Azəri versiyası  |  Главная
Страница 11202 из 11442 << < 11198 11199 11200 11201 11202 11203 11204 11205 11206 > >>
kenan | butun muselman alemini orucluq bayrami munasibeti ile tebrik edirem.sualim budur ki, men niyyet etmisem ki, orucluq bayraminda 3- gun orucu tutum.men bu niyyet orucunu bu bayram muddetinde tuta bilerem ? cox sagolun .xahis edirem email-me gonderesiniz.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bayram deyerken neyi nezerde tutdugunuzu deqiq basha dushmedik. Eger Fitr bayrami gununu nezerde tutursunuzsa, evvela, bayram bir gun olur. Ikincisi, Fitr ve Qurban bayrami gunlerinde oruc tutmaq gunahdir. Eger "bayram" deyerken, butun Ramazan ayini nezerde tutursunuzsa, bilin ki, bu cur oruc da batildir. Chunki, şəriət nöqteyi-nəzərindən icazəsi olan şəxsləri istisna etmək şərtilə, bütün müsəlmanlar ramazan ayında öz dini vəzifələrini yerinə yetirib oruc tutmalıdırlar. Ramazan orucu müsəlmanın borcudur. Her hansi niyyetinin heyata kechmesi uchun oruc tutmagi nezir demish şəxs mütləq ramazandan başqa ayların birində öz nəzirinə əməl etməlidir. Ramazan ayında vacib oruc niyyəti ilə deyil, nəzir niyyəti ilə oruc tutan şəxs heç bir savab əldə etməz, əksinə, günah qazanar. Belə adamın həmin günkü orucu nə ramazandan, nə də nəzirdən hesab olunmaz, hədər gedər. Ramazan ayında nəzir ilə tutulmuş oruc batildir.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
Turxan | 12 imammizin adlari gonderinde zehmet olmasa
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Imamlarin adlari beledir: 1. Imam Ali ibn Abutalib (a). 2. Imam Hasan Mucteba (a). 3. Imam Huseyn Seyyid-ush-shuheda (a). 4. Imam Ali Zeynulabidin (a). 5. Imam Muhammad Baqir (a). 6. Imam Cafer Sadiq (a). 7. Imam Musa Kazim (a). 8. Imam Ali Riza (a). 9. Imam Muhammed Teqi (a). 10. Imam Ali Neqi (a). 11. Imam Hasan Asgeri (a). 12. Imam Mehdi Sahib-ez-zaman (ac). Bu imamlarin her birinin tercumeyi-hali barede saytimizin "Kitabxana" bolmesindeki "Imamlar" rubrikasina muraciet edin. Burada hem azeri, hem de turk dillerinde genish meqaleler verilib.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
roya | salam.men bilmek isterdimki oruc tutarken heyat yoldasimla cinsi elaqede olmaq gunahdirmi?birde islamda roya adinin menasi nedir.cox tesekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, oruclu halda subh azanindan megrib azanina kimi kechen muddetde cinsi elaqede olmaq qadagandir ve eger bash vererse, oruc pozular. "Roya" - "yuxu" demekdir.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
Samir | Salam ! Ola biler sualim chox savadsiz seslener , lakin men nure haqqinda bilmek isteyirem . O nedir , ve hansi meqsedlerle istifade olunur ? Teshekkur edirem !
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Nure - qoltuq alti ve ovret tuklerini temizlemek uchun vasitedir. Chunki bunlari qirxmaq (ulguc ve ya lezviya ile) mekruhdur. Nure gile oxshayir, onu su ile qarishdirib tuk biten yere chekirler. Nure tuklerin dibini yumshaldir ve onlarin qopub chixmasini temin edir. Bir az sonra nure quruyur. Hemin yerleri su ile yuyanda tukler rahatliqla qopub temizlenir. Nure chekmeyin hedsiz savabi var. Kitablarda bu barede xeyli hedis movcuddur.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
AYKHAN | Oruc nece tutulmalidir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin "Meqaleler" bolmesinde "Orucu nece tutmali?" adli etrafli meqale yerleshdirmishik. Bundan elave, saytimizin "Kitabxana" bolmesinde "Fiqh ve sheriet" rurikasindaki risalelerde de oruc qaydalari tesvir edilib.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
Bextiyar | subh namazi necededir onu bilmek bize cox maraqli olardi ve subh azani
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin rusca ana sehifesinde gundelik ve ayliq namaz cedvelleri verilib. Hemin cedvellerden subh azaninin vaxtini oyrene bilersiniz.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
Leylusha | Evvela bele sherait yaratdiginiz uchun haminiza minnetdaram.ALLAH sizlerden razi olsun. Suallarim ise bunlardir: 1. Nishanli bir qizin oz nishanlisinin nece deyim diqqetinin celb etmek uchun bir balaca achiq geyinmesinde gunah varmi? 2. Cenabet quslu ile adi bir quslun ferqi var? 3. Masturbasiya elemek gunahdirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Qadinin (qizin) her bir halda namehrem kishinin (hetta kebinsiz nishanlisinin bele) qabaginda achiq-sachiq geyinmesi gunahdir. "Bir balaca" ve ya chox achiq-sachiq geyinmesi arasinda ferq yoxdur. 2. Ferq yalniz niyyetdedir, bashqa hech bir ferq yoxdur. 3. Beli, gunahdir.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
ilahe | salam menim size 2 sualim var. 1 oruc ola-ola qash veya uz almaq olar? cunki herden tuku alanda yerinden qan cixir bu halda olar? 2 oruc ola-ola sac kesmek olar? mumkunse tez cavab vererdiniz qabaqcadan size teshekkur edirem size ugurlar.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bunlarin hech birinin orucluga manechiliyi yoxdur.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
QADIR | Salam.Xahis edirem sualima cavablandirarsiniz. Qadir ve Xadice adinin menasi nedir? Sualima gore evvelceden tesekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. "Qadir" Allahin adlarindan biridir ve arab dilinden tercumesi "qudretli" demekdir. "Xedice" - Hazret Muhammed Peygamberin (a) birinci heyat yoldashi ve Hazret Fatimenin (a) anasidir. Bu sozun arab dilinden tercumesi "anasinin betninden dushmush (salinmish) ushaq" demekdir.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
Said | Astronomiya elmini öyrənmək olar ya yox
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islam dini astronomiya elmini yuksek qiymetlendirir ve bu elmle meshgul olmagi musbet qarshilayir. Chunki semada bash veren real astronomic hadiselerin insan heyatinda boyuk tesiri vardir. Meselen, ele Ramazan ayinin gelishi meselesini goturek. Astronomik hesabatlarla Ayin hansi gunler gorune bileceyi ehtimali ve semanin hansi hissesinde, hansi saatda goruneceyi ta’yin edilir. Yaxud qibleni tapmaq uchun semadaki ulduzlarin yerleshmesinden istifade edirler. Yolda azib qalmish insanlar chox vaxt cehetleri ulduzlara esasen tayin edirler. Yaxin gelecekde havanin nece olacagini metereoloji hesabatlarla teyin etmek insanin gundelik heyatina, ekin-bichin ve s. meselelere komek edir. Namaz vaxtlari da astronomik hesabatlarin sayesinde elde edilir. Butun bunlar uchun sema cisimlerini oyrenmeye Islam dini icaze verir. Bu deyilenler astronomiya elmine aiddir. Amma ba’zi insanlarin meshgul oldugu astrologiya elmi bunlari deyil, bashqa meseleleri ehate edir. Astrologiyada burclerin ve ulduzlarin guya insan heyatina tesir etmesi, her kesin bextinin semadaki ulduzundan asili olmasi, her bir hereket uchun xeyirli ve nehs gunlerin olmasi kimi fikirlere inam vardir. Islam dini bu meselelerin hech birinin esasi olmadigini vurgulayir. Burclere inanmaq hem insanin eqidesini korlayir (son me’nada onu shirke aparib chixarir), hem de diqqetini daha muhum meselelerden uzaqlashdirir, vaxtini alir. Duzdur, ba’zi muselman menbelerinde burclerle bagli chox mehdud seviyyede malumatlara rast gelmek olur. Meselen, Ay Eqreb burcunde olarken kebin kesdirmek ve s. ishler ugursuz sayilir. Laki Islam alimlerinin bu meseleye munasibeti eyni deyildir, ba’zileri hetta bu seviyyede de burclere inami redd edirler. Burclerle bagli Hazret Alinin (a) “Nehc-ul-belage”sinde maraqli bir hadise xatirlanib. Imam Ali (a) Nehrivan savashina yola duserken bir muneccim ona deyir ki, bu gun savasha getme, chunki goyde ulduzlarin veziyyeti sene meglubiyyet ved edir. Imam Ali (a) onun sozlerini qezeble redd edib, cammati ona inanmamaga chagirir ve buyurur: ""Muneccim - kahin kimi, kahin - sehrbaz kimi, sehrbaz da kafir kimidir. Kafirin yeri ise cehennemdir" ("Nehc-ul-belage", xutba 79). Imam hemin savasha yollanir ve chox parlaq qelebe qazanir.
Задан: 31 Август, 2008 , Опубликовано: 31 Август, 2008
Страница 11202 из 11442 << < 11198 11199 11200 11201 11202 11203 11204 11205 11206 > >>
© 2019 All right reserved www.islam.az waplog