Azəri versiyası  |  Главная
Страница 11057 из 11219 << < 11053 11054 11055 11056 11057 11058 11059 11060 11061 > >>
ramal | As salamu aleykum.Mene maraqli bir neche suallar var bu suallara ke4memiwden qabaq men sizden Mekarim shirazi aganin mail unvanini isteyirem chox xahiw edirem bacardiginiz qeder bu barede mene komek edin.indi ise sualim:mene chox maraqlidir Peygembere gelen ilk ayede "oxu ,Allahin adi ile " ayesinde Allah peygemberden neyin oxunmasini isteyirdi? 2-ci sual.Yaradiliwda neche alem var? ve chox xahiw edirem bu alemleri mene adlari ile yazardiniz. Allah sizlerden razi olsun.As salamu aleykum ve rehmetullahi ve bereketuh
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah-ul-uzma Nasir Mekarim Shirazinin resmi internet sayti arab, fars ve ingilis dillerinde fealiyyet gosterir: http://www.makaremshirazi.org/ 1. "Alaq" suresinin ilk ayesindeki "iqra'" - "oxu" emri ile Allah Qurani-kerimi oxumagi Peygamberimize tapshirmishdir. Burada Quranin adi chekilmese de, mehz onun nezerde tutuldugu shubhesizdir. Chunki Cenab Cebrail ilh vehyin ardinca peygambere bashqa ayeleri de getirmeye bashladi. Ellame Tabatabai "El-Mizan" tefsirinde yazir ki, bu ayede Qurani oxumaq nezerde tutuldugunu bu cur subut etmek olar: Insanlar bir-birine mektub gonderende chox zaman mektubun lap evvelinde yazirlar: "Bu mektubu oxu ve ona amel et". Burada da Allah sanki Hazret Peygamberi gelecek Quran nuzulundan xeberdar edir ve ona nazil olacaq ayelerin her birini Allahin adi ile - "bismillah" kelmesi ile oxumagi tapshirir. Mesele barede etrafli izahat uchun tefsir kitablarina muraciet etmek lazimdir. 2. Alemlerin sayini ve adini yalniz Allah ozu bilir. Etrafimiza ani bir nezer salsaq, onlarla alemin movcudlugunu duymush olariq. Meselen, bitkiler alemi, heyvanlar alemi, qushlar alemi, baliqlar alemi, cansiz alem, insanlar alemi, melekler alemi, cinler alemi... Bu dunya ve axiret de iki ferqli alemdir. Semadaki her planet ve ulduz da bir alemdir. Ele insanin oz daxilinde gorun ne qeder alem gizlenib! "Sistem" de adlandirilan bu alemlere misal olaraq hissiyyat, hezm, teneffus, tenasul, ifrazat, sinir ve s. alemleri gostermek olar. Hedislerde de alemler barede maraqli malumatlara rast gelirik. Meselen, - İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allahın 12 min aləmi var. Hər aləm 7 səmadan və 7 yerdən daha böyükdür. O aləmlərdən heç biri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. Mən bu aləmlərin hamısına höccətəm” («Nuru's-səqaleyn» təfsiri, cild 1, səh. 16-17). - Məşhur Quran təfsirçilərindən sayılan Mucahiddən rəvayət etmişlər ki, bizim Kə'bə 14 Kə'bədən dördüncüsüdür və hər asimanda Kə'bə vardır. - Qətadə adlı ravi isə belə söyləyir: «Allah 7 səma və 7 yer yaratdı, onların hər birində vücudlar xəlq etdi. Bu səmalarda və yerlərdə Allahın tamam ayrı-ayrı hökm və əmrləri işləyir». - İmam Baqir (ə) hədislərin birində buyurmuşdur ki, Allah-Təala min-min (milyon) aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərin sonuncusunda yaşayırıq və sonuncu Adəmin nəsliyik (Mələki Təbrizi – «Əsraru's-səlat», səh. 367). - Yenə İmam Baqirdən (ə) rəvayət edilən bir hədisə görə, Allah bizim günəşdən əlavə daha 40 günəş, bizim aydan əlavə daha 40 ay xəlq edib. Bu günəşlərin və ayların bir-birindən məsafəsi 40 illik yoldur. Onların hər birində çoxlu canlılar yaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç bir xəbəri yoxdur (Seyyid Haşim Bəhrani – «Təfsiru'l-burhan», cild 1, səh. 47). Qeyd edek ki, irfan və təsəvvuf ədəbiyyatında da aləmlərin sayının 18 min olması barədə məlumatlar vardır (Səccadi – «İrfani sözlər, terminlər və ibarələr lüğəti», səh. 567). İrfan sahibləri olan məşhur şairlərin əsərlərində «18 min aləm» ifadəsinə tez-tez rast gəlirik. Orta əsrlər klassik Azərbaycan ədəbiyyatının aparıcı simaları olan İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və başqalarının şeirləri də bu baxımdan diqqətəlayiqdir. Nəsimi öz qəzəllərində «on səkkiz min aləm» ifadəsini xüsusi ədəbi və məna çalarları ilə işlətmişdir: On səkiz min aləmə ayinə oldu surətin, Çar ənasir surətində şəkli-insan göstərir. Və ya: Ki nişan içrə binişan mənəm uş, On səkiz min cahana can mənəm uş! Xətai isə «İdim» rədifli məşhur qəzəlində aləmlərin varlığından bu cür söz açır: On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm, Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.
Задан: 16 Март, 2008 , Опубликовано: 16 Март, 2008
NERGIZ | HER VAXTINIZ XEYIR OLSUN. SIZE SUALIM BELEDIR (UZR ISDEYIREM): 1. MEN YATANDA ANCAQ UZU USTE OYRENMISHEM YATMAGA, ARXASI USTE UZANANDA YUXUYA GEDE BILMIREM. BILMEK ISTERDIM, BELE YATMAQ GUNAHDIR? 2. BIR DE ADIMIN MENASINI ACHIQLAYA BILERSIZ? ALLAH RAZI OLSUN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Uzu uste yatmaq Islamda beyenilmir (mekruhdur), amma elbette ki, gunah deyil. Bu cur yatmagin insan orqanizmine zererli ve tehlukeli oldugunu alimler de bildirmishler. 2. "Nergiz" - qedim yunan mifologiyasinin qehremanlarindan olan Narsissin arablashdirilmish adidir. Yunan esatirine gore, Narsiss - chay tanrisi Kefisle nimfa Lavrionanin oglu imish. Oz zahiri gozelliyi ile qurrelenirmish. Ilahe Exonun sevgisini redd etdiyine gore, Afrodita onu cezalandirmishdi. Narsiss ov zamani suda oz eksini gorub, ozune heyran olmush ve suyun kenarindan hech yana chekilmemishdi. Ele chayin sahilinde acindan helak olmushdu. Onu axtarmaga gelenler Narsissin meyitini tapmamishdilar. Narsissin olduyu yerde nergiz gulu bitibmish. Islam revayetlerine gore, Nergiz (ve ya Nercis) - Bizans imperatorunun nevesi ve Hazret Isanin (a) hevarisi Simeonun neslinden idi. Yuxuda Hazret Muhammed Peygamberi (s) gorub, onun deveti ile muselman olmush, amma imanini gizli saxlamishdi. Muselman-Bizans muharibelerinde muselmanlara esir dushmush, 10-cu Imam Ali en-Neqi onu esirlikden azad edib oz oglu 11-ci Imam Hasan Askeri uchun almishdi. 12-ci Imam Hazret Mehdi (ac) onlarin izdivacindan dunyaya gelmishdi. Ya'ni Nercis - Imam Mehdinin (ac) anasidir.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
Samir | Salam,men kelimeyi shehadeti tam deqiq bilmirem, internet sehifelerinde de axtarmisham, hec biri bir-birine uyqun gelmir. Men bildiyim beledir: "Eshhedu en la ilahe illallah ve eshhedu enne Muhemmeden resullullah". Bir yerde de bele yazir: "Eshhedu en la ilahe illalhah ve eshhedu enne Muhemmeden abduhu ve resuluh". Hansi duzdur? ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Her iki cumle dogrudur ve kelmeyi-shehadet sayilir. Onlarin me'nalari da eynidir. Bir ferqle ki, cumlelerin birinde Hazret Muhammedin (s) Allah elchisi olmaqdan elave, hem de Allahin bendesi oldugu vurgulanir.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
Reshad | Esselamun aleykum. Size 1sualim var. Qaim kimdir? Bunun Imam Rza (e) ile elaqesi var? Xahish edirem etrafli cavablandirardiz.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. "Qaim" - dini kitablarda, dua ve ziyaretnamelerde 12-ci Imam Hazret Mehdinin (ac) leqeblerinden biri kimi gosterilir. Ma'nasi Allahin emri ve icazesi ile zuhura hazir veziyyetde durmush Imam demekdir. Imam Mehdi (ac) Imam Rizanin (a) 4-cu nesilden ovladidir.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
tural | asalamu aleykum ve barakatuh.size sualim Quranda hansisa surede Cume namazi size vacib bilinmishdir ayesi var?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Quranda "cuma namazi sizlere vacib bilinmishdir" kimi bir aye yoxdur. Eger olsaydi, yeqin ki, shia mezhebinde de bu namaz vacibi-eyni (mutleq farz) sayilardi. Quranin yalniz "Cumua" suresinde (62-ci sure) cuma namazinin hokmune ishare olunur. Hemin surenin 9-cu ayesinde buyurulur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!"
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
cahil | Salam. Allah Quranda qohumlarinizi yad edin buyurur. Biz de quhumlari yad edirik. Mes: dayi, emi, bibi, xala ve s. Qohumlarin evine gedende hamisiyla mutleq gorushmelisen, chunki hemin evin adamlari bize qogmadir. Yuxarida qeyd etdiyim qohumlarin qizlarina men baci kimi, onlar da mene qardash kimi baxirlar. Amma mene de namehremdirler, bildiyime gore, namehreme toxunmaq bele haramdir, neyinki onunla gorushmek. Onda gerek elaqe tamam kesile, yoxsa mumkun deyil. Hele marshrutda demirem, o sixliqda sen ona toxunmasan da o sene toxunur, o da gunahdir. Xahish edirem, bize meslehet verin, biz nece eleyek ki, gunah olmasin? Evvelceden teshekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Evvela, emi, dayi, xala ve bibi qizlari Size namehremdir. Onlarla munasibetde sherietni butun emrlerini gozlemeye borclusunuz. Ikincisi, sileyi-rehim (qohumlarla mehriban munasibet) hech de onlara elle toxunmaq, qucaqlamaq ve opmek demek deyildir. Bunlarsiz da qohumlarla six rabite saxlaya ve onlara oz mehebbetinizi bildire bilersiniz. Islam dini insandan bacardigi ishleri teleb edir. Neqliyyat vasitelerinde chalishin ki, namehremlere toxunmayasiniz. Esas odur ki, qelbinizde semimi niyyet olsun. Eger ozunuz istemeden, basiriq neticesinde kimese toxunsaniz, bu Size gunah yazilmaz. Chunki bunu istemeden etdiniz. Bashqalari da Size toxunsalar, mesuliyyeti onlar dashiyacaqlar. Eger bilerekden etseler - gunah sahibidirler, eger bilmeyerekden olsa - onlarin da gunahi yoxdur. Esas odur ki, bashqasi Size toxunanada hisslerinizi cilovlaya bilesiniz, shehvetin yaranmasina yol vermeyesiniz. Bu halda boynunuzda hech bir gunah yoxdur inshaALLAH.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
cahil | Əssələmü aleyküm. sulima görə çox-çox üzr istəyirəm məni bağışlayın. cinsiyət əlaqəsi zamanı qadın öz cinsiyətindən başqa bir yeriylə kişi cinsiyəti üzərində özünə ləzzət verici hərəkətlər eləyə bilər? (məsələn; əliylə, arxasiyla, sinəsiylə, ağzıyla və s.) mən özüm Allahdan qorxan insanam, mənə bu sualı çox veriblər məni bu sual çox düşündürüb. sualıma görə yenədə çox-çox üzr istəyirəm.Əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Muselman kishinin oz qadinindan her bir halal vasite ile lezzet almasina icaze verilir. Yazdiginiz usullarin demek olar ki, hamisi caizdir. Elbette, "caizdir" o demek deyil ki, beyenilendir. Yalniz qadinla arxadan cinsi elaqede olmaq dinimizde haram buyurulub. Ba'zi alimler buna icaze verseler de, son derece mekruh bilmishler.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
tamilla | assalamu aleykum va rahmatullahi va barakatuhu.u mena k vam tyakoy vpros:mojno li kushat krivetki,ne scitaetsa li eto haramom?zaranee blagodaru za otvet.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Согласно фетвам джафаритского(шиитского) и ханафитского течения, это является харамом, другие течения разрешают. см: http://www.umma.ru/fetva/599/
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
muslim girl | Salam Aleykum! Sualim wekkiyat baresindedir,men bu barede muctehid Sistaninin risakesinde oxumuwam amma cox weyi bawa duwmemiwem, mene cox murekkeb gelir, men sizden soruwmag istiyirem ki 4ruketli namazda eger mende wek varsa ki men 3 ya 4 ve yaxud da 4 ya 5 ruket qilmiwam bu teqdirde mene secdeyi-sehv yoxsa ehtiyyat namazi vacib olur?ve eger ehtiyyat namazi vacib olsa men bu namazda musteheb bir emel ede bilerem(mes namazin emeliri arasinda ALLAHU ekber demek, rukudan qalxanda SemuAllahu limen hemide demek ve saire)yeni ehtiyyat namazinda bunari demek olar ya yox?sizden cox xaiw edirem bu haqda yazasiz cunki cox weyi bu haqda bawa duwmurem,evvelceden size oz tewekkurumu bildirirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ruketlerin sayinda shekkiyyat bir qeder murekkeb meseleler oldugu uchun, risaleni bir daha diqqetle oxumaginizi meslehet goruruk. Eger shekkiyyatin butun meselelrini Size yazsaq, gerek bir neche vereqden ibaret broshura hazirlayaq. Amma xahishinizi ve risaleni tam anlaya bilmediyinizi nezere alaraq, sorushdugunuz nov shekklere aid olan fetvalari Ayetullah-ul-uzma Sistaninin risalesinden chixarish sheklinde Size teqdim edirik. Ashagidaki hallarda 4 ruketlik namazi 3,4 yoxsa 5 ruket qildigina shekk eden adam gerek shekke etina etmesin ve qildigi namazi duzgun saysin: 1. Namazi qilib qurtarandan sonra shekk etse. 2. Namazin vaxti kechenden sonra shekk etse. 3. Chox shekk eden vasvasi adamdirsa. Etina edilmeli shekkler ise ferqlidir. Namazin hansi hissesinde shekk etmesinden, neche ruket arasinda (3 ya 4; 4 ya 5; 2, 3 ya 4 ruket) shekk etmesinden asili olaraq, namaz qilanin vezifesi de ferqli olur. Meselen: İkinci səcdəyə daxil olandan sonra, iki, üç və dörd rük`ət arasında şəkk etsə, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazdan sonra iki rük`ət ayaq üstə və sonra iki rük`ət də oturan yerdə ehtiyat namazı qılsın. İkinci səcdəyə başladıqdan sonra dörd və beş arasında şəkk edərsə, dördü qəbul edib, namazı tamamlamalıdır. Namazdan sonra isə iki səhv səcdəsi yerinə yetirməlidir. Ikinci səcdəyə başladıqdan sonra, dörd rük`ətlə, ondan az və ya daha çox qıldığında şəkk etdiyi zaman dörd rük`ət qıldığını qəbul edib, hər iki şəkkin vəzifəsini yerinə yetirə bilər. Yə`ni dörd rük`ətdən az qıldığı ehtimalı olduğundan, ehtiyat namazı qılar və dörd rək`ətdən çox kimi ehtimalı olduğundan iki səhv səcdəsi yerinə yetirər. Hər bir halda birinci səcdədən sonra və ikinci səcdəyə başlamamışdan əvvəl, yuxarıda deyilən şəkklerdən birisi ilə qarşılaşsa, namazı batildir. Üç və dörd arasında namazın hər hansı yerində olursa-olsun, gərək dörd rük`ət qıldığını əsas götürsün və namazı tamam edib, namazdan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturduğu yerdə ehtiyat namazı qılsın. Ayaq üstə dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun və təşəhhüdü oxusun və namazın salamını versin. Bundan sonra bir rük`ət ayaq üstə, yaxud iki rük`ət oturan yerdə ehtiyat namazı qılsın. Ayaq üstə üç, dörd və beş rük`ət arasında şəkk etsə, gərək otursun, təşəhhüdü oxusun və namazın salamını versin. İki rük`ət ayaq üstə və sonra iki rük`ət oturan yerdə ehtiyat namazı qılsın. Ehtiyat namazinda da mustehebbi amelleri etmek olar. Ya'ni mustehebbi zikrleri soylemek mumkundur. Amma qunut tutulmaz.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
zaur | Əssalamu əleykum. Xahiş edərdim Quranın ceferi mezhəbinə uyğun tefsir olunduğu saytlara link qoyasınız. Allah razı olsun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin "Kitabxana" bolmesinde "Quranin tefsirleri" rubrikasinda iki tefsirin bazi cildlerinin unvanini yerleshdirmishik. Bize malum olan ve Azerbaycan oxucusunun istifade ede bileceyi dillerdeki (turk ve rus) caferi tefsirleri bu qederdir. Bashqa tefsirlerin unvanini bilirsinizse, bize gonderseniz, minnetdar olariq.
Задан: 15 Март, 2008 , Опубликовано: 15 Март, 2008
Страница 11057 из 11219 << < 11053 11054 11055 11056 11057 11058 11059 11060 11061 > >>
© 2019 All right reserved www.islam.az waplog