Azəri versiyası  |  Главная
Страница 11056 из 11219 << < 11052 11053 11054 11055 11056 11057 11058 11059 11060 > >>
vefa | Essalamu Aleykum. Chox sag olun ki, bize bele bir imkan yaratmisiz. 1. Bu seferki sualim Ayet namazi ile baglidir. Men bilmek isteyirem ki, mene ayet namazi vacib olub ya yox? Chunki men 3 ildir ki namaz qiliram, bu 3 ilde bash veren hadiseler uchun (ayet namazina sebeb olan hadiseler) ayet namazinin qezasini qilmaliyam ya yox? Ve namaza bashlamamishdan qabag ayet namazina sebeb olan hadiseler uchun de qilmaliyam ya yox? Ve men deqiq bu hadiselerin sayini bilmirem (yeni neche defe ay, gunesh tutulmasi bash verib, neche defe zelzele olub) ve saire. Bu teqdirde men ne etmeliyem? Bu haqda chetinlik cekirem, xahish edirem komek edesiz. 2. Gundelik namazlarda musteheb emelleri edirem, o emeli bashqa namazlarda etmesem, namazimin sehihliyine shubhe getirmez ki? (mes. Ayet namazinda ve yaxud da musteheb namazlarda, gece namazinda musteheb emelleri yerine yetirmesem (emeller arasinda tekbir demek, rukudan qalxan zaman "semiallahu limen hemideh" soylemek) bu mene gunah olmaz ki? Bir de, qunut
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Kechmishdeki ayat namazlarinizin qezalarinin sayini bilmek uchun mumkun qeder axtarish aparmaginiz lazimdir. Meselen, namaz qilan adamlardan sorusha bilersiniz ki, filan iller erzinde teqriben neche defe ayat namazina sebeb olan hadise bash verib? Eger bunu oyrenmek mumkun olmasa, muqayise aparin: son vaxtlarda adeten, ayat namazina sebeb olan hadiseler neche muddetden-bir bash verirse, kechmish vaxtlar uchun de bu cur interval goturun ve teqribi say qederinde ayat namazi qilin. Heddi-bulug yashindan bu gune qederki butun ayat namazlarinizin qezasi ohdenizdedir. 2. Musteheb amelleri hech bir namazda etmek vacib deyil - ne vacib gundelik namazda, ne de ayat namainda ve gece namazinda. Ona gore de, bu musteheb amelleri oz isteyinize esasen, ede de bilersiniz, etmeye de bilersiniz. Namazin butun amelleri arasinda tekbir demek mustehebdir, hemchinin, qunutdan da qabaq.
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
resad | Assalamu aleykum ve rahmetillahu baraketuh. Size bu sual defelerle verilib, amma xahish edirem bu suali etrafli cavablandirasiniz: cume namazi bizde niye qilinmir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xahishinizi nezere alib, cavabi bir daha tekrar edirik. Shia mezhebli muctehidlerin fetvasina gore, yalniz 12-ci imamin zuhurundan sonra cuma namazini qilmaq vacib olacaqdir. 12-ci imam Mehdinin (a) qeybet dovrunde ise cuma namazlarini qilmaq vacibi-texyiridir, ya’ni cuma namazi yoxsa zohr namazi qilmaq insanin oz sechiminden asilidir. Bununla bele, muctehidler lazimi shertlere uygun cuma namazi qilindigi zaman, hemin namazda ishtirak etmeyin vacibliyini vurgulayirlar. Qeyd edirik ki, bir chox shia dovletlerinde (meselen, Iranda) cuma namazlari her hefte boyuk izdihamla qilinir. Alimler bunu bele izah edirler ki, Iran muselman olkesi (resmi shekilde) oldugu uchun, orada cuma namazi uchun vacib olan shertler movcuddur. Shert deyerken, ilk novbede, cuma xutbesinin mezmunu ve imam-cumanin shexsiyyeti barede telebler nezerde tutulur. Malum oldugu kimi, cuma namazindan evvel oxunan iki xutbede muselmanlarin veziyyeti, dunyada bash veren siyasi hadiseler, olke daxilinde bash veren hadiselere muselmanlarin munasibeti ve reaksiyasi, muselmanlarin menafeyine zidd olan daxili ve xarici quvvelerin achiqlanmasi, siyasi hadiselere munasibet gosterilmesi teleb olunur. Bu shertlere cavab veren xutbeni oxumaq qeyri-islam olkelerinde (dunyevi dovletlerde) chetindir. Hemchinin, imam-cuma uchun lazim olan shertler de chox yuksekdir: ister onun exlaqi seviyyesi, dini bilikleri, isterse de siyasi hazirligi, dunyada ve olkede bash veren proseslerden anlayishli olmasi, hemin prosesleri analiz etmek bacarigina sahib olmasi, mubarizliyi, fedakarligi barede telebler bura aiddir. Hetta imam-cumanin zahiri atributlarina qoyulan telebler de (onun minberde durarken elinde silah – qilinc, ox-yay ve ya odlu silah – tutmasi mustehebdir) bu namazin her bir cemiyyetde qilina bilmesini mehdudlashdirir.
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
sabina | Salam Aleykum. Bir sual meni maraglandirir: qeyri muselmanlara onlar vefat etdikden sonra ’ALLAH rehmet elesin’ demek olar? yeni mes bir xristian ve yaxudi yahudi vefat etdikde, ve bawqa qeyri muselmanlara(kafirlere ve buna oxwar bawqa qeyri semavi dinlerden olar insanlara)?2ci sualim ise beledir ehli kitabdan olan insanlara sedeqe, zekat xums vermek olar?bu haqda atrafli yazsaydiz mumnun olardim.Cox tewekkur edirem.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Qeyri-muselman uchun Allahdan rahmet dilemeyin beyenilmez ish oldugunu dushunuruk. Hemin shexs sagliginda oz yolunu sechib. Eger hidayet olsaydi, Islam dinine gelerdi. Lakin gorunur, onun qelbi hidayet uchun mohurlenmishdir. Butun omrunu Islamdan bashqa bir dinde yashamish ve Islama gelmek haqqinda dushunmemish bir adam uchun Allahdan merhemet istemek faydasizdir. 2. Meshhur caferi alimi merhum Shehidi-evvel "el-Lum'at-ud-Dimeshqiyye" kitabinda muselman torpaqlarinda muselmanlarin himayesi altinda yashayan ehli-kitaba (kafiri-zimmi) sedeqe vermeyi caiz bilir. Lakin muselmanlarla muharibe sheraitinde olan olkelerde yashayan kafirlere sedeqe vermek olmaz. Hemchinin, zekat 8 istiqametde xerclenir ki, bunlardan biri de Islama meyli olan, muharibelerde muselmanlara yardim eden ehli-kitaba verilen zekatdir. Hazret Peygamberimiz zekatdan onlara da pay verirdi, bu gun de zekatdan onlara pay vermek olar.
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
bende | Salam hormetli Islam.az. Sualim secdeynen baglidir. Men bildiyime gore, secdede yere 7 noqte toxunmalidir(ayaqin ise ancaq bash barmaqlari yere toxunmalidir). Bes birden ayaqin bashqa barmaqi da ani olaraq yere toxunsa, onda secdem batildir ya yox? Bir de fiqhi suallar ne demekdir? Chox sag olun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Secdede 7 uzvun yere toxunmasi shertdir. Ya'ni bunlarin yere toxunmasini gozlemek lazimdir. Bunlardan elave de her hansi beden uzvu yere deyse, eybi yoxdur. Meselen, hetta secdede burunun yere toxunmasi mustehebdir. Qadinlar secdede ovuclarindan elave, hem de dirseye qeder qollarini yere qoysalar yaxshi olar. Bash barmaqdan savayi, ayagin diger barmaqlari da yere toxunsa, secdenin duzgunluyune zerer gelmez. Fiqhi suallar - sheriet hokmleri ile bagli olan suallardir: meselen, namaz, oruc, hacc, xums-zekat, ticaret, nikah, talaq, irs ve s. meseleler.
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
Bəhruz | Assalam aleykum.Sizdən xahiş edirəm mənim sualımı cavablandırasız, bu sualı artıq 2-ci dəfədir sizə göndərirəm. Adəm (ə.s) və Həvva (ə.s) - övladları Habil və Qabil-dən sonra insan nəslinin artımı necə baş verib. Deyirlər ALLAH onlardan birinə nəsil artırmaq üçün qadın göndərib. Hərə bir söz deyir. Sizdən bu sualıma cavab gözləyirəm.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Hazret Ademle (a) Havvanin choxlu ogullari ve qizlari olub. Revayetlere gore, Habille Qabil tek deyil, her biri bir baci ile ekiz dogulmushdular. Ya'ni Habilin de, Qabilin de ekiz bacilari var idi. Ademin (a) zamaninda baci ile qardash evliliyi muayyen shertler daxilinde haram idi. Hazret Adem (a) Allahin emri ile Habili Qabillle dogulan qizla evlendirdi. Qabil uchun ise Habille birlikde dogulan qizi aldi. O zamanlar bu cur evlilik haram deyildi. Yalniz eyni defede dogulan ekiz baci-qardashin evliliyi qadagan idi. Sonralar sherietde deyishiklik oldu ve butun baci-qardashlarin evlenmesi haram buyuruldu. Ba'zi alimler ise bir qrup hedise esaslanaraq bashqa fikir ireli sururler. Onlarin fikrince, Allah-taala Ademin (a) ogullari Habil ve Qabil uchun cennetden iki huri yolladi. Onlar hemin hurilerle evlendiler ve nesilleri amele geldi.
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
GU | Salam! Gusul hagda etrafli melumat almag ,esasen de gusulun hansi hallarda pozuldugunu bilmek isterdim.Cox sag olun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin "Kitabxana" bolmesinin "Fiqh ve sheriet" rubrikasinda hem shia, hem de sunni mezheblerine uygun olaraq qusl alma qaydalari ile tanish ola bilersiniz.
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
Ya Eba Ebdillah! | Salam, 1 - Bu gun Turkiyede movcud olann elevi etiqadlari bu shekilde ne zaman ve hansi sebeblerden formalashdilar? 2 - Eleviler deyirler ki Shah Ismail bizim kimi shie olmayib, elevi olub. doghrudurmu? 3 - Deyirler ki Imami Zaman aghamiz mektublarinin birinde Mensur Hellaci ve onun yolu ile gedenleri lenetlemishdi, doghrudurmu? Onda niye Rumi, Nesimi ve Ismail Xetai kimi arif ve shairler onu sherlerinde terifleyirler.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. 1. Alevilik ve Turkiye alevilerinin tarixi barede malumatlar chox genish ve hem de ziddiyyetlidir. Sual-cavab gushesinde bu movzunu ehate etmek mumkun deyildir. Ona gore de bu movzuda faydali linklerin unvanini Size teqdim edirik: http://www.alevibirlikforumu.com/ http://www.alevilerbirligi.com/ http://www.alevihaberajansi.com/ http://tr.wikipedia.org/wiki/Alevi http://erenlermeydani.com/?tag=aleviler http://www.aleviansiklopedisi.tk/ http://www.aleviforumlari.com/ http://www.aleviler.nl/xxx/index.php http://www.alevilertr.org/ 2. Shah Ismayil Xetaini nufuzdan salmaq ve lekelemek uchun soylenilen bu iftiralarin hech bir esasi yoxdur. Shah Ismayil tarixi malumatlardan gorunduyu kimi, 12 imam shiasi - caferi olmushdur. 3. Mensur Hellac barede dediyiniz mesele ba'zi kitablarda qeyd edilib. Amma bunun duzgunluyu tam subuta yetmeyib. Meshhur hedischi alim merhum Sheyx Abbas Qummi "Tetimmet-ul-munteha" kitabinda (seh. 255) hicri 309-cu ilin ehvalatlarindan behs ederken Hellacin edamina da toxunur ve yazir: "O, hemin keslerden biridir ki, kichik qeybet dovrunde (Imam Mehdinin qeybet dovru nezerde tutulur) yalan ve iftira ile imamin babi (qapisi, vasitesi) ve sefiri oldugunu iddia etmish ve imam terefinden onu lanetleyen mektub gonderilmishdir". Muellif etek yazisinda qeyd edir ki, naiblik iddiasi eden sair shexslerin (Sherii, Numeyri, Shelemgani ve s.) baresinde lanet mektubu malumdur. Amma mektubda Mensur Hellacin adina rast gelmedim. Sheyx Tebrisi "Ehticac" kitabinda yazib ki, o, haqqinda lanet mektubu (toqi) gelen shexslerden olub (Sheyx Abbas Qumminin sozunun sonu). Hemin kitabda Hellacin meshhur shia alimi Ali ibn Babiveyh Qummi ile (Sheyx Saduqun atasidir) ehvalati neql olunub. Bu hadisede Sheyx Ali ibn Babiveyh Qummi oz etrafindakilara tapshirib ki, Mensurun yaxasindan tutub surude-surude meclisden aparsinlar. Chunki Mensur bundan evvel Sheyxe mektub yazib, ozunun naib oldugunu elan etmish ve Sheyxi ona qoshulmaga chagirmishdi. Bashqa bir ehvalat da kitablarda yazilib. Deyilenlere gore, Mensur o zamanin meshhur shia shexsiyyetlerinden sayilan Ebu Sehl Novbextiye eyni teklifle muraciet edibmish. Ebu Sehl Mensurun yalan danishdigini bildiyi uchun onu ele salir ve bele bir cavab gonderir: "Men memnuniyytle sene qoshularam. Amma evvelce xahish edirem ki, bir mocuze gosteresen. Men qocalmisham ve cavan cariyelerim agarmish sach-saqqalima gore meni beyenmirler. Her hefte saqqalima hena yaxmaqdan yorulmusham. Eger heqiqeten Imamin numayendesisense, onda mocuze goster. Ele et ki, sach-saqqalim qaralsin ve hena yaxmaga ehtiyac qalmasin. Bunu ede bilsen, sene qoshularam, camaati da sene dogru chagiraram". Mensur mektubu oxuyub basha dushur ki, Ebu Sehl onu ele salir. Buna gore iddiasindan el chekir. Her halda, gorunduyu kimi, Hellaca munasibet birma'nali deyildir. Hedislerden aydin oldugu kimi, shia bashchilari onu beyenmemishler. Hellacin qetline de sunni muftileri fetva vermishdiler (zahiriyye mezhebinin banisi Ebu Davud Isfahani, maliki qazisi Ebu Omer Imadi).
Задан: 17 Март, 2008 , Опубликовано: 17 Март, 2008
Nigar | Salam aleykum. Sualim beledir: Tovbe edilen emele gunaha gore Qiyamet gunu sorgu sual olunacaq yoxsa yox? ALLAH razi olsun.AMIN.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Her shey tovbenin seviyyesinden asilidir. Eger insan tam semimiyyetle tovbe edibse, hemin gunah onun amel defterinden birdefelik siliner, qiyamet gununde Allah hemin gunaha gore insani bashqalarinin qarshisinda xecaletli etmez ve ona ceza vermez. Tovbe ve istigfarin shertleri barede kechmish suallarin cavabinda etrafli malumat vermishik. Bir sheyi unutmayin ki, Allah insanlara qarshi toredilmish gunahlari zerercheken shexsden halalliq alinmayinca bagishlamaz. Ya'ni meselen, bir nefer bashqasina qarshi zulm etmishse, onun emlakini ogurlamishsa, gunahkar gedib zererchekenden halalliq almasa, hemin gunah bagishlanmaz. Chunki burada insan haqqi (haqqun-nas) pozulub. Amma eger adam Allaha qarshi gunah etse, Allahin haqqini (haqqullah) pozsa, meselen, ibadetleri yerine yetirmekde sehlenkarliga yol verse, semimi tovbe etdiyi ve tovbenin butun shertlerini yerine yetirdiyi halda, Allah onu bagishlayar inshaALLAH.
Задан: 16 Март, 2008 , Опубликовано: 16 Март, 2008
Sebine | Salam eleykum. Bilmek isteyirem ki, sufizmde raziler kimlere deyilirdi. Teshekkurler.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Tasavvuf (sufilik) barede kitablarda sufinin qarshisinda esas meqsed kimi duran 7 meqamin sonuncusu ve en ustunu "riza" adlandirilir. Qalan 6 meqami kechenden sonra bu meqama chatmish adama "razi" deyilir. Riza -Allahin iradesine tamamile teslim olmaq ve bash veren her bir hadiseden razi qalmaqdir. Deyirler ki, rizanin 3 elameti vardir: Bela ve qezavu qederden evvel quvveni ve ixtiyari elden vermek, Beladan sonra aciliq ve yorgunluq hiss etmemek, Bela aninda yalniz ve yalniz Allaha mehebbet duymaq. Meshhur sufi Bishr Hafiden sorushdular ki, riza ustundur yoxsa zohd (zahidlik)? Cavab verdi: "Riza ustundur. Chunki zahid hele yoldadir, razi ise artiq meqsede yetishmishdir". Arifler demishler ki, Allah oz bendesinden razi olmayinca, bende Ondan razi qala bilmez: "Allah onlardan razidir, onlar da Allahdan razidirlar" ("Maide" suresi, aye 119).
Задан: 16 Март, 2008 , Опубликовано: 16 Март, 2008
Agamir | Salam eleykum.Men Sah-Meran duasini isteyirem eger sizde varsa e-mail-me gonderersiz.Evvelceden cox sagolun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bele bir dua haqqinda moteber kitablarda malumat tapa bilmedik. Internet sehifelerinde bu duanin metni yerleshdirilib. Lakin ne duanin metninin moteberliyi, ne de sened silsilesinin duzgunluyu barede hech ne deye bilmerik. http://www.paylasimnet.com/dua-i-sahmeran-sahmeran-duasi-t-3808.html
Задан: 16 Март, 2008 , Опубликовано: 16 Март, 2008
Страница 11056 из 11219 << < 11052 11053 11054 11055 11056 11057 11058 11059 11060 > >>
© 2019 All right reserved www.islam.az waplog