Azəri versiyası  |  Главная
Страница 11060 из 11150 << < 11056 11057 11058 11059 11060 11061 11062 11063 11064 > >>
Entige | Salam, menim 2 sualim var: 1-ci sualim ondan ibaretdir ki, men destemazin alma gaydalarini bilmek isteyirem, sual chox besit seslense de, xahish edirem cavablandirin! 2-ci sualim ise beledir: Men eshitmishem ki, hacet namazi da movcuddur ve bu namaz axsham saat 3-de qilinir. Cox isterdim ki, bu hagda mene etrafli melumat veresiniz: bu namaz neye gore gilinir ve nece qilinir! Chox sag olun, Allah amaninda!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Destemazin alinma qaydalari haqqinda sheriet kitablarinda (risalelerde) etrafli malumat verilib. Bu movzuda kitablarin birini alib oxusaniz, daha faydali olar. Yardim uchun, destemaz qaydalari barede bir neche internet unvanini da Size teqdim edirik: Shia mezhebine uygun destemaz hokmleri http://www.al-shia.com/html/azr/namaz/2.htm#link2 Sunni mezhebine uygun destemaz hokmleri http://www.darulkitap.com/fikih/fikihans/abdest_nasil_alinir.htm 2. Insan her hansi ehtiyacinin odenmesi ve arzusunun heyata kechmesi uchun namaz zamani dua ede biler, bunun uchun ayrica namaz da qila biler. Hacet namazini her kes oz zovqune, vaxtina, hevesine ve savadina uygun suretde qila biler. Isteseniz, cemi 2 ruketlik subh namazi kimi bir namaz qilin. Isteseniz, 4 ruketli namaz qilin. Isteseniz de, heresi 2 ruket ve ya 4 ruket olmaqla 50 defe namaz qilin. Bu, Sizin selahiyyetinizde olan bir meseledir. Eger gece namazini qilmaq qaydalari haqqinda sorushursunuzsa (chunki, dediyiniz vaxtda gece namazlarini qilirlar), bunu da sual-cavab gushemizde bir qeder evvel etrafli sherh etmishik. Bir neche sehife evvele muraciet edin ve suallarin arasinda gece namazinin qilinma qaydalari barede qeydimizi oxuyun.
Задан: 14 Декабрь, 2007 , Опубликовано: 14 Декабрь, 2007
Zumrud | Salamun aleykum. “Zifaf” sozunun menasini bilmek isteyirem, xahish edirem yazasiniz. Teshekkur edirem, chox saq olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Arab dilinden tercumede “zeffe” fe’li “bir ish dalinca sur’etle getmek, telesmek” ma’nasini verir. “Zifaf” ve ya “zefaf” ise gelinin bey evine aparildigi gundur. Dini kitablarda “zifaf gunu” ve “zifaf gecesi” ba’zi dualarin oxunmasi ve ba’zi amellerin edilmesi meslehet gorulur ki, bunlari xalq dilinde desek, “toy gecesi”nde, ya’ni bey ile gelinin qovushdugu vaxt yerine yetirmek lazimdir.
Задан: 14 Декабрь, 2007 , Опубликовано: 14 Декабрь, 2007
leyla | Salam olsun sizlere. Menim suallarim bunlardir: Insan valideynden icazesiz mescide ve yaxud dini toplantilara gede bilermi? Eger valideyn onu qoymursa bele yerlere getsin, ovlad bunu ede biler, ye’ni qizlin? Bir de valideynin haqqi chatirmi ki, ovladini soysun, doysun ve tehqir etsin, buna izn verilirmi?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ovlad Allahin buyurdugu vacib amelleri icra etmek uchun valideynin sozunden chixa biler. Lakin bu zaman da, imkan cherchivesinde valideyn haqqini gozlemeli, agvalideyn olmamalidir. Ya’ni meselen, namaz qilmaq, oruc tutmaq, pak yemekler yemek ve s. meselelerde Allahin sozu valideynin sozunden ustundur. Lakin namazi mutleq mescidde qilmaq vacib deyil. Yaxud her hansi dini meclise getmek, dini tedbirde ishtirak etmek de zeruri deyildir. Ona gore de, bu kimi meselelerde ovladin ozbashinaliq etmemesi, gizli ish tutmamasi (dinimizde yalan chox pis amel sayilir), gedeceyi yer barede evde xeberdarliq etmesi (en azi, tehlukesizlik baximindan) lazimdir. Valideyn oz ovladini soymek ve doymek, tehqir etmek ixtiyarina malik deyil. Terbiyede muxtelif tenbih usullarindan istifade etmek olar. Lakin bu, heddi ashmaga, shexsiyyeti alchaltmaga getirib-chixartmamalidir. Hetta sherietimize gore, ata-ananin ushagi doymesi neticesinde, bedeninde her hansi iz (goyerme, qaralma, chapiq, siniq ve s.) qalsa, valideyn buna gore muselman mehkemesine celb oluna biler. Bu zaman o, yad bir muselmana tezyiq gosterdiyi qaydada cezalandirilmalidir.
Задан: 14 Декабрь, 2007 , Опубликовано: 14 Декабрь, 2007
Şəfəq | Əssələmü aleyküm. Allah ölənlərinizə rəhmət eləsin. Bizim qonşu rəhmətə gedib, onun adına mağar qurulub ehsan verilir, amma möminə bir anamız ehsan yeməyin günah olduğunu deyir və deyir ki, dua deyib salavat göndərmək lazımdır, o, daha yaxşıdır. Bəlkə də düz deyir, mən bilmirəm, xahiş edirəm, mənə kömək edin. ALLAH RAZI OLSUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Yas meclislerinde olu sahibinin ehsan sufresi achmasi eslinde Islamin ilk dovrlerinde yox idi. O zamanlar eksine, Hazret Muhammed Peygamberin (s) tapshirigina esasen, qohum-qonshular 3 gun erzinde olu sahibi uchun yemek aparirdilar. Lakin bu, hal-hazirda teshkil olunan butun ehsan meclislerinin gunah oldugunu ve hemin meclislerde yemek yemeyin haram oldugunu soylemeye esas vermir. Adindan da gorunduyu kimi, “ehsan” – yaxshiliq demekdir. Eger rehmete geden shexsin ovladlari ve ya heyat yoldashi oz halal pullarindan ve ya merhumun oz vesiyyetine esasen, onun mirasindan ehsan sufresi teshkil edirlerse, bunda ne pis cehet var ki? Elbette, bir daha tekrar edirik ki, ehsan meclisi evvela, halal pulla teshkil olunmalidir. Ikincisi, ehsan sahibinin buna maddi imkani olmalidir; yoxsa borcla ve hetta, bundan da dehshetlisi, faizle borca pul goturmekle ehsan vermek HARAMDIR! Ehsan sufresine ilk once, ehtiyacli shexsler – kasiblar, yetimler, dolanishigi agir olan aileler, dul qadinlar, shehid aileleri ve s. davet olunmalidirlar. Bununla yanashi, ehtiyacsiz shexslerin (meselen, qohumlarin ve qonshularin) de ehsan yemesine icaze verilir. Guman edirik ki, dediyiniz momine xanim konkret olaraq, hemin meclisin halal pulla teshkil olunmadigini ve yuxarida dediyimiz shertlere cavab vermediyini bildiyi uchun, orada yemek yemeyin duzgun olmadigin soyleyir.
Задан: 14 Декабрь, 2007 , Опубликовано: 14 Декабрь, 2007
cvd | Salam aleykum. Zehmet olmasa bu sualima cavab vererdiz: bir neferin xoshbextliyi uchun yalan danishmisham zeruri derecede (balaca), bu mene gunah sayilirmi? Chox sag olun. ALLAH RAZI OLSUN SIZLERDEN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dinimizde yalan danishmaq chox beyenilmez hereketlerden sayilir. Lakin bununla yanashi, Islam muqeddeslerinin hedislerinde ba’zi hallarda heqiqete uygun olmayan sozleri demeye icaze verildiyini oxuyuruq. Meselen, Imam Cafer Sadiqin (a) bele buyurdugu revayet edilib: “Insanlarin munasibetlerini duzelden shexs yalanchi sayilmaz” (“Usuli-Kafi”den). Hazret Muhammed Peygamber (s) de bele buyurub: “Iki neferin arasini duzelden adam yalanchi deyil” (“Bihar-ul-envar”dan). Hemchinin, “Sahihi-Buxari” ve “Sahihi-Muslim”de Ummi-Kulsum adli qadinin Peygamberden bu hedisi revayet etdiyi yazilib: “Ike neferin munasibetlerini duzeltmek xatirine onlara xosh sozler deyen adam yalanchi sayilmaz”. Muslim yazir ki, Ummi-Kulsum bundan sonra elave etmishdir: “Men bu 3 veziyyetden savayi, Peygamberin yalan danishmaga icaze verdiyini eshitmemishem: muharibe zamani, iki neferi barishdirarken ve erle arvad danisharken (bir-birine xosh gelen, amma heqiqete uygun olmayan sozler soylemeleri)” (hedisler “Riyaz-us-salihin”dendir). Sonuncu hedise oxshar bir hedis de Imam Sadiqin (a) dilinden “Bihar-ul-envar” kitabinda revayet edilmishdir. Iki neferin arasini duzeltmek o demekdir ki, insan kusulu tereflerin birinin yanina gedib o biri terefin onunla barishmaq istediyini, kusululuye sebeb olan hereketinden peshman oldugunu ve ya camaat arasinda onu teriflediyini soylesin ve qarshi terefe regbet yaratsin. Sonra hemin sozu o biri terefe de desin ve belelikle, terefler ozleri de bilmeden barishiga gelsinler. Yuxaridaki hedislerden bele chixir ki, iki neferin pozulmush munasibetlerini berpa etmek ve dolayisi ile, onlari sevindirmek, xoshbaxt etmek xatirine yalan danishmaq olar ve bunun gunahi yoxdur. Lakin icaze verilen yalani danisharken heddi ashmaq olmaz. Bir neferin xoshbaxtligi xatirine chox muhum olan, gelecekde ustu achilacaq ve bu zaman bedbextliye sebeb olacaq yalani danishmaga icaze verilmir. Meselen, exlaqsiz bir qiz uchun gelen elchiye hemin qizi teriflemek eslinde gunahdir. Chunki bununla Siz hemin qizla aile quran adami bedbextliye ve rusvaychiliga salmish olarsiniz. Bu kimi bashqa hallarda da heqiqeti gizletmek olmaz. Eksine, insanlari sehv addim atmaqdan chekindirmek vacib bir ishdir ve muselmanin muselman qarshisinda borcudur.
Задан: 14 Декабрь, 2007 , Опубликовано: 14 Декабрь, 2007
farid | Salam aleykum. Xahish ediram mana ayetul-kursunun duzqun oxunushunu qonderesiniz. Chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qurani-kerimin "Baqara" suresinin 255-ci ayesini “Ayetul-kursi” adlandirirlar. Ekser hallarda sonraki iki ayeni de (256 ve 257) ona elave edir ve her uch ayeni birlikde “Ayetul-kursi” sayirlar. Arabca metni Qurani-kerimden oxuya bilersiniz. Eger Ayetul-kursinin bizim elifbamiza transliterasiyasini nezerde tutursunuzsa, ashagida onu teqdim edirik: 255. Allahu la ilahe illa huvel-hayyul-qayyumu la te'xuzuhu sinetun vela nevm. Lehu ma fis-semavati ve ma fil-ard. Men zellezı yeşfeu ındehu illa bi-iznih. Ya'lemü ma beyne eydıhim ve ma xalfehüm. Ve la yuhıytune bi şey'in min ılmihı illa bi ma şa'. Vesia kursiyuhus-semavati vel ard. Ve la yeuduhu hıfzuhuma ve huvel-alıyyul-azıym. 256. La ikrahe fid-dıni qad tebeyyener-ruşdu minel-ğayy. Femen yekfur bit-tağuti ve yü'min billahi fe qadistemseke bil-urvetil-vusqa lenfisame leha. Vallahu semıun alım. 257. Allahu veliyullezıne amenu yuxricuhum minez-zulumati ilen-nur. Vellezıne keferu evliyauhumut-tağutu yuxricunehum minen-nuri ilez zulumat. Ulaike eshabun-nari hum fıha xalidun. Tercumesi: 255 - Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! 256 - Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! 257 - Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
Задан: 13 Декабрь, 2007 , Опубликовано: 13 Декабрь, 2007
Qerib | Salam. Bagishlayin sualima gore. Men bovlu saxlaya bilmirem, bilirem ki, insan pak olmalidir namaz qilanda. Ancaq mende alinmir. Sherait olmur temizlenmeye. Men bilmirem ne edim? Xahish edirem mene komek edin. Allah razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sherietimiz butun insanlar uchun, o cumleden, sidiyi saxlaya bilmeyenler uchun de hokmleri muayyen etmishdir. Gundelik ibadetlerinizi sherietin nezerde tutdugu qanunlar daxilinde yerie yetirseniz, qabul olar inshaAllah. Hemin qanunlari teqlid etdiyiniz muctehidin risalesinden oyrene bilersiniz. Yardim uchun Ayetullahul-uzma Sistaninin risalesinden muvafiq bolmenin electron unvanini Size gonderirik: http://www.al-shia.com/html/azr/shariat/resaleh/004.htm#link44 (mesele 306 - 312).
Задан: 13 Декабрь, 2007 , Опубликовано: 13 Декабрь, 2007
bir bende | Essalamu Aleykum, hormetli Islam.az, menim size bir neche sualim var: 1-ci, Islamda qadinin plastik emeliyyat kechirmesine icaze verilirmi?(qeyd edim ki, hech bir qeza ve yaxud bedbext hadise uz vermeden, sadece gozellik namine). 2-ci, eger bir qiz bashini baglamaq isteyirse ve atasi bunun tam eleyhinedir, ona bunu qadagan edibse qiz bu teqdirde ne etmelidir? 3-cu, men burda oxudum ki, qadinin namehrem kishinin bedenine baxmasi haramdir, ozu de hetta lezzet meqsedile olmasa (ye'ni adi baxish), bes onda insanlarin uzune ve yaxud ellerine (yeni o yerlere ki, paltar onu ortmur, ye'ni uz, el ve sair) baxmaqdami haramdir? Bu suala aydinliq getirseniz, chox memnun olardim, evvelceden oz teshekkurumu bildirirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Muasir muctehidlerin bir nechesi (o cumleden, Ayetullahul-uzma Sistani) sirf gozellik xatirine plastik ameliyyatlar kechirilmesinin caiz olmasina icaze vermishler. Shert budur ki, ameliyyat zamani hekimle pasient arasindaki namehremlik munasibeti qorunmush olsun ve namehremlerin bir-birine toxunmasina yol verilmesin. Ehli-sunne mezhebinde de ustun ra’ye esasen, hemin shart daxilinde plastik ameliyyat caizdir. 2. Allahin emr ve qadaganlarina amel etmek her sheyden vacib ve ustundur. Insan imkani dairesinde haramlardan qachmali ve vaciblere riayet etmelidir, bu yolda qarshiya chixan manealarla mubarize aparmalidir. Lakin bu zaman valideyn haqqini da unutmaq olmaz. Bele meselelerde bacardiqca mulayim olmali, barishdirici movqe tutmali, radikal addimlardan qachilmalidir. Size komek ola bilecek shexslerin, yaxin qohumlarin, sozu kechen adamlarin vasitechiliyinden istifade etmeye chalishin. 3. Dediyiniz suala cavab vererken yazmishdiq ki, qadin kishinin adeten ortulmeyen beden uzvlerine baxmamalidir. Sifet, el, boyun kimi gundelik heyatda adeten achiq qalan yerlere lezzet qesdi olmadan baxmagin ziyani yoxdur. Ozunuz dushunun, eger kishi namehrem qadinin uzune ve ellerine lezzet qesdi olmadan baxa bilerse, "qadin kishinin hemin uzvlerine baxa bilmez" fikri dogru olarmi?
Задан: 12 Декабрь, 2007 , Опубликовано: 12 Декабрь, 2007
Aysel | Salam. Men xahish edirem sualimi cavablandirin. Atasi, babasi olmayan bakire bir qiz evli bir insanla sige ediblerse, elaqede ola bilerlermi? Gunahdirmi bu elaqe? Eger gunah deyilse, sige, kebin bunlarin hansi dogru olar bele bir elaqeye? Ve sige ve ya kebin kim terefinden kesilmelidir ve nece? (Men teqlid etdiyim bir alimin kitabinda oxumushdum muveqqeti kebinin kesilmesi barede 1 cumle var idi (hal hazirda unutmusham) qiz demeli idi, kishi de tesdiq edirdi ve bununla muveqqeti kebin kesilmish olurdu. Bu duzgun sayilirmi? Sayilmirsa,nece olmalidir siz yazin). Allah amaninda!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Atasi ve babasi olmayan qizin kebin kesdirerken hech kimden icaze almasi teleb olunmur ve onun oz taleyini hell etmek selahiyyeti vardir. Lakin bu cur mesuliyyetli meselelerde son derece ehtiyatli davranmasi ve etrafli dushunmesi, qerar qabul ederken teleskenlik etmemesi lazimdir. Kebin qaydalari ve bu zaman oxunan dualar sheriet risalelerinde etrafli izah olunub. Teqlid etdiyiniz muctehidin risalesine muraciet etmeyiniz meslehetdir. Komek meqsedile, ba’zi muasir muctehidlerin risalelerinin elektron unvanini Size teqdim edirik: Ayetullahul-uzma Sistaninin risalesinden nikah bolmesi (azeri dilinde) http://www.al-shia.com/html/azr/shariat/resaleh/032.htm#link271 Ayetullahul-uzma Nasir Mekarim Shirazinin risalesinden nikah bolmesi (rus dilinde) http://www.al-shia.com/html/ru/olama/resaleh/resale-makarem/17.htm#link220
Задан: 12 Декабрь, 2007 , Опубликовано: 12 Декабрь, 2007
Tamilla | Assalamu aleykum ve rehmetullahi ve bereketuh. Kechen defeki sualimi cavablandirdiginiz uchun chox sag olun! ALLAH sizden razi olsun. Indi sualim beledir: zohr namazi asr namazinin vaxtina qeder qilinmasa qezaya dushurmu? Elece de, sham namazi xiften namazinin vaxtina qeder qilinmasa qezadirmi? Evvelceden minnetdaram!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Zohrle asr, megrible isha namazlarinin ardicil qilinma qaydalari ve hokmleri barede saytimizin “Meqaleler” bolumunde genish material vardir. Hemin yazini oxumaginizi meslehet goruruk.
Задан: 12 Декабрь, 2007 , Опубликовано: 12 Декабрь, 2007
Страница 11060 из 11150 << < 11056 11057 11058 11059 11060 11061 11062 11063 11064 > >>
© 2019 All right reserved www.islam.az waplog