Azəri versiyası  |  Главная
Страница 10516 из 10722 << < 10512 10513 10514 10515 10516 10517 10518 10519 10520 > >>
cahil | salam aleykum. sizden xais edirem menim sualima cavab veresiz qelyan cekmek olar meyveli (FAZIL LENKERANI)
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Qalyan chekmeyin hokmu barede dini kitablarda etibarli bir ma'lumata ve ya her hansi selahiyyetli din aliminin (merhum Ayetullah-ul-uzma Lenkerani de daxil olamaqla) fetvasina rast gelmedik. Bununla bele, arashdirmamiz neticesinde ma'lum oldu ki, son dovrlerde aparilmish tibbi tedqiqatlar qalyanin saglamliga chox zererli oldugunu ashkar etmishdir. Bildiyimiz kimi, saglamliga zereri olan her bir shey Islamda HARAMdir. Eger hemin tibbi tedqiqatlarin neticelerini elde esas tutsaq, qalyanin haram oldugunu soyleye bilerik. Tibbi arashdirmalar barede ashagidaki internet unvanlarinda oxuya bilersiniz: http://www.ami-tass.ru/article/27966.html http://cetki.com/2006/11/05/kaljan_opasen_dlja_zdorovja.html http://www.sm.ee/rus/pages/news0608 http://www.islamua.net/islam_ua/fatwa/index.shtml?ra=5&ru=7&idq=1275&fi= http://www.islam.ru/world/2007-10-01/?print_page
Задан: 22 Июнь, 2008 , Опубликовано: 22 Июнь, 2008
Murad | salamun aleykum ve rehmetullah. Mesumlarin ismeti haqqinda Misbah Yezdi aganin eqidenin esaslari haqqinda olan kitabindaki movzuya mutleq shekilde istinad ede bilerikmi? Yoxsa alimlerin fikirleri bu haqda muxtelifdir?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Ayetullah Misbah Yezdinin konkret olaraq hansi fikrinden sohbet achdiginizi basha dushmedik. Sualinizi konkretleshdirmeyinizi xahish edirik. Oz novbemizde bildiririk ki, adi kechen muellif hal-hazirda shia aleminde moteber alimlerden sayilir ve onun eserlerindeki demek olar ki, butun fikirler (azerbaycan diline tercume olunmush eserlerini nezerde tuturuq) shia mezhebinin umumi movqeyini ifade edir.
Задан: 22 Июнь, 2008 , Опубликовано: 22 Июнь, 2008
fatima | Salam. Sorusmaq iserdim ki, islam dunyasinda qiz basini nece yasindan ortmelidir? Ve eger mumkundurse Asura gununde qilinan namazin qaydalarini mene basa salardiniz. cox sag olun
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Hicri teqvimle 9 yashi tamam olan qiz yetkinlik yashina chatmish hesab ounur ve bu yashdan etibaren hicaba riayet etmeli, ibadetleri yerine yetirmelidir. Miladi teqvimle teqriben 8 yash 8 ay yarim edir. Ashura gecesi (muharremin 9-dan 10-a kechen gece) qilinmasi musteheb olan namazlar choxdur. Dua kitablarinda bir neche cur namaz gosterilib. Meselen, “Mefatih-ul-cinan”da ashagidaki namazlarin Ashura gecesinde qilinmasinin musteheb oldugu yazilib: 1. 100 ruketlik namaz, her ruketinde “Fatihe”den sonra 3 defe “Ixlas” suresi oxumaq sherti ile. Namazdan sonra 70 defe bu dua deyilir: “Subhanallahi vel-hamdu lillahi ve la ilahe illellahu vallahu ekber. Ve la hovle ve la qyvvete illa billahil-aliyyil-azim”. 2. Gecenin axirinda (sehere az qalmish) 4 ruket namaz qilmaq. Her ruketde bir defe “Fatihe”, sonra 10 defe “Ayetul-kursi”, 10 defe “Ixlas”, 10 defe “Feleq” ve 10 defe “Nas” suresi oxumaq. Namazin salamindan sonra 100 defe “Ixlas” suresini soylemek. 3. 4 ruketli namaz qilmaq, her ruketinde bir defe “Fatihe” ve 50 defe “Ixlas” suresini oxumaq. Namazdan sonra Peygambere ve nesline choxlu salavat gondermek. Buna “Hazret Alinin (a) namazi” da deyirler.
Задан: 22 Июнь, 2008 , Опубликовано: 22 Июнь, 2008
remine | sizden xahish edirem, adimin menasini mene deyesiz, eger memkunse, chox sag olun, Allah sizden razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Adiniza lugetlerde rast gele bilmedik. Amma Ramin adi klassik Sherq edebiyyatinda chox ishlenib (herchend ki, onun da lugeti me’nasini tapa bilmedik). Ramin XI esrde yashamish fars shairi Faxraddin Gurganinin "Vis ve Ramin" adli mehebbet movzulu poemasinin qehremanidir. Sizin adinizin da “Ramin” adindan qaynaqlandigini ehtimal edirik.
Задан: 22 Июнь, 2008 , Опубликовано: 22 Июнь, 2008
Ebdul-Rauf_Lenkorani | Assalamu aleyk.Size derin minnetdarligimi bildirmek isteyirem.Allah sizden ve cemi muselman baci qardashlarimizdan razi olsun.Sualim onunla baglidir ki, 12-ci imamimiz Hz.Mehdinin adindan sonra (ə.c.) yazilir. bu ne demekdir? Mumkunse achiqlayin.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Bu herfler arab dilindeki "eccelallahu ferecehu" ifadesini bildirir. Ma'nasi "Allah onun zuhurunu tezleshdirsin" demekdir.
Задан: 21 Июнь, 2008 , Опубликовано: 21 Июнь, 2008
Sara | Salam. Menim sualim siqeye aid olacaq. Bilmek isteyirem ki, bes evlenib boshanmish bir qadin valideyinlerinin raziliqi olmadan (hech xeberleride olmadan) kiminlese siqe etdire bilermi? Burda bir qebahet varmi? siqeni nece edirler? ve bunu eletdirende qabaqcadan siqeli olduqun tarixi deqiqleshdirmek vacibdirmi? Chox saq olun! Allaha emanet olun!
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Sheriet qaydalarina uygun shekilde erinden boshanmish ve ya eri vefat etmish qadin sige nikahina daxil ola biler. Lakin bir daha tekrar edirik ki, eger boshanmishsa, evvelki erinden sheriete uygun talaq almalidir ve en azi 3 ay gozlemelidir (buna idde deyilir). Eri vefat etmish qadin ise, erinin vefat xeberini aldiqdan sonra 130 gun gozlemelidir. Eger bu muddetde erinden hamile oldugu bilinse, ushagini dunyaya getirene kimi gozlemelidir. Yalniz bakire qiz kebin kesdirerken (ister daimi, isterse muvaqqeti) mutleq ya atasindan, ya da babasindan icaze almalidir. Dul qadin uchun bele bir icaze shert deyil. Sigenin hokmleri barede sheriet risalelerine muraciet etmeyinizi meslehet goruruk. Numune uchun, saytimizin “Kitabxana” bolmesinde “Fiqh ve sheriet” rubrikasinda bir neche muctehidin risalesini yerleshdirmishik. Sige nikahi kesdirerken hem mehriyyenin (kebin pulu) miqdari, hem de sigenin muddeti konkret muayyen edilmelidir.
Задан: 19 Июнь, 2008 , Опубликовано: 19 Июнь, 2008
Vusale | Salamun Aleykum. Bir suala cavabinizdan butun meselelerde yalniz bir mezhebe tabe olmagin vacib oldugunu anladim (ya da daha duzgun). Bes eger men ehli-shieyemse, mueyyen meselelerde - meselen, namazin imkan daxilinde 5 defe qilinmasi - sunni mezhebinin movqeyini daha duzgun qiymetlendiriremse? yeni, hesab edirem ki, eslinde shie mezhebinde de namazin 3 defe qilinmasi zeruret olduqda icazelidir, amma mence, insanlarin coxu namazlari rahatliqlari ucun birleshdirirler ve "filan saatda filan ishle meshgul olacam, namaz qalacaq" deyirler. Bu, menim shexsi fikrimdir ve bu meselede nisbeten sunni mezhebine yaxin sayiliram her-halda. Bu gunahdir? Evvelceden, ALLAH razi olsun.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Shia mezhebinde namazlari gunde 3 defe qilmaq zeruret deyil, caizdir (icazelidir). Insan oz isteyine ve imkanina bagli olaraq, namazlari 3 defe de, 5 defe de qila biler. Ona gore de, shia mezhebine etiqad besleyerek, namazlari ayri-ayri, gunde 5 defe qilmaginizda hech bir qebahet yoxdur.
Задан: 19 Июнь, 2008 , Опубликовано: 19 Июнь, 2008
Zaur | Əssalamu aleykum və rahmətullah. 1-Nəyə görə məsciddə iqamədə "Həyya aləssaləh" deyiləndə camaatın əksəriyyəti səcdəyə gedir. Bu vaxt səcdədə hansı zikri demək lazımdır və yaxud da zikrmi etmək lazımdır? 2- Camaat namazın sonra 14 məsuma salam vermək müstəhəbdirmi? Bu zaman sağa və sola və ya önə də dönürlər. Bunun qaydası necədir, yəni hansı məsuma salam verəndə hansı əli qaldırmaq və hansı tərəfə dönmək lazımdır? Allah razı olsun.
Ответ / Cavab

Задан: 19 Июнь, 2008 , Опубликовано: 19 Июнь, 2008
zərifə | Əgər ər aylarla evə gəlmirsə, arvadı ilə yaxınlıq etmirsə, qadın başqa kişi ilə yaxınlıq etsə günaha batır?
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Dedikleriniz qadina haqq vermir ki, ozunu boshanmish saysin ve bashqa kishi ile elaqede olsun. Eri ona sherietde gosterilen qaydada talaq vermeyince, qadin erde sayilir ve oz erine sedaqetli olmalidir. Eks halda, hereketi zinadir ve boyuk gunahdir.
Задан: 19 Июнь, 2008 , Опубликовано: 19 Июнь, 2008
Gunel | Salam. Əvvəla bu sualı verdiyimə görə sizdən dəfələrlə üzr istəyirəm. Sualım belədir. Qadınla kişi öpüşən zaman cənabət qüsuluna ehtiyac varmı? Xahiş edirəm mümkün qədər tez cavablandırasız. Təşəkkür edirəm.
Ответ / Cavab

Aleykumus-salam ve rahmatullahi ve berekatuh. Xeyr, opushmekle insanin boynuna qusl gelmez. Cenabet quslu yalniz cinsi elaqede olduqdan, ya da her hansi vasite ile bedenden sperma chixardiqdan sonra vacib olur.
Задан: 19 Июнь, 2008 , Опубликовано: 19 Июнь, 2008
Страница 10516 из 10722 << < 10512 10513 10514 10515 10516 10517 10518 10519 10520 > >>
© 2018 All right reserved www.islam.az waplog