Azəri versiyası  |  Главная
Страница 10565 из 10810 << < 10561 10562 10563 10564 10565 10566 10567 10568 10569 > >>
fariz | assalamun aleykum.quranda "biz qerar werdik" ve s. yeni biz sozu ishledilir allah ise tekdir.xahish edirem izahini veresiniz.allah razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ba'zi alimler bunu Allahin insanlari tevazokarliga emr etmesinin bir numunesi kimi izah edirler. Ya'ni Allah Quranda "menem-menem" demir ki, insanlar da bunu etmesinler. Ba'zi alimler ise, eksine, bunu Allahin oz ezemet ve boyukluyunu gostermek istemesi kimi sherh edirler. Malumdur ki, ba'zen insan oz hereketine ve dushuncesine ezemet ve agirliq bexsh etmek uchun "biz bele edirik" ve "biz bele dushunuruk" deyir. Belke de Allah oz ezemetini numayish etdirmek uchun bu edebi usuldan istifade edib. Dogrusunu Allah bilir.
Задан: 4 Сентябрь, 2008 , Опубликовано: 4 Сентябрь, 2008
Guler | Salam.Oruc tutan adam gun erzinde agzini su ile yaxalasa ama udmasa orucu batil olar?Evvelceden cox sagolun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, eger suyu udmasa, orucu batil olmaz.
Задан: 4 Сентябрь, 2008 , Опубликовано: 4 Сентябрь, 2008
Elman | Essalamieleykum. Xahish edirem mumkunse gunler uzre obashdan ve iftar yemeklerinin vaxtlarini bildiresiniz. Allah sizlerden rasi olsun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Saytimizin rusca ana sehifesindeki namaz cedveilne baxin (burada hem gundelik, hem de ayliq cedvel yerleshdirmishik). Cedveldeki "Субх" qrafasi orucun bashladigi saati, "Магриб" qrafasi ise orucun bitdiyi saati (iftar) gosterir.
Задан: 4 Сентябрь, 2008 , Опубликовано: 4 Сентябрь, 2008
Eflatun | Salam Aleykum.Seher yuxudan dura bilmemisem,yeni niyyetimi elememisem,ama orucu pozacaq hec bir sey elememisem,bu oruc sayilar,yoxsa mutleq niyyet etmelisen?Indiden tesekkurumu bildirirem...
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah-ul-uzma Sistaninin risalesinden bu barede bir meseleni diqqetinize chatdiririq: "Məsələ 1535: Ramazan ayı orucunda və həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən «mütləq qürbət» niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli və o günün orucunu da qəza etməlidir". http://al-shia.com/html/azr/shariat/resaleh/021.htm#link189
Задан: 4 Сентябрь, 2008 , Опубликовано: 4 Сентябрь, 2008
tehmine67 | Salam! Sualim beledir qulaqlqrim tutulub yudurtmaq orucumu pozurmu? Saq olun Allah butun oruc tutalarin orucunu qebul etsin. A M I N !
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Eger bu zaman qulaqdan agiz boshlugu vasitesile bogaziniza su kechmese, icaze verilir ve orucunuz sahihdir inshaAllah.
Задан: 4 Сентябрь, 2008 , Опубликовано: 4 Сентябрь, 2008
tehmine67 | Salam! Bilmek isteyirem shie ile sunni ikisi bir yerde namaz qila bilerlermi? Yeni camaat namazini. Saq olun Allah Sizden razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Beli, qila bilerler. Hetta her iki mezhebin ba'zi alimleri qarshi mezhebden olan shexsin imamligi ile camaat namazi qilmagi da tam caiz bilirler.
Задан: 4 Сентябрь, 2008 , Опубликовано: 4 Сентябрь, 2008
sefiyye | salam.menim sizden oyrenmek istediyim gusulu nece almaq ve hansi sozler deyilir
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qusl almaq qaydalari barede ashagidaki internet unvaninda malumat ala bilersiniz: http://www.al-shia.com/html/azr/shariat/resaleh/005.htm#link54 Qisaca olaraq bunu bildiriririk ki, qusl alan zaman vacib olan budur ki, insan evvelce bashini ve boynunu tamamile yusun ve su onun bashinin, sifetinin, boynunun her terefini islatsin. Sonra bedeninin sag terefini tamamile yusun. Axirda da bedeninin sol terefini tamamile yusun. Ortada qalan hisseleri – gobek ve cinsiyyet uzvleri – her iki terefle yumaq meslehetdir. Qusl alarken bedeninin yuxari hissesinden bashlayib ashagiya dogru gelmek, evvel qabaq teref, sonra arxa teref (ve ya eksine), her hansi dua soylemek vacib deyil. Vacib olan budur ki, budun beden uzvleri su ile islanmish olsun, su ile beden uzvleri arasinda manea (meselen, uzuk ve s.) qalmasin.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Ayxan | Salam Aleykum.Mene Huseyn Vehid Xorasani hagda melumatlar lazimdi?Hardan tapa bilerem?Sizde melumat varsa zehmet olmasa deyerdiz??Allah sizden razi olsun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah-ul-uzma Haci Sheyx Huseyn Vehid Xorasani barede orta Azerbaycan oxucusunun oxuya bildiyi dillerde (azerbaycan, rus ve turk dillerinde) malumatlar olduqca azdir. Ekser informasiya xarici dillerdedir (arab, fars ve ingilis dillerinde). Rus dilindeki ashagidaki unvanda alimin qisa bioqrafiyasi verilib: http://al-shia.com/html/ru/olama/index.php?n=40 Eyni malumati turk dilinde de oxuya bilersiniz: http://al-shia.com/html/tur/olama/muctehitler/vahid_khorasani.htm Fikrimizce, en dolgun malumati alimin resmi internet saytindan elde etmek olar (herchend ki, burada da alimin tercumeyi-hali oz tevazokarligi uzunden verilmemishdir): http://www.vahid-khorasani.ir/ Sayt arab, fars, ingilis, fransiz, urdu, indoneziya, turk, azeri (hem latin, hem de kiril elifbasi ile) ve bashqa dillerde fealiyyet gosterir. Saytda alimin eserleri (ekseriyyeti arab ve fars dillerinde), chixishlari, fotoshekilleri verilib, defterxanasi ile elaqe koordinatlari gosterilib. Risalesinin muxtelif dillere tercumeleri (o cumleden azerbaycan diline de) saytda movcuddur.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
gunahkar | Salam aleykum...Meni coxdandir ki, narahat eden bir sual yaranib ozumde..Utandigimdan bu suali dilime getirmek istemirdim..Amma yene de basqa elacim yoxdur...Men defelerle namaz qilib atmisham..namazi yungul saymisam...iman gelib gedir, namazi atandan sonra ddaha da iyrenc gunahlarla mesgul olmusam, camaatin haqqini yemishem. hal-hazirda yeniden namaz qilmaq isteyirem, gunahlarimi bagislanmasi ucun bile ozumde shekk yaranir, inanmiram ki, meni Allah bagislaya. Gunahlarim heddinden artiq coxdur, ozum ozumden utaniram, mene yol gosterin,...Allah sizlerden razi olsun ve ramazan bayraminiz mubarek, Allah orucunuzu qebul etsin Inshallah!! Yene de verdiyim suala gore Allahdan ve sizlerden uzr isteyirem...
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Semimiyyet ve ixlasla tovbe edin. Allah-taala tovbeleri qabul edendir. Hedislerde buyurulur ki, bendenin gunahi semadan da agir olsa, Allah onu bagishlayar inshaAllah. Lakin bunun uchun bende de ozunden asili olani etmelidir. Tovbe xalis niyyetle olunmalidir. Tovbeni eden shexs ozunde irade mohkemliyi tapmali, etdiyi gunahin nece pis bir amel oldugunu anlamali ve onu tekrar etmemelidir.
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
lamia | Salam Aleykim Bu saytta ilden ile sexer axsham dualari oruj saxlamaq ucun var idi ,bilmirem deishir onlar yoxsa yox,amma butun 30 gune var idi sexer ne demek lazimdi,axsham ne demek lazimdi,indi tapa bilmirem,hardadi onlar?nie yoxdu?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ramazanin gundelik dualari (transkripsiyasi ve azerbaycan diline tercumesi ile birlikde) saytimizin "Kitabxana" bolmesinde movcuddur. Unvan: http://www.islam.az/az/modules/sections/index.php?op=viewarticle&artid=16 Axsham iftar zamani oxunan dua ise beledir. Yaxşı olar ki, iftar edərkən birinci tikəni ağıza qoyanda bu dua oxunsun: «Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəlt. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirət-iğfirli». Tərc.: «İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Çox mərhəmətli və həmişə mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!»
Задан: 3 Сентябрь, 2008 , Опубликовано: 3 Сентябрь, 2008
Страница 10565 из 10810 << < 10561 10562 10563 10564 10565 10566 10567 10568 10569 > >>
© 2018 All right reserved www.islam.az waplog