinde bash veren hadiselere muselmanlarin munasibeti ve reaksiyasi, muselmanlarin menafeyine zidd olan daxili ve xarici quvvelerin achiqlanmasi, siyasi hadiselere munasibet gosterilmesi teleb olunur. Bu shertlere cavab veren xutbeni oxumaq qeyri-islam olkelerinde (dunyevi dovletlerde) chetindir. Hemchinin, imam-cuma uchun lazim olan shertler de chox yuksekdir: ister onun exlaqi seviyyesi, dini bilikleri, isterse de siyasi hazirligi, dunyada ve olkede bash veren proseslerden anlayishli olmasi, hemin prosesleri analiz etmek bacarigina sahib olmasi, mubarizliyi, fedakarligi barede telebler bura aiddir. Hetta imam-cumanin zahiri atributlarina qoyulan telebler de (onun minberde durarken elinde silah – qilinc, ox-yay ve ya odlu silah – tutmasi mustehebdir) bu namazin her bir cemiyyetde qilina bilmesini mehdudlashdirir. Bakida ehli-sunne muselmanlarin harada cuma namazi qilmalarina gelince, meselen, "Abu Bekr mescidi" kimi taninan mescidde ve Shehidler camesinde her heftenin cuma gunleri cuma namazi qilinir.
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
seymur qum_2 | Allah bizi niye yaratdi? Eger desezki ibadet ucun bunu hami bilir ele cavab isteyiremki yeni olsun ve her kesin tutumuna gore yazin menim tutumuma gore cavab isteyirem
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Evvela, hesab edirik ki, Allahin insani ibadete gore yaratmasi hech de ashagi seviyyeli ve az tutumlu insanlarin movzusu deyil. Ele bunun ichinde ne qeder derin me'nalar gizlenib. Eger peygamberimiz ve imamlarimiz ibadeti en vacib ishlerden biri ve "gozlerinin nuru" adlandiriblarsa, demeli, bu hech de ashagi seviyyeli insanlarin inanmali oldugu bir mesele deyil. Ikincisi, eger daha ferqli cavab teleb edirsinizse, bilin ki, Allah insani Yer uzunde Onun canishini (xelifesi) olmaq uchun yaratdi. Eger iddia etdiyiniz kimi, "tutumunuz" choxdursa, yeqin ki, elave sherhe ehtiyac duymazsiniz.
Задан: 2 Июнь, 2008 , Опубликовано: 2 Июнь, 2008
raqif | yuxuda mne gelecekde kimolacagimi harada yashayacagimi kimle aile quracagimi soyleyibler bilmirem bu nun dini aciqlamasi nedi bunlar ISLAMDA ne deyilir bunu ciddi qebul etmak olarmi
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Yuxu realliga deyil, xeyala ve vehme esaslanir. Ona gore de, yuxunun hech bir sher'i hocceti (dini subutu ve tutari) yoxdur. Elbette, peygamberlerin, imamlarin ve ovliyalarin (Allah dostlarinin) yuxuda gordukleri heqiqet olur. Amma bu, Allahin oz sevdiyi bir deste adama verdiyi nemetdir, hamiya nesib olmur. Adi adamlarin yuxularinin ise bir qismi dogru oldugu kimi, ekseriyyeti de heqiqetden uzaq olur. Ona gore de, bu meseleni ciddi tutmamaginizi meslehet goruruk. Biz oyaqliqda bize amr edilenlere ve etdiyimiz hereketlere gore mesuliyyet dashiyiriq.
Задан: 1 Июнь, 2008 , Опубликовано: 1 Июнь, 2008
raqif | menim yuxuda ne goruremse sabah reallashir oldugu kimi.namz qilmagi bela oyretdiler yuxuda mqqedesleri yuxuda gormek baresinda ne yazilib QURANADA.?HETDA SOZER BELA DEYILIR.BU ENILE BAGLIDI ? PSIXOLOJIDI YOXSA?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bir qeder evvel oxshar suallarla bize muraciet etmsihdiler. Evvelki suallarin cavablarini oxuyun.
Задан: 1 Июнь, 2008 , Опубликовано: 1 Июнь, 2008
raqif | MUHAMMED peygambarin hecislerini oxumaq isteyirem.azeri dilinde bela kitab varmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dini kitab magazalarina muraciet edin. Internet resurslarinda da axtarish apara bilersiniz. Oz nevbemizde, bize malum olan internet unvanlarindan birini Size teqdim edirik. http://muntozor.net/index.php?do=dl&p=downloadfile&area=1&fileid=768&action=dl http://muntozor.net/index.php?do=dl&p=downloadfile&area=1&fileid=769&action=dl Bu unvanlardaki "Mizan-ul-hikme" kitabinda hem Hazret Muhammed Peygamberin (s), hem de imamlarin (a) hedislerinin arabca metnini ve azeri tercumesini oxuya bilersiniz (7 mine yaxin hedis). Yaxin gunlerde saytimizda da "Hedis" rubrikasi fealiyyete bashlayacaq inshaALLAH.
Задан: 1 Июнь, 2008 , Опубликовано: 1 Июнь, 2008
Страница 11206 из 11400 << < 11202 11203 11204 11205 11206 11207 11208 11209 11210 > >>
© 2019 All right reserved www.islam.az waplog