Azəri versiyası  |  Главная
Страница 11076 из 11219 << < 11072 11073 11074 11075 11076 11077 11078 11079 11080 > >>
rahim | QURUR NEDIR?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qurur - insanin ozunden hedsiz razi olmasi, ozunu bashqalarindan ustun tutmasi, daha dogrusu, bashqalarini ozunden ashagi tutmasi demekdir. Qururun ashagi (halal) heddi beyenilir. Buna "izzet" deyilir. Ya'ni insan ozunu bashqalarinin qabaginda alchaltmamali, onu tehqir etmelerine imkan vermemeli, oz izzeti-nefsini qorumalidir. Lakin eger bu, artaraq megrurluga ve lovgaliga chevrilerse, gunah olar.
Задан: 21 Февраль, 2008 , Опубликовано: 21 Февраль, 2008
Miknog | Salam Aleykum. Menim bu sualimi gulmeyin. Men bilmek isteyirem ki, namazi qeza olaraq qilanda qamet demek lazimdirmi. Evvelceden tesekkurler.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. "Qamet" deyerken, yaqin ki, iqameni nezerde tutursunuz. Beli, iqamenin deyilishi meselesinde eda ve ya qeza namazlari arasinda ferq yoxdur. Namazdan qabaq azan ve iqame soylemek mustehebdir, vacib deyil.
Задан: 20 Февраль, 2008 , Опубликовано: 20 Февраль, 2008
nizam | SELAM, Malına xüms düşən bir şəxs malının MALININ BESDE BIRINI TESERRUF EDE BILMEZ,YOXSA HAMISINI təsərrüf edə bilməz?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Main xumsu verilmeyince, butunlikde o maldan istifade etmek olmaz. Ayetullah-ul-uzma Sistaninin risalesinde bu barede yazilib: "Məsələ 1759: Malının üzərinə xums gəlib və üzərindən bir il keçdiyi halda, xumsunu verməyincəyə qədər o maldan istifadə edə bilməz". Bu, esasen xums vermeyen ve vermek niyyeti olmayan adam haqqindadir. Eger insan malin xumsunu muayyen uzrlu ve ya uzrsuz sebebler uzunden vermese, sonra vermek istese, gerek muctehidle elaqe saxlasin. Eger muctehid xumsu verinceye kimi, muveqqeti olaraq ondan istifade etmesine icaze verse, hemin maldan istifade ede biler. Eyni risaleden mesele: "Məsələ 1761: Xums borcu olan şəxs, şəriət hakimi ilə əldə dolandırsa və xumsu öz zimməsinə alarsa, malın hamısından istifadə edə bilər, əldə dolandırdıqdan sonra o maldan əldə edilən qazanclar da onun özünündür. Borcunu da tədrici olaraq, səhlənkarlıq sayılmayacaq şəkildə qaytarmalıdır".
Задан: 20 Февраль, 2008 , Опубликовано: 20 Февраль, 2008
Samira | Salam Aleykum. У меня вопрос касательно домашних животных. Решила завести собаку дома, двора нет, хотела бы узнать допустимо ли держать животных в доме если я делаю намаз. Есть ли в Коране предписания по данному вопросу? (я его еще читаю, пока не дочитала до конца). Заранее признательна за ответ.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Evin ichinde it saxlamaq dinimizde meslehet bilinmir. Hetta hedislerde buyurulur ki, it saxlanan eve xeyir-bereket melekleri daxil olmazlar. Elbette, evi qorumaq meqsedile heyetde it saxlamaga icaze verilir. Evde it saxlayan adam namaz qilirsa, daimi problemlerle uzleshecek. Bele ki, sherietimizde itin agzi deyen, yash tukleri toxunan her shey murdar sayilir ve bunlari pak etmek lazimdir. Itin xasiyyeti qarshisina chixan eshyalari yalamaq ve agzinda tutmaq oldugundan, demeli, her addimda ev sahibi uchun problemler yaradacaq. Umumiyyetle, neinki yalniz iti, hem de bashqa heyvanlari evin ichide saxlayan adam muayyen qaydalara riayet etmelidir. Meselen, eti yeyilmeyen heyvanin tuku namaz qilan adamin paltarina yapishsa, bu paltarla qilinan namaz batil olar. Meselen, evde pishik varsa, onun tuku yapishmish paltarla namaz qilmaq olmaz. Qeyd edirik ki, bu barede Quranda yazilmayib. Bu qaydalar hedislerde bildirilib ve din alimlerimiz (muctehidlerimiz) hemin hedisler esasinda fetvalar vermishler.
Задан: 20 Февраль, 2008 , Опубликовано: 20 Февраль, 2008
bende | Salam Aleykum Islam az, sizlere bu sefer suallarim bunlardir: maragli bir shey oxudum burda rus dilinde, Islamda qururlu olmaq gunahdir? Mende qurur choxdur, bu mene gunahdir? 2. Islamda icaze verilir ki, qiz xeylagi ozu ozune heyat yoldashi sechsin, yoxsa mutleq valideyn bunu etmelidiir? Chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Qurur - insanin ozunden hedsiz razi olmasi, ozunu bashqalarindan ustun tutmasi, daha dogrusu, bashqalarini ozunden ashagi tutmasi demekdir. Qururun ashagi (halal) heddi beyenilir. Buna "izzet" deyilir. Ya'ni insan ozunu bashqalarinin qabaginda alchaltmamali, onu tehqir etmelerine imkan vermemeli, oz izzeti-nefsini qorumalidir. Lakin eger bu, artaraq megrurluga ve lovgaliga chevrilerse, gunah olar. 2. Islam dinine gore, qiz oz gelecek heyat yoldashini ozu seche biler (harama dushmemek sherti ile). Qizin raziligi olmadan onu ere vermek olmaz ve bele kebin batildir. Amma bakire qiz ere gederken, atasindan ve ya babasindan icaze almalidir. Bu icazesiz baglanan kebin de batil sayilir. Bu shert bakire qiza aiddir, dul qadinlara aid deyil. Icazenin sebebi budur ki, cavan qiz adeten tecrubesiz oldugu uchun, daha tez aldanmaq qorxusu vardir. Ona gore de, boyukler onu sehv addimdan saxlamaq uchun ne etdiyini mutleq bilmelidirler. Bununla bele, ne ata, ne de baba qizi zorla ere bilmezler. Qiza namizedler elan edilmeli ve raziligi sorushulmalidir. Yalniz raziliq verdiyi halda, onun kebini kesile biler.
Задан: 20 Февраль, 2008 , Опубликовано: 20 Февраль, 2008
eymira | Assalamu aleykum! Geceniz nurlu, gunduzunuz ishiqli olsun! Allahim, gozel Rebbim size yar ve yardimchi olsun ki, siz bizim beynimizde olan min fikire, min cur suala cavab verib aydinlashdirirsiz! Menim sualim beledir: men bununla nechenci defedir ki, geceler saat 2-den sonra 5-cen, ye'ni bu vaxt arasinda namaz qiliram, bunu da geceyari namazi kimi taniyiram. Bu duzgundur ya yox? Bir de, men bu namazi 16 ruket qiliram. Birinci ruketde iqameni deyirem, sonra davam edirem, 5-ci ruketde iqameni demirem, ne de 9-cu, ne de 13-cu ruketde. Ancaq birinci ruketde deyirem. Bu duzgundur? Qurban size, achig yazin da. Hem de, eger sehvdirse, men gunah gazaniram, ya yox? En sonda da salamlari deyirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Gece namazi 11 ruk'etdir. Gece yarisi kechdikden sonra qilinir, subh namazina yaxin vaxtda qilinsa daha yaxshidir. Evvelce 4 defe 2 ruk'etlik namazlar qiliriq. Bunlarin qilinma qaydasi subh namazindaki kimidir. Sonra daha 2 ruket namaz ("shef' namazi") qilinir. Onun birinci ruk'etinde "Fatihe"den sonra "Nas" suresi, ikinci ruk'etinde ise "Feleq" suresi oxunur. Axirda ise bir ruk'etli "vitr namazi" qilinir. Vitr namazinda "Fatihe"den sonra 3 defe "Ixlas", 1 defe "Feleq" ve bir defe "Nas" sureleri oxunur. Qunutda ise 40 nefer mo'minin bagishlanmasi uchun dua ede bilersiniz. Hemchinin, qunutda 70 defe "Estegfirullahe rebbi ve etubu ileyh", 300 defe "el-afv" ve 7 defe "hazal-meqamul-aizu bike minen-nar" duasini oxumagin ve bu duani soylemeyin savabi var: "Rebb-igfirli verhemni ve tub aleyye inneke entet-tevvabur-rehim". Gece namazi vacib deyil, musteheb oldugundan, indiye kimi qildiginiz gece namazlarinda sehv olsa bele, qetiyen gunah qazanmirsiniz. Eksine, bilmeyerekden sehve yol verdiyinize gore, Allah duzgun gece namazinin savabini Size verer inshaAllah. Amma bundan sonra bu namazin qilinma qaydalarina riayet etmeyiniz lazimdir.
Задан: 19 Февраль, 2008 , Опубликовано: 19 Февраль, 2008
ceferi | Salam aleykum. Men namaza teze bashlamisham ve qeza namazlarimin deqiq sayini bilmirem, nece ede bilerem? Allah razi olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Islam qanunlarina gore, oglanlar hicri teqvimle 15 yash, qizlar ise 9 yashdan namaz qilmali ve sair ibadetleri yerine yetirmelidirler. Hal-hazirda ishletdiyimiz miladi teqvimle hicri teqvimin arasindaki ferqi nezere alaraq deyirik ki, oglanlar miladi tarixle teqriben 14 yash 6 ay 15 gun, qizlar ise teqriben 8 yash 8 ay 20 gunden bashlayaraq ibadet etmelidirler.
Задан: 19 Февраль, 2008 , Опубликовано: 19 Февраль, 2008
Ulker | Assalamu aleykum va rahmatullahi va bereketuh! Size Qiyamet gunu ile bagli sualim var. Qurani kerimde bildirilir ki, qiyamet gunu olen insanlar dirilib emellerine gore cavab verecekler ve layiq olduqlarini alacaqlar. Yeni olen insan qiyamet gunu gelende cavab verecek! Bele chixir ki, neche esr bundan qabaq dunyasini deyishen insanlar qiyamet gunu gelende cavab verecekler? Chunki chox insanlar bele dushunur. Bezen ise deyirler ki, insan olende qiyamet gunune dushur. Bilmirem fikrimi chatdira bilirem yoxsa yox, ancaq bu barede fikirlerim bir az qarishiqdi. Chox xahish edirem eger mumkunduse mene bu barede achiqlama vererdiniz. Sizin fikirlerinizi bilmek menim uchun chox vacibdir. Evvelceden teshekkur edirem! Allah Sizden razi olsun! INSHAALLAH!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qiyamet gununun en boyuk dehsheti de orada insanliq yaranandan beri movcud olmush butun insanlarin hesab uchun toplashmasidir. Haminin amellerine hemin gun qiymet verilecek. Bu me'nada qiyamet gunu butun insanlara aid olacaq. Lakin insan olenden sonra da ona oz amellerne gore muayyen munasibet gosterilir. Sorgu-sual meleklerinin suallarina verdiyi cavabdan asili olaraq, olu insanin ruhu ona layiq sheraitde yerleshdirilir. Bele ki, momin insanin qebrine cennetden bir pencere achilir ve ruh cennetin etrini duyur, bu lezzeti az da olsa hiss edir. Eksine, kafirin qebrine cehennemden pencere achilir ve o, qiyametde alacagi cezanin elametlerini duyur, cehennem heraretinden ve ufunetden eziyyet chekir. Lakin bunlar hele tam me'nada ne cennet nemeti, ne de cehennem ezabi deyildir. Esil qiymet ve esl mukafat ya ceza qiyamet hadisesinden sonra tam heyata kechecek. Qebirdekiler ise olunun arxayinligini ve ya dehshetini artirmaq uchundur. Momin insan cennetin elametlerini duyar ve buna chatmagi sebirsizlikle gozleyer, oz aqibetinden razi halda aramliq tapar, qebir sixintilarindan xilas olar. Eksine, kafir ise alacagi cezanin dehshetini duyar, bu dehshet onu bir an da olsa terk etmez. Bu movzu barede atrafli malumat uchun ashagidaki internet unvanlarina muraciet etmeyinizi meslehet goruruk: http://www.caferilik.com/inanc/m1.htm http://www.al-shia.com/html/azr/lib/maad/index.htm (Shehid Destgeybin "Mead" kitabi - azerb. dilinde) http://www.alevisesi.com/forum/phpbb2/downloads.php?view=detail&df_id=33&sid=1c756bb0b5cd8772e1af07a7a71d58d0 (Seyyid M. Hasan Necefinin “Olumle Başlayan Yolculuk” kitabi - turk dilinde).
Задан: 19 Февраль, 2008 , Опубликовано: 19 Февраль, 2008
LEYLA | SALAM ALEYKUM. Menim sualim budur ki, islamda misiqinin rolu ve deyeri haqda mene melumat vere bilersinizmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eyni suala defelerle cavab yazmishiq. Sual-cavab gushesinin evvelki sehifelerine muraciet etmeyinizi meslehet goruruk.
Задан: 19 Февраль, 2008 , Опубликовано: 19 Февраль, 2008
Tahir | Assalamu aleykum. Men mominem, qazanc uchun kafir olkesinde chalishiram, ailem vetenimdedir, ilin yarisi qurbetdeyem. Orada olduqum zaman, men bir xanimla muveqqeti kebine dushe bileremmi - xristian eqidesinden? Minnetdarliq!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu barede muctehidlerin reyinde mueyyen ferqler var. Eyni sualla Ayetullah-ul-uzma Sistaniye muraciet edilmish, o ise suala bele cavab vermishdir: SORU 13: Yurt dışına fazla yolculuk yaptığım için günaha düşmekten korkuyorum. Bu durumda hanımımın izni olmadan Ehl-i Kitap bir bayanla muta yapabilir miyim? CEVAP 13: Caiz değildir. Kadın Müslüman olursa ancak muta yapabilirsiniz. Menbe: http://www.al-shia.com/html/tur/istifta/mote/ Eyni alimin daha bir menbedeki fetvasini oxuyun: 401. Müslüman kadınla evlenen Müslüman bir erkek, Yahudi veya Hıristiyan kitap ehli ikinci bir kadınla evlenmek istediğinde, karısından izin almalıdır. Karısının izni olmadan evlenmesi caiz değildir. Eşi izin verse dahi, geçici de olsa onlarla evlenmemesi ihtiyaten farzdır. Karısının yanında olması veya olmaması hükmü değiştirmez. Menbe: AYETULLAH EL-UZMA SEYYİD ALİ HUSEYNİ SİSTANİ - “BATIDA YAŞAYAN MÜSLÜMANLARA FIKIH”. http://www.al-shia.com/html/tur/books/book9/BATIFIKHI.htm#f16 Merhum ayetullahil uzma Fazil Lenkerani bele hesab edirdi ki, ehli-kitab olan qadinla muveqqeti eqd baqlamaq kishinin birinci muselman xaniminin haqqinin aradan getmesine sebeb olarsa, bu zaman kishi birinci xanimindan icaze almalidir. Eks halda, yani ehli kitabla muveqqeti eqd kishinin muselman xaniminin haqqinin aradan getmesine sebeb olmazsa, icazeye ehtiyac yoxdur. Diger boyuk muctehidlerin risalelerinde bu barede achiq bir hokme rast gelmedik.
Задан: 19 Февраль, 2008 , Опубликовано: 19 Февраль, 2008
Страница 11076 из 11219 << < 11072 11073 11074 11075 11076 11077 11078 11079 11080 > >>
© 2019 All right reserved www.islam.az waplog